Xəbər lentiwidget-title-icon

Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL

Prezident Bakı Ali Neft Məktəbinin müəlliminə maşın bağışladı - FOTO

Prezident Bakı Ali Neft Məktəbinin müəlliminə maşın bağışladı - FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) müəllimi Pyotr Anatolyeviç Kuvşinova bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən avtomobil hədiyyə edilib.

tehsilmedia.info xəbər verir ki, bu barədə BANM-ın rektoru Elmar Qasımov məlumat paylaşıb.

Rektorun sözlərinə görə, BANM-da idman (üzgüçülük) müəllimi işləyən Pyotr Kuvşinov I Qarabağ müharibəsinin iştirakçısıdır:

“O, 1992-ci illərdə Qarabağ uğrunda müharibəyə könüllü olaraq qoşulub. 1996-cı ilə qədər erməni işğalçılarına qarşı igidliklə vuruşub. Ağdam, Ağdərə, Kəlbəcər, Laçın, Murovdağ, Tərtər və Füzuli kimi qaynar döyüş bölgələrində vuruşub və iki dəfə ağır yaralanıb. Ağır yaralandıqdan sonra ordudan tərxis olunan Pyotr müəllim bu gün də bədənində düşmən güllələrinin qəlpələrini gəzdirir. Bəlkə də, bu gün onun mübarizə apardığı və qalib gəldiyi amansız xərçəng xəstəliyinin də səbəbi o qəlpələrdir. Bütün kollektivmiz, müəllim və tələbələrimiz Pyotr Anatolyeviçi çox sevir. Ona hamımız Pyotr müəllim deyə müraciət edirik”.

Rektor qeyd edib ki, Pyotr müəllim 70-80-ci illərin məşhur üzgüçü-idmançılardan olub:

“Elə buna görə də, son illər ölkəmizdə keçirilən qlobal idman tədbirlərində də təcrübəli məşqçi kimi iştirak edib. Belə ki, Birinci Avropa Oyunlarında texniki məsul şəxs, Dördüncü İslam Həmrəylik Oyunlarında su polosu üzrə Azərbaycan milli komandasının məşqçisi kimi uğurla iştirak edib və sertifikatlara da layiq görülüb.

Pyotr müəllim eyni zamanda, gözəl insan, qayğıkeş pedaqoq, ən əsası əsl azərbaycanlı və vətənpərvər şəxsiyyətdir.

Adından da göründüyü kimi, Pyotr müəllim slavyan əsillidir. Bu baxımdan, hər kəs onunla rus dilində danışmağa cəhd edir.

Fərəhləndirici hal bilirsiz nədir? O hər kəsə dərhal və səlis formada Azərbaycan dilində cavab verir. Azərbaycanlı rus dilində danışarkən Pyotr müəllim onlarla azərbaycanca danışmaqla sübut edir ki, əsl millət və vətən oğlu kimdir.

Bir müddət əvvəl Pyotr müəllim dənizdə üzərkən, batmaqda olan ana və övladı real ölümdən xilas etmişdi.

Hesab edirəm ki, Pyotr müəllim həm əsgər olaraq, həm müəllim olaraq Azərbaycan qarşısında bütün borclarını yerinə yetirib.

Bizim borcumuz isə bundan ibarətdir ki, belə şəxsiyyətlərə sağlığında qiymət verək, qayğı göstərək və hörmət edək”.

Prezident Bakı Ali Neft Məktəbinin müəlliminə maşın bağışladı - FOTO

Prezident Bakı Ali Neft Məktəbinin müəlliminə maşın bağışladı - FOTO

Prezident Bakı Ali Neft Məktəbinin müəlliminə maşın bağışladı - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər