Xəbər lentiwidget-title-icon

Qubadlıda 2 məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
MİQ-in müsahibə nəticələri AÇIQLANIB
Bağça müəllimləri sertifikasiyadan necə keçəcək? - QAYDALAR
BMU-da yeni qəbul olunan tələbələrlə görüş keçiriləcək
Bazar günü yağış yağacaq - PROQNOZ
Subbakalavrlara qoyulan sədd kolleclərin sonu olacaq?
2027-ci ilin qəbul imtahanları ilə bağlı XƏBƏRDARLIQ
Türkiyədə özəl məktəblərə xarici adlardan istifadə qadağan edilib
Uşaqlarda disleksiya və autizm problemi artır - Pediatrdan XƏBƏRDARLIQ
Sirkə turşusu içən 17 yaşlı tələbə vəfat edib
MİQ üzrə işə qəbulun nəticələri açıqlanıb
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı - ARAŞDIRMA
Elm və Təhsil Nazirliyində 77 milyonluq Depot sualı: 429 mindən birdən-birə bu qədər inam necə qazanıldı?
Bakıda "20 Sentyabr" metrostansiyası olacaq
Naxçıvanda iki özəl bağçaya dövlət dəstəyi veriləcək
Tələbə yataqxanalarında vəziyyət necədir? – Qiymətlər, yerlər və güzəştlər
Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq
Peşə təhsilinə maraq artır - Kolleclər unudulur...
Uşağınız məktəbə getmək istəmir? – Pediatrdan valideynlərə tövsiyələr
Bakıda kirayə evlərin qiyməti tələbələri şoka salıb - SORĞU
BMU magistrantları üçün Çində 100 faiz təqaüdlə təhsil almaq imkanı
Bu tələbələrin universitetlərə qəbuluna qadağa qoyuldu
“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri nəşr olunub
Şagirdlərin oxu bacarıqları aşağıdır - Elnur Əliyev
Təhsil haqlarını 25 faizdən çox artıran universitetlər ARAŞDIRILACAQ

Şura sədri: “Sindromlu uşaqların təhsilə cəlb olunmasına yardımçı olmalıyıq”

Şura sədri: “Sindromlu uşaqların təhsilə cəlb olunmasına yardımçı olmalıyıq”

Son illər ölkəmizdə inklüziv təhsilin inkişafında bir sıra addımlar atılıb. Xüsusi müəssisələr, uşaqların təhsilə cəlbi, onlar üçün müxtəlif avadanlıqlarla təsis olunan komplekslərin yaradılması və.s bu qəbildəndir. Lakin məktəbi bitirən əlilliyi olan məzunlar üçün universitetlərdə təhsil almaq bir qədər çətinlik törədir. Əsasən də eşitmə qüsuru olan şəxslər üçün ali təhsil müəssisələrində xüsusi avadanlıqların olmaması onların təhsil almaq hüququnu bir növ əlindən alır.

Bəs görəsən, ali təhsil müəssisələrində əlilliyi olan tələbələr üçün hansı şəraitlər yaradılmalıdır?

tehsilmedia.info xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib.

Şura sədri bildirib ki, heç bir ayrı-seçkilik olmadan bütün vətəndaşların təhsil hüququ təmin olunmalıdır: “Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapan təhsil hüququ bütün vətəndaşlar üçün keçərlidir. Təhsilin növbəti pilləsi sayılan ali təhsildən yararlanmaq üçün hər kəsə şərait yaradılmalıdır”.

