Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

Magistraturaya hazırlıq: lazım, yoxsa vacibdir? - ARAŞDIRMA + FOTO

Magistraturaya hazırlıq: lazım, yoxsa vacibdir? - ARAŞDIRMA + FOTO



Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli fərmanı ilə təsdiq edilmiş “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ölkəmizin bütün ali və orta ixtisas məktəblərinin müxtəlif pillələrinə, o cümlədən magistratura pilləsinə qəbulun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi səlahiyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edildi.

Tehsil.biz xəbər verir ki, Yeni Əsasnamənin təsdiqindən dərhal sonra qısa müddətdə magistraturaya qəbul qaydaları hazırlandı. Qəbul qaydalarında göstərilirdi ki, 2005/2006-cı tədris ili üçün magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrın test üsulu ilə məntiqi təfəkkürü, ixtisas istiqaməti üzrə baza bilikləri və xarici dili bilmə səviyyəsi yoxlanılır. İkinci mərhələdə isə bakalavrlar ixtisas istiqaməti üzrə yazılı imtahan verirlər.

Növbəti, 2006/2007-ci tədris ili üçün magistraturaya qəbul imtahanları bir mərhələdə keçirildi. 2009-cu ildən başlayaraq qəbul imtahanı yenidən 2 mərhələyə bölündü. Beləliklə, 2009/2010-cu tədris ili üçün ali məktəblərin magistraturasına qəbul imtahanları iki mərhələdə keçirildi. Elə 2009-cu ildə başlayaraq da test sualları arasında İnformatika üzrə bilikləri yoxlamaq üçündə suallar da yer almağa başladı. Bu isə tələbələrin yeni bir sahə üzrə də hazırlaşmalarını labüd etdi.

Hazırlığı şərtləndirən amillər

Qəbul imtahanlarına istənilən hazırlıq dərəcəsinə malik olan tələbələr daxil olurlar. Lakin aydındır ki, daha hazırlıqlı tələbələr məqsədlərinə daha asanlıqla çatırlar. Hər iki mərhələ üzrə balları yüksək olan tələbələr həm dövlət hesabına oxumaq, həm də istədikləri ixtisasa daxil olmaq şansını əldə edirlər. Odur ki, hazırlaşmaq labüddür. Bununla belə, hazırlıqlı olmaq imtahana bir neçə ay qalmış bütün kitabları qarşıya qoyub oxumaq demək deyil. Hər kəs bilir ki, məntiq istisna olmaqla bütün tələb olunan elmlər üzrə biliklər Ali təhsil müəssisələrinin tədris proqramına daxildir və onlar az-çox tələbələrə tədris edirlir. Deməli, təhsil aldığı müddətdə dərsləri diqqətlə oxuyub, yadda saxlayan tələbə üçün xüsusi hazırlığa ehtiyac qalmır. Lakin, bəzi fənnlər üzrə biliklər, xüsusilə, qeyri-profil hesab edilənlər tələbələr tərəfindən dərindən öyrənilmir və tezliklə unudulur. Eyni zamanda, məntiqi qabiliyyəti inkişaf etdirmək üçün fəallığın olmaması da, bir çox tələbələrdə bu sahə üzrə çətinliklər törədir. Beləliklə, ən azı qəbul imtahanlarının 1-ci pilləsi üzrə xüsusi hazırlığa ehtiyac yaranır.



Hazırlıq prosesinin həyata keçirilməsi

Hazırlıq tələbə tərəfində mütaliə yolu ilə, yaxud repetitorun köməkliyi ilə aparıla bilər. Birinci halda tələbədə qətiyyət, məsuliyyət, diqqət yüksək səviyyədə olmalı, özünə inam olmalı, hafizəsindən düzgün istifadə etməyi bacarmalıdır. Beləliklə, tələbə özü üçün proqram hazırlayıb, o proqram üzrə ardıcıl hazırlaşmaqla məqsədinə nail ola bilir. İkinci halda isə, məsuliyyəti formalaşdırmaq, özünəinamı artıqmaq, hafizədən düzgün istifadə etmək tələbəyə repetitor tərəfindən aşılanır. Buraya daha çox, özünə və biliyinə çox da etibar etməyən, vaxtını düzgün planlaşdırmağı bacarmayan yaxud işə necə və hardan başlayacağını bilməyən tələbələrin hazırlığını aid etmək olar. Lakin, hər iki halda da, uğuru yalnız bilikli, intizamlı tələbələr qazanır.
Repetitor tələbəyə nə verir?

