Xəbər lentiwidget-title-icon

Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq
45 min nəfərlik ixtisasartırma planında saxtakarlıq və Emin Əmrullayevin BSU-dakı etirafı: “Məni bu vəzifədə zorla saxlayırlar”
Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Bakı Dövlət Universitetinin dosenti vəfat edib
Gəncə Şəhər Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun səlahiyyətdən sui-istifadəsi və korrupsiya halları barədə...
Çin Aya insan göndərmək üçün hazırlıqlara başlayıb
Müəllim 16 il işə getmədən maaş alıb
Şərqi Zəngəzur məktəblərində Zəfər dərsləri başlayır
Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir

“Akademiyanın Şuşanamə salnaməsi”- elmi konfrans

“Akademiyanın Şuşanamə salnaməsi”- elmi konfrans

Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi çərçivəsində AMEA-da görülmüş işlərin yekunlarına həsr olunan “Akademiyanın Şuşanamə salnaməsi” mövzusunda elmi konfrans keçirilib.

tehsilmedia.info xəbər verir ki, əvvəlcə 2023-cü il ərzində “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” mövzusunda AMEA-da işıq üzü görmüş nəşrlərdən və rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.

Konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyev bunun ardınca “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Akademik İsa Həbibbəyli AMEA-nın üzərinə müvafiq dövlət qurumları ilə birgə “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı ili” çərçivəsində beynəlxalq konfrans, elmi seminar və digər tədbirlərin keçirilməsi, I Türk Dünyası Mədəniyyət Forumunun, eləcə də “Əhməd bəy Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq konfransın təşkili kimi vəzifələrin qoyulduğunu bildirib. Bu vəzifələrdən irəli gələrək AMEA-da müvafiq Tədbirlər Planının hazırlandığını diqqətə çatdıran İsa Həbibbəyli akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin elmi müəssisələrində “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı ili” mövzusunda konfransların, sərgilərin keçirildiyini, fundamental monoqrafik tədqiqatların hazırlandığını vurğulayıb. Qeyd edib ki, Qarabağ, Şuşa və “Böyük Qayıdış” mövzularında aparılmış tədqiqatlar və işıq üzü görmüş nəşrlər Qarabağın qədim və əzəli Azərbaycan torpağı olduğunu bir daha təsdiqləmiş oldu. Həmçinin sözügedən tədqiqatlarla Prezident İlham Əliyevin liderliyi ilə Qarabağda qazanılmış tarixi Zəfər və “Böyük Qayıdış”ı əhatə edən geniş quruculuq işlərinin elmi əsasları ictimaiyyətə təqdim olundu.

AMEA prezidenti bugünkü konfrans çərçivəsində sərgilənən nəşr və rəsm əsərlərinin bir-birini tamamladığını, alimlər tərəfindən çəkilmiş rəsm əsərlərinin rəng, kompozisiya və üslub baxımından Qarabağ, Şuşa mövzusunda ciddi və dərin mənalar verdiyini diqqətə çatdırıb. O, “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı ili” çərçivəsində keçirilən konfranslar, seminarlar, forumlar, sərgilər və fundamental monoqrafik tədqiqatların dövlət başçısının AMEA qarşısında qoyduğu tapşırıqları əhatə etdiyini və alimlərin bunun öhdəsindən layiqincə gəlmək üçün var qüvvələri ilə çalışacağını bildirərək konfransı açıq elan edib.

Sonra AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov “Şuşa və Qarabağ akademik nəşrlərdə və toplama materiallarında” mövzusunda, Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə isə “Qarabağ və Şuşa təsviri incəsənətdə” mövzusunda məruzələrlə çıxış ediblər.

Oxşar xəbərlər

Bütün xəbərlər