G.Səfərova vurğulayıb ki, universitetlərdə mütləq inklüziv xidmət edən bölmələr olmalıdır: “Ölkəmizdəki bir çox universitet publik hüquqi şəxsdir. Publik hüquqi şəxs olmaq onlara bir çox müstəqillik verir ki, həmin universitetlər özləri inklüzivliyin təmini üçün müəyyən addımlar atsınlar. Orta məktəblərdə inklüzivlik təmin olunsa da, hələ də tam istədiyimiz səviyyəyə gəlib-çatmayıb. İnklüzivliyin evdə təhsil, məktəbdə təhsil və s. səviyyələri mövcuddur. Bu dərəcədən asılı olaraq uşaqların sosiallaşması çox önəmli amildir. Sosiallaşan uşaq XI sinifi bitirdikdən sonra ona ali təhsil almağı üçün də eyni şərait yaradılmalıdır. Şagirdin ali təhsil hüququnu əlindən almağa haqqımız yoxdur. Universitetlərdə inklüzivliyin yaradılması üçün çətin elmi laboratoriyalar açmaq lazım deyil. Bu sahədə davamlı işlər görülməsi üçün sadəcə başlamaq lazımdır”.

Sədr qeyd edib ki, xarici ölkələrdə əlilliyi olan şəxslər üçün hər cür şərait yaradılır: “İnsanların cəmiyyətdə sosiallaşması, rahat adaptasiyasını təmin etmək baxımından müxtəlif tədbirlər görülür. Tələbələr üçün xüsusi aparaturalardan istifadə olunur, şəxsin görmə qüsuru varsa, xüsusi kitablar hazırlanıb, istifadəyə verilir. İnsanların təhsil almaq hüqunun qarşısı alınmır. Öz təcrübəmə əsasən deyə bilərəm ki, ABŞ-də yaşadığım dövlərdə ev sahibinin oğlunda həm daun sindromu, həm də müəyyən qədər autizm spektr pozuntusunun göstəriciləri var idi. Buna baxmayaraq həmin uşaq həm məktəb, həm universitet təhsili alaraq böyük restoranlardan birində kassir kimi fəaliyyət göstərir. Bütün sistemlər onun rahat fəaliyyətinə xidmət edir”.

Müsahibimiz vurğulayıb ki, hər şeyi dövlətdən gözləmək düzgün yanaşma deyil: “Universitetlər öz daxillərində tələbələrin təhsilə cəlb olunması, rahat şəkildə təhsillərini almaları üçün şərait yaratmağa maraqlı olmalıdır. Elm və Təhsil Nazirliyinin sərəncamında olan orta məktəblər, peşə təhsili, orta təhsil, məktəbəqədər təhsil, univeristetlər və s. olduğu üçün universitet daxili məsələlər birbaşa ali təhsil müəssisəsinin öz öhdəliyinə düşən vəzifələrdəndir”.

G.Səfərova qeyd edib ki, lazım olarsa jest dili tədris edən müəllimlər ali təhsilə cəlb olunmalıdır: “Tələbələrin təhsil almaq hüququnun tam bərpa edilməsi üçün əlilliyindən asılı olaraq müəyyən xidmətlər göstərilməlidir. Lazım olarsa xüsusi kitablar hazırlanmalı, jest dili tədris edən müəllimlər təhsilə cəlb olunmalı, auditoriyalarda aparaturalardan istifadə edilməli, panduslar qurulmalıdır. Autizmli və daun sindromlu uşaqların mümkün qədər təhsilə cəlb olunmasına yardımçı olmalıyıq”.

Həmsöhbətimiz söyləyib ki, bizi maraqlandıran suallardan biri “Bu gün müəllimlər autizm simptomlu uşaqlarla işləməyin pedaqogikasını bilirmi? olmalıdır: “Autizimli, daun sindromlu, hiperaktiv, həmçinin davranış pozuntusu olan uşaqlarla individual işləmək lazım olduğu üçün təhsil vermək sahəsində müəllimlər pedaqoji biliklərə malik olmalıdır. Bəzi sindromlar təhsilə cəlb olunmaya icazə verməsə də, digər sindromlu uşaqların tam təhsil almaqlarında mütləq şəkildə xidmətlər göstərilməldir”.

Oxşar xəbərlər

Bütün xəbərlər