Bildiyimiz kimi, heç kim başqa birisinin "başına ağıl qoya" bilməz. İntellekt tələbənin özündə olmalıdır. Bəs repetitor nə üçün lazımdır? Repetitor təcrübəli mütəxəssis kimi, pedaqoji və psixoloji yollardan istifadə etməklə, tələbəyə bilik verir və tələbədə öz biliyinə inam yaradır. Belə ki, repetitor bir çox məsələlərin həllində standart yollar təklif etməklə tələbənin çox da mürəkkəb olmayan məsələ üzərində uzun müddət baş sındırmaısnın qarşısını alır, ona təkcə bilik yox, biliklərə yiyələnməyin yollarını göstərir. Ondakı səhvləri, çatışmazlıqları vaxtında aşkar edib aradan qaldırılması üçün tədbir görür. Həmçinin, onu psixoloji cəhətdən imtahana hazırlayır.
İmtahana nə qədər müddət hazırlaşmaq lazımdır?

Bunun üçün vaxt məhdudiyyəti yoxdur. İmtahana bir gün qalmış oxunan iki sətir informasiya da insana lazım ola bilər. Lakin, biliklə yanaşı insana təcrübə də lazımdır. Eyni zamanda testlərlə sürətli işləmək vərdişlərinə yiyələnmək də imtahanda tələbənin dadına çatan amillərdəndir. Odur ki, tələbə öz bilik səviyyəsinə görə hazırlığa başlama vaxtını təyin etməlidir. Belə ki, eyni informasiyanı ikinci dəfə alanda insan onu daha yaxşı dərk edir. Bu isə onu göstərir ki, hazırlıq təkcə informasiyaları toplamaqla bitməyib, eyni zamanda təkrara vaxt ayırmağı da tələb edir. Bu isə hazırlıq müddətinin bir az daha, təxminən 50 faiz uzanmasına gətirib çıxarır, lakin daha yaxşı nəticələr göstərməyə imkan verir. Bunu, xüsusən, məntiqi təfəkkürün inkişaf etdirilməsi üzrə hazırlıqda vurğulumaq lap yerinə düşər.
Məntiqi təfəkkür insanda lap uşaq çağlarından formalaşmağa başlayır və insanın fəaliyyət sahəsi və zehni qabiliyyətlərindən asılı olaraq ayrı-ayrı şəxslərdə müxtəlif dərəcədə inkişaf edir. Lakin, əsas olan odur ki, zehni fəallıq intellektual qabiliyyətin yüksəlməsinə gətirib çıxarır ki, tələbəyə də məhz bu lazımdır. Qeyd etmək lazımdır ki, uzun müddətli, orta gərginlikli, müxtəlif tipli zehni fəaliyyət göstərmək, hər zaman qısa müddətli yüksək gərginlikli və monoton zehni fəallığa nisbətən daha yüksək nəticələrə gətirib çıxarır. Bu müddət isə orta hesabla yarım il kimi müəyyən edilir.

Qeyd edək ki, fevralın 11-i Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilir. İmtahanda iştirak etmək üçün 19725 bakalavr ərizə təqdim edib. Onlardan 18205 nəfəri Azərbaycan bölməsi, 1520 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12713-si cari ilin, 7012-si isə əvvəlki illərin məzunlarıdır, 46 nəfər xarici ölkə vətəndaşıdır.

Oxşar xəbərlər


Bütün xəbərlər

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT