Xəbər lentiwidget-title-icon

Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq

Ekspertdən müəllimlərin pensiya yaşı ilə bağlı TƏKLİF

Ekspertdən müəllimlərin pensiya yaşı ilə bağlı TƏKLİF

Milli Məclisin sonuncu iclasında bəzi deputatlar müəllimlərin pensiya yaşına toxunaraq qeyd ediblər ki, onlar 65 yaşdan sonra pensiyaya çıxmaq istəmir.

Bəs niyə müəllimlər 65 yaşdan sonra pensiyaya çıxmaq istəmir? Onlar bu istəklərində haqlıdırlarmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elmin Nuri söylədi ki, müəllimlərin 65 yaşdan sonra öz işləri ilə vidalaşmaq istəməmələri fikrini haqlı hesab edir.

"Hesab edirəm ki, doğrudan da məsələ belədir. Tanıdığım xeyli sayda müəllimlər var ki, onların yaşı 60-65-i haqlasa da, qətiyyən məktəbdən, tədris mühitindən, şagirdlərdən uzaqlaşmaq istəmirlər. Doğrudur, bunun bir neçə səbəbi var. İndi biz sorğu keçirsək, əksəriyyəti bunu sosial səbəblə əlaqələndirəcək. Doğrudur, "görünən dağa nə bələdçi", bu, "iki vur iki, bərabərdir dörd" düsturu kimi bir şeydir. Məlumdur ki, yaşa görə verilən təqaüd yüksək deyil. Ən yüksək staja malik olan müəllim təbii ki, 400 manatdan yuxarı təqaüd almayacaq və bu, işlədiyi müddətdən aylıq gəlirinə ciddi təsir edəcək. Bu, aydın məsələdir. Amma inanın ki, bu, yeganə səbəb deyil. Həqiqətən də bu təhsil işi digər sahələrə bənzəməz. Doğrudur, bunun da zehni, psixoloji, fizioloji yorğunluğu olsa da, təhsil mühitindən uzaqlaşmaq bir təhsil işçisi üçün o qədər də asan deyil. Bu, ikiqat çətindir və 65 yaşı isə elmi fəaliyyət üçün, tədris fəaliyyəti üçün o qədər də bitkin yaş hesab olunmamalıdır. Əksinə, 55-65 yaş aralığından 80-ə qədər, bu, bir pedaqoqun intellektual məhsuldarlığını artıracaq dövlərdir. Mənim çox yaxın bir qohumum 65 yaşa görə məktəbdən uzaqlaşdırıldı. Hələ deyirdi ki, mən indi tam istədiyim müəllim obrazını yaratmaq istəyirdim, indi əsl görmək istədiyim müəllimi özümdə formalaşdırdım. Baxın, bu tək onun fikri deyil, həqiqətən də pedaqoji missiya başqadır. Dünyanın dahi pedaqoqlarının əsərləri var, onlara bir baxsaq, orada mənim fikrimi təsdiq edən xeyli sayda fikirləri görmüş olacağıq. Pedaqogikanın özünün metodiki və psixoloji çalarları var. Həmin çalarlara görə 65 yaşlı müəllim tədris mühiti üçün o qədər də uyğunsuz ola bilməz. Təbii ki, biz istisnaları saya bilərik, amma o, istisnaları biz nəzərə alsaq, hətta aralarında 35, 50 yaşlı müəllimlər var ki, onları tədris üçün uyğunsuz görə bilərik. Yəni bu insan psixoloji cəhətdən hazır deyil, yeni təhsil insanın içində deyil, tədris mühitini sevmir. Bu onun psixologiyasına təsir edir, dərs prosesini, pedaqoji işin təşkili mexanizmini birmənalı şəkildə yola verir. Bu insanlar uzaqlaşdırılmalıdır".Ekspert müəllimlərin etirazını dəstəkləyərək qeyd etdi ki, bütün ömrünü təhsilə həsr edən və 65 yaşında, məhsuldarlığın artdığı bir vaxtda uzaqlaşdırılan müəllimlərə bir az haqsız yanaşılır:

"Qanun qanundur, kimsə sahəsindən asılı olmayaraq qanundan üstün ola bilməz. Amma bu yaş qrupu bir pedaqoqun kamil zirvəsinə çatdığı bir yaş qrupudur. İnanıram ki, gələcəkdə bu nəzərə alınacaqdır, ən azından 65+5 düsturundan istifadə olunacaqdır. Yəni bir müəllimin yaşı 65-i haqlasa da, o öz şəxsi seçimindən asılı olaraq müqaviləni hər il ildə bir dəfə olmaqla beş ilə qədər artıra bilər. 70 yaşdan sonra artıq mütləq şəkildə işdən azad olunması ilə bağlı qərar verilə bilər. Halbuki insanlar var ki, onlar 70 yaşında çox məhsuldardırlar. İndi istisnalar üzərində dayanmayaq, çoxluğu deyək. Çoxluq onu deyir ki, 70 yaşdan sonra müəllimlərə xüsusi güzəşt olunsun. Düşünürəm ki, bu doğru olmaz. Elə ən yaxşısı biz 65+5 formatından istifadə edə bilərik. İkinci təklifim bundan doğan törəmə təklifidir ki, 65+5 formatında özünü təsdiq edən, məhsuldarlığı olan, müəyyən bir sertifikasiyadan uğurla keçən müəllimlərə əlavə şanslar yarada bilərik. Sertifikasiya ilə bağlı qərarda yaşı 60-dan yuxarı olan müəllimlərin iştirakı könüllü idi, yəni istəsələr iştirak etməyə də bilərdilər. Amma bəziləri var ki, iştirak etdilər və aid olduqları fənnə görə hətta respublikada üst yerlərin birini tutdular. Eyni bir formatı daha yüngül şəkildə 65+5 formatı üçün və bu formatdan yuxarı edə bilərik. Bunun nəyi pisdir ki? Demirəm ucdantutma hamını saxlayaq, amma onları yoxlayaq. Bu, o qədər də çətin proses deyil. Yoxlamadan sonra uyğun olanı, tədrislə nəfəs alanı, səriştəliliyi, faydalılığı üstündə olan şəxsləri məktəb üçün qoruyaq", - deyə Elmin Nuri bildirdi.

Oxşar xəbərlər

Bütün xəbərlər