Xəbər lentiwidget-title-icon

Magistratura və doktoranturanı bitirən zabitlər rütbəni 1 il tez alacaqlar
Tələbələrə BakıKart ödənişləri ilə bağlı ŞAD XƏBƏR
Bilik Gününə həsr olunmuş intellektual yarış keçirilib
Böyük fürsətlər, real çətinliklər: Azərbaycanda tələbə olmaq nə qazandırır, nəyi alır?
Emin Əmrullayevin Yardımlıdakı vətəndaş qəbulunun vaxtı dəyişib
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
“Buraxılış imtahanlarının məzmununda dəyişikliklər nəzərdə tutulmalıdır”
Bu siniflərin dərs saatı artırılıb
Məktəblərin tədris planları TƏSDİQLƏNİB
Kitab oxuyanlara pul veriləcək
MİQ imtahanları birbaşa universitetlərdə keçirilsin - TƏKLİF
“Uşağa "artıq oyun qurtardı" deməyin” - Pedaqoqdan valideynlərə XƏBƏRDARLIQ
Emin Əmrullayevin psixoloqlarla bağlı açıqlamasına ekspertdən DƏSTƏK
Şagirdlərin davamiyyətinin yaxşılaşdırılması üçün hansı işlər görülməlidir? - CAVAB
Övladlarının əməlinə görə məktəbə çağırılan valideynlərə XƏBƏRDARLIQ EDİLDİ
"Müəllim sinifdə bu problemlərlə tək qalır" - Əməkdar müəllimdən AÇIQLAMA
ARTİ-də doktoranturaya qəbul imtahanı keçirilib
Türkiyədə qeyri-adi hadisə: Bir məktəbdə 27 cüt əkiz təhsil alır
Taksi sürücüləri üçün test imtahanı keçiriləcək
Məktəbdə bibər qazı səbəbindən 24 nəfər xəsarət alıb
Nazir müavini Həsən Həsənli Sumqayıtda Bilik Günü tədbirində iştirak edib - FOTO
Toronto Universitetinin azərbaycanlı məzununun adı Kanadada əbədiləşdirilib
Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO

Hüseyn Cavidin Ev Muzeyində 31 Mart soyqırımı gününə həsr olunan tədbir keçirilib - FOTO

Hüseyn Cavidin Ev Muzeyində 31 Mart soyqırımı gününə həsr olunan tədbir keçirilib - FOTO

Hüseyn Cavidin Ev Muzeyində 31 Mart Azərbaycanlıların soyqırımı gününün 106-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.

Muzeydən bildirilib ki, öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra muzeyin direktoru, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı çıxış edərək bildirib ki, erməni daşnak silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ənənəvi terror hadisəsi deyildi. Baxmayaraq ki, Sovet dönəmində bu məhəlli xarakterli hadisə kimi təqdim edilirdi. Soyqırım aktı sadəcə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Xaçmaz, Hacıqabul, Salyan ərazilərində deyil və İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars, ümumiyyətlə, azərbaycanlıların yaşadığı bütün ərazilərdə xüsusi qəddarlıqlarla həyata keçirilib. Həmçinin ermənilərin törətdiyi soyqırım təkcə 31 mart 1918-ci ildə baş verməyib. Bu xalqın düşmənləri 1905-1906 və ondan öncəki illərdə də dəfələrlə azərbaycanlılara qarşı belə soyqırımlar törədiblər. Uzun illər Sovet dövləti “xalqlar dostluğu” ideologiyasını təbliğ etdiyi üçün bu hadisəni ört-basdır etməyə çalışıb və yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla ilk dəfə olaraq 1918-ci ilin qırğınlarına dövlət səviyyəsində hüquqi - siyasi qiymət verilib.

Daha sonra çıxış edən muzeyin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə çıxış edərək bildirdi ki, martın 31-dən başlayan soyqırım azərbaycanlıların günlərlə davam edən kütləvi şəkildə vəhşicəsinə həyata keçirilmiş qətliamıdır. Rəsmi mənbələrə əsasən, bu soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülüb, on minlərlə insan itkin düşüb. Bununla əlaqədar olaraq Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının materiallarında göstərilir ki: “1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və uçurulub.Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib, aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib.Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv edib, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürüblər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı qaçqın düşüb.İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib, kəndlər isə yerlə yeksan edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edərək, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılaraq, əhalisi məhv edilib”.

Tarixin həmin qanlı sənələrinin izləri günümüzdə də qalmaqdadır. İstiqlaliyyət küçəsində yerləşən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun binası, AMEA Rəyasət heyətinin binasına diqqətlə nəzər salsanız güllə izləri hələdə qalmaqdadır.

Sonda tədbir iştrakçıları 31 mart soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.

Oxşar xəbərlər

Bütün xəbərlər