Xəbər lentiwidget-title-icon

Məktəblilər arasında esse müsabiqəsi keçiriləcək
Peşə təhsili müəssisələrində karyera mərkəzlərinin sayı artırılacaq
Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək
Qələbəmizin izləri adlarda: Zəfər adı daşıyan uşaqların SAYI
Bağçalarda 7 minə yaxın şəxsin ixtisası uyğun deyil - Sertifikasiyada nə baş verəcək?
Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq
Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib

Peşəyönümü xidmətinin məqsədləri

Peşəyönümü xidmətinin məqsədləri

Peşəyönümü xidmətinin məqsədlərini sizlər üçün araşdırıb təqdim edirik:

* Təhsilalanların peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə məlumatlandırılması;
* Təhsilalanlarda ixtisas və peşə seçimi prosesində bilik, bacarıq və səriştələrdən istifadəetmə qabiliyyətinin formalaşdırılması;
* Maraqlarına, bacarıqlarına, qabiliyyətlərinə və şəxsi keyfiyyətlərinə uyğun olaraq, təhsilalanların müvafiq ixtisas və peşə seçiminə yönəldilməsi və onlara peşə məsləhətlərinin verilməsi;
* İnsan kapitalının inkişaf etdirilməsi üçün təhsil və əmək bazarı arasında əlaqənin və təhsildən əmək bazarına keçidin təmin olunmasına dair məlumatlandırmanın həyata keçirilməsi;
* Əmək fəaliyyətinin başlanılması üçün tələb olunan minimal bacarıqların formalaşdırılmasına köməkliyin göstərilməsi;
* Təhsilalanların karyera planlaşdırılması və ömürboyu təhsil imkanları barədə məlumatlandırılması;
* Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması və onların gələcəkdə öz iş yerlərini yaratmalarına həvəsləndirilməsi;
* Karyera planlaşdırılmasında sərbəst seçim imkanı verilməklə təhsilalanlarda peşə təhsili ilə bağlı ilkin bilik və bacarıqların ümumi təhsil pilləsində formalaşdırılması.

Qeyd olunan məqsədlərin reallaşdırılması üçün ölkəmizdə peşəyönümü işi üzrə davamlı tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycanda müxtəlif peşə sahələri üzrə zəruri bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər sırasında maarifləndirici tədbirlər xüsusi yer tutur. Bu məqsədlə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” adlı metodik vəsait hazırlayıb. Vəsait şagirdlərin peşə seçimi məsələsinə həsr olunub. Şagirdlərlə peşəyönümü işinin aparılmasına dəstək məqsədi daşıyan vəsait məktəb rəhbərləri, metodistlər, peşəyönümü rəhbəri və müəllimlər üçün nəzərdə tutulub. Sözügedən vəsait ümumi təhsil müəssisələrində peşəyönümünün mahiyyəti, məzmunu və vəzifələri, peşəyönümü fəaliyyətinin təşkili, peşə maraqlarının və motivlərinin diaqnostikası kimi mövzuları əhatə edir.

Həmçinin ARTİ tərəfindən "Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili" mövzusunda mütəmadi olaraq təlimlər keçirilir. Ümumtəhsil məktəblərinin peşəyönümü koordinatorlarının iştirak etdiyi təlimlər çərçivəsində iştirakçılar peşəyönümü xidmətinin təşkilinin hüquqi əsasları, peşəyönümü işinin prinsipləri, həmçinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə şagirdlər ilə aparılan peşəyönümü üzrə işlərin məqsədi və s. kimi mövzularda öz bilik və bacarıqlarını artırırlar. ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən həyata keçirilən təlimlərin əsas məqsədi şagirdlərin qabiliyyət, meyil, maraq və ehtiyaclarını nəzərə almaqla ümumi təhsil müəssisələrində peşəyönümü işini təşkil etmək, eyni zamanda, müxtəlif peşələrlə bağlı maarifləndirici tədbirlər keçirməklə və valideynlərlə iş aparmaqla təhsilalanların peşə seçimində düzgün qərar vermələrinə dəstək olmaqdır. Təlim müddətində iştirakçılar peşə təhsili müəssisələri və müasir peşə təhsilinin əsas istiqamətləri ilə tanış olurlar. Eyni zamanda, onlara peşəyönümü işinin təşkili üsulları, peşəyönümü fəaliyyətinin planlaşdırılmasına dair tövsiyələr verilir.

Nəticə olaraq demək olar ki, müasir dövrdə ixtisaslı kadr anlayışı insanların müəyyən iş və ya peşədə həm bilik, həm də bacarıqlarla təmin olunmasını tələb edir. Fərd malik olduğu bilik və bacarıqlarla yanaşı, özünə ən uyğun peşəni seçmək üçün təhsil prosesi zamanı peşə yönümünə ehtiyac duyur. Bu vəziyyət, xüsusilə, gənc və inkişaf etməkdə olan cəmiyyətlər üçün peşəyönümü xidmətini vacib edir. Peşəyönümü xidmətinin səmərəli olması üçün hər bir ümumtəhsil məktəbində peşəyönümü işinə rəhbərlik edən koordinatorun təyin olunması xüsusi əhəmiyyət daşıyır. Həmçinin bu işdə məktəbin bütün pedaqoji heyəti əməkdaşlıq edərsə, effektiv nəticələr əldə oluna bilər.

Oxşar xəbərlər

Bütün xəbərlər