Xəbər lentiwidget-title-icon

Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq
45 min nəfərlik ixtisasartırma planında saxtakarlıq və Emin Əmrullayevin BSU-dakı etirafı: “Məni bu vəzifədə zorla saxlayırlar”
Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Bakı Dövlət Universitetinin dosenti vəfat edib
Gəncə Şəhər Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun səlahiyyətdən sui-istifadəsi və korrupsiya halları barədə...
Çin Aya insan göndərmək üçün hazırlıqlara başlayıb
Müəllim 16 il işə getmədən maaş alıb
Şərqi Zəngəzur məktəblərində Zəfər dərsləri başlayır
Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir

Zal nəzarətçisi sertifikatı üçün təlim mərhələləri davam edir

Zal nəzarətçisi sertifikatı üçün təlim mərhələləri davam edir

Məlumat üçün qeyd edək ki, zal nəzarətçisi sertifikatı əldə etmək üçün müsahibə mərhələsi 24 noyabr, ümumi intellekt səviyyəsinin yoxlanılması mərhələsi isə 2 dekabr tarixində yekunlaşıb.

tehsilmedia.info xəbər verir ki, müsahibə üçün qeydiyyatdan keçmiş 3199 namizəddən indiyədək 2065 nəfəri müsahibə mərhələsindən uğurlu nəticə əldə edərək növbəti mərhələlərdə iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsində uğur qazanan 2065 namizəddən 1917 nəfəri ümumi intellekt səviyyəsinin yoxlanılması imtahanında iştirak edib və onlardan 1807 nəfər uğurlu nəticə əldə edib.

Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahanda minimum 40% nəticə göstərən namizədlərin birinci təlimdə iştirak etməklə bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə mesaj göndərilir.

Nəzərinizə çatdıraq ki, ümumi intellekt səviyyəsinin yoxlanılması imtahanında məqbul nəticə əldə edən 1807 namizəddən 845 nəfəri birinci təlim üçün qeydiyyatdan keçib və onlardan 837 nəfər bu təlimdə iştirak edib.

Birinci təlim “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” adlanır. Bu təlim imtahan prosesinə aid stres və təlaş, imtahana cəlb olunan tərəflərin psixoloji portretləri, ilkin təəssüratın imtahan gedişatına təsiri, imtahan prosesində ünsiyyət xüsusiyyətləri və imtahana psixoloji hazırlıq mövzularını əhatə edir.

Birinci təlimdə iştirak edən namizədlərin də “DİM tərəfindən keçirilən imtahanlar, imtahan proseduru və zal nəzarətçilərinin fəaliyyəti” adlanan ikinci təlimdə iştirak etməsilə bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə mesaj göndərilir. Bu təlimdə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumat verilir və fikir mübadiləsi aparılır.

Nəzərinizə çatdıraq ki, ikinci təlimdə iştirak etmək üçün 485 nəfər qeydiyyatdan keçib.

Zal nəzarətçilərinin sertifikatlaşdırılması prosesi ilə bağlı suallarınız yaranarsa, imtahan@dim.gov.az ünvanına elektron məktub göndərə, 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.

Oxşar xəbərlər

Bütün xəbərlər