Xəbər lentiwidget-title-icon

Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib

AZMİU-da rektor Nəqliyyat fakültəsinin tələbələri ilə görüşüb

AZMİU-da rektor Nəqliyyat fakültəsinin tələbələri ilə görüşüb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədovanın universitetin birinci kurs tələbələri ilə görüşləri davam edir. Rektor bu dəfə Nəqliyyat fakültəsinin tələbələri ilə görüşüb.

tehsilmedia.info xəbər verir ki, görüşdə prorektorlar, Nəqliyyat fakültəsinin dekanı, fakültə kafedralarının müdirləri, müəllimlər və tələbə təşkilatlarının rəhbərləri də iştirak ediblər.

Dekan Elçin Yusifzadə çıxış edərək birinci kurs tələbələri ilə keçirilən görüş üçün rektora dərin təşəkkürünü bildirib və görüşün tələbələr, eləcə də tədrisin, təlim-tərbiyyənin təşkili üçün əhəmiyyətinə toxunub. Dekan qeyd edib ki, 2023/2024-cü tədris ilində Nəqliyyat fakültəsinə Yer quruluşu və daşınmaz əmlakın kadastrı, Geomatika və geodeziya mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Nəqliyyat mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi və Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə ümumilikdə 351 tələbə daxil olub.

Rektor professor Gülçöhrə Məmmədova çıxışına dövlətimizin suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin, eləcə də AzMİU-nun şəhid tələbə və məzunlarının xatirəsini anaraq başlayıb, tələbələri vətənpərvər olmağa, təhsildə daim nailiyyətlər əldə etməyə, özləri üzərində mütəmadi çalışmağa, yeni texnologiyaları sürətlə mənimsəməyə səsləyib. Rektor qeyd edib ki, tələbələrin başlıca vəzifəsi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni təhsildə davam etdirməkdir.

İşğaldan azad olunmuş ərazilərimizdə aparılan sürətli tikinti-quruculuq işlərinə, yol çəkilişinə, tunel tikintisinə və körpü salınmasına diqqət çəkən professor Gülçöhrə Məmmədova tələbələri təhsildə uğur əldə edərək mühəndis kadr kimi yetişməyə və azad olunmuş ərazilərimizin dirçəldilməsi missiyasında iştiraka səsləyib.

Professor Gülçöhrə Məmmədova gələcəyin nəqliyyatçılarından gözləntilərin böyük olduğunu söyləyib. Rektor qeyd edib ki, tarixi İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi kimi çıxış edən Azərbaycan yalnız tranzit ölkə kimi yox, eyni zamanda bir sıra nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı kimi çıxış edir: “Bizim nəqliyyat dəhlizi kimi funksionallığımızı və əhəmiyyətimizi artıran həm də odur ki, ölkəmiz yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, eyni zamanda, Şimal və Cənubu da birləşdirən mühüm dəhlizdir. Azərbaycan bu dəhlizin – nəqliyyat infrastrukturunun formalaşması üçün ciddi siyasi iradə nümayiş etdirib və investisiya yatırımları edib. Nəticədə, istər daxili, istərsə də xarici nəqliyyat infrastrukturu çoxşaxəli haba çevrilə bilib. Əlbəttə ki, siz ixtisaslı mühəndislər, nəqliyyatçılar olaraq fəaliyyətinizlə bu istiqamətdə ortaya qoyulan siyasi iradəni dəstəkləməli və ölkəmizin iqtisadi marağının təmin olunmasında yaxından iştirak etməlisiniz”.

Rektor daha sonra AzMİU-nun daxili nizam-intizam qaydaları, tələbələrin vəzifələri, hüquqları barədə danışıb, universitetdə keçirilən imtahanlara, onların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitə və tələbələrin üzərinə düşən vəzifələrə toxunub. Onları ali təhsil ocağının ictimai həyatında fəal iştirak etməyə, tələbə təşkilatları ilə sıx və işgüzar əlaqələr qurmağa çağırıb.

Sonra AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov çıxış edərək universitetdə tədrisin təşkili və şəffaf imtahan sistemi ilə bağlı detallı məlumat verib.

Tələbələrlə görüşdə rektor onları maraqlandıran bütün sualları ətraflı cavablandırıb, onların ayrı-ayrılıqda arzu və təkliflərini, şikayətlərini dinləyib və lazımi tövsiyələrini verib.

Oxşar xəbərlər

Bütün xəbərlər