Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Bura Bakı Dövlət Sirki deyil - BDU "Dərviş Məstəlişah"ların oylağına çevrilib...

Bura Bakı Dövlət Sirki deyil - BDU "Dərviş Məstəlişah"ların oylağına çevrilib...

105 yaşlı nəhəng təhsil ocağı qoca və çürük "ideya"larla idarə olunur.

DogruXeber.az-a istinadla xəbər veririk:- Bura Bakı Dövlət Sirki deyil. Heç Kukla Teatrı da deyil. Bura bir təhsil məbədidir. Özü də ölkənin ilk və ən qocaman ali təhsil ehramıdır. Di gəl ki, kimə deyirsən, olub "Bakı Dövlət marketi". Bunu biz iddia etmirik, elə Bakı Dövlət Universitetinin hələlik adını açıqlanmasını istəməyən əməkdaşı bəyan edir. Onun qandonduran, tükürpədən sözlərindən belə məlum olur ki, BDU kimi nüfuzlu ali təhsil müəssisəsi bir qrup fürsətcillərin, möhtəkirlərin əlində əsir-yesir qalıb. Tarix boyu alimlər, professorlar, elm adamları yetişdirən, ziyalılar ocağı olan, qürur mənbəyi sayılan bu ali məktəb indi "Xudayar bəylər"in oylağına çevrilib. Elə ondandır ki, BDU üçün fədakarlıq edən, pedaqoji fəaliyyəti ilə can qoyanlar əsl qiymətini ala bilmirlər. Sırf "Dərviş Məstəlişah"ların ucbatından BDU əməkdaşları arasında xeyli sayda tam ştat ala bilməyənlər, vəzifə adını qazanmayanlar var. Və nə qədər ki, həmin "bazarkom"lar BDU-da "meydan sulayacaq", o vaxtadək bu təhsil məbədi haqsızlıqlar edilən bir ocağ, "firon"ların piramidası kimi ad çıxaracaq. BDU əməkdaşının sözlərinə görə, idarəetmə bir qrup şəxsin əlindədir və onlar zəhmətkeş, dəridən-qabıqdan çıxan müəllimlərə dəyər verməyəcəklər. Çünki "Xudayar bəy" kimilərin gözündə sadə, ziyalı, çalışqan və bilikli müəllimlərin hüquqları "Məmmədhəsən əmi", ya da onun eşşəyi kimi bir lazımsız məsələdir. Yəni qocaman Bakı Dövlət Universitetində mənzərə "Danabaş kəndi"ndə olduğu kimi yarısı ağlamalı, yarısı istehza ilə gülməlidir. Səbəb də müəllimlərə layiq olduqları haqların verilməməsi, əllərindən alınması, fəaliyyəti müqabilində almalı olduğu dəyərdən məhrum edilməsidir. Çünki bu ali təhsil ocağını idarə edənlərin öz "qaydaları" var və yazılmamış qanunlar işləkdir. "Təhsil haqqında qanun" isə universitetin kandarından içəri girə bilmir. Sanki BDU Mozambik, ya da Banqladeş təhsil ocağıdır, bu ölkələrin qanunları keçərlidir. Bir sözlə, 105 yaşlı nəhəng təhsil ocağı qoca və çürük "ideya"larla idarə olunur. Ona görə də BDU əməkdaşı təhsil ictimaiyyətinə çağırış edir - Gəlin, birlikdə bu təhsil məbədini xilas edək!

PS: Məqalə hələlik adının çəkilməsini istəməyən BDU nun əməkdaşının şikayətləri əsasında yazılmışdır. Ardı var...

Oxşar xəbərlər

Bütün xəbərlər