Xəbər lentiwidget-title-icon

Bakıda "20 Sentyabr" metrostansiyası olacaq
Naxçıvanda iki özəl bağçaya dövlət dəstəyi veriləcək
Tələbə yataqxanalarında vəziyyət necədir? – Qiymətlər, yerlər və güzəştlər
Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq
Peşə təhsilinə maraq artır - Kolleclər unudulur...
Uşağınız məktəbə getmək istəmir? – Pediatrdan valideynlərə tövsiyələr
Bakıda kirayə evlərin qiyməti tələbələri şoka salıb - SORĞU
BMU magistrantları üçün Çində 100 faiz təqaüdlə təhsil almaq imkanı
Bu tələbələrin universitetlərə qəbuluna qadağa qoyuldu
“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri nəşr olunub
Şagirdlərin oxu bacarıqları aşağıdır - Elnur Əliyev
Təhsil haqlarını 25 faizdən çox artıran universitetlər ARAŞDIRILACAQ
Peşə məktəblərində köçürülmə və bərpa BAŞLADI
Gələcəyin müəllimləri necə hazırlanacaq? - Pedaqoji təhsildə yeni YANAŞMA
Ali məktəbə qəbulda YENİLİK - İmtahan sualları belə dəyişəcək
Daha çox uşaq bağçaya gedə biləcək
"Kayu" Uşaq bağçası - NARAZILIQ VAR...
Pedaqoji ixtisaslara maraq azalır - Onlarla plan yeri boş qaldı
Tədris mərkəzində Almaniyaya işçi yollamaq adı altında FIRILDAQ
Kəllə sümüyündə yeni orqanabənzər struktur tapılıb
Xərçəngə qalib gələn universitet tələbəsi yol qəzasında həyatını itirdi
Kolleclərə qəbul olunanların qeydiyyat vaxtı AÇIQLANIB
Ali məktəblərin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı nə zaman olacaq?
"Rəhbərlik özü mənə dedi ki, sökün" - Keçmiş direktordan haqqında yayılan iddialara CAVAB
2 minə yaxın şagird və müəllim məktəbdə zəhərlənib

219 saylı məktəbdə acınacaqlı vəziyyət. Şagirdlərin taleyi necə olacaq? Problemə niyə susurlar???

219 saylı məktəbdə acınacaqlı vəziyyət. Şagirdlərin taleyi necə olacaq? Problemə niyə susurlar???

Bildiyiniz kimi, 219 nömrəli məktəb "evdə təhsil məktəbi" kimi fəaliyyət göstərir. Fiziki qüsurlu şagirdlərlə işləyirlər. Amma Emin Əmrullayevin son islahatları ilə bu məktəblərdə vəziyyət tamamilə dəyişib və çox acınacaqlı bir hal yaranıb. Demək olar ki, həm Sağlamlıq İmkanı Məhdud uşaqlar, onların valideynləri, həm də həmin uşaqlarla işləyən müəllimlər üçün çox xoşagəlməz münasibət formalaşıb. Belə ki, 4 ildir 219 nömrəli məktəbə şagird vermirlər. Hansı ki, bu məktəb 1937-ci ildən fəaliyyət göstərir. Çox uzun və gözəl bir tarixi var. Məktəb hər zaman valideynlərin və şagirdlərin ümid yeri olmuşdur. Həqiqətən də çox gözəl, savadlı, peşəkar müəllimləri ilə fəxr mənbəyimizdir. Hər zaman ailələrə dəstək göstərmiş və uğurlu fəaliyyətlərini davam etdirmişlər. Amma əsl müdir 10 ildən artıqdır ki, pensiyaya çıxdı və bundan sonra vəziyyət tam əksinə dəyişməyə başladı. Sonrasında məktəbə 5 ayrı direktor göndərilsə də, direktorların heç biri məktəbi idarə edə bilmədi. Bu isə tək müəllimlər üçün deyil, eyni zamanda həmin qayğıya ehtiyacı olan şagirdlər üçün də ciddi problemlər yaratdı.

Qeyd edək ki, məktəb yarandığı vaxtda İçərişəhərdə Axundov bağının yanında liseydə fəaliyyət göstərib. Daha sonra fəaliyyətini Batandartda 329 nömrəli məktəbə köçürdülər və orda davam etdirdi. Şagirdlər isə artıq həmin məktəbə gəlmir. Şagirdləri başqa məktəblərdə yerləşdirirlər. Müəllimlər də saat hesabı kimi gedib həmin məktəblərə uşaqlarını götürüb dərs keçirlər. Nəzərə alsaq ki, elə bu yaxınlarda 329 nömrəli məktəbdə şagirdlər arasında bıçaqlanma baş verib,təsəvvür etmək olar ki, məktəb necə idarə olunur. Həmin məktəbdə nizamsızlıq, qanunsuzluq, problemlər baş alıb gedir. Guya həmkarlar seçkisi keçirildi. Yalandan özləri öz istədikləri adamları seçdilər. Hansı ki, həmin sədr müəllimlər üçün heç bir dəstək göstərmirdi. Axrı müəllimlər Araz Paşayevə ərizə ilə müraciət etdilər. Araşdırma aparıldı və həmin sədr pensiyaya yola salındı.

Ən qəbulolunmaz hal isə Emin Əmrullayevin uşaqları başqa məktəblərə inteqrasiya etməsi qərarıdır. Bunun düzgün qərar olduğunu düşünür. Amma bu uşaqları məhv etməkdir. Heç bir analiz etmədən, heç bir araşdırma etmədən şagirdləri adi məktəblərə göndərirlər. Hansı ki, bu çox ağır bir cinayətdir. Bu şagirdlər həmin məktəbə inteqrasiya olunmaq üçün həmin məktəblər bu şagirdləri qəbul etməyə hazır olmalıdır. Maddi-texniki baza, infrastruktur təmin edilməlidir. Yoxsa bu uşaqları tamam bərbat hala salacaqdır. Sağlamlıq İmkanları məhdud uşaqlar üçün məktəblərdə printus olmalıdır, uşaqların dərsə qalxması üçün bu mütləqdir. Şagirdlər adi partalarda əyləşə bilməzlər nəzərə alınmalıdır, onlar adi toletlər istifadə etmirlər, məktəblərdə nəzərə alınmalıdır. Bundan başqa, məsələn, şəkər xəstəsi uşaqlar var. 2 saatdan bir vaxtı vaxtında insulin vurulmalıdır, qida qəbul etməlidir. Yataq xəstəsi, dincəlmə ehtiyacı duyan şagirdlər var. Bu nümunələri istənilən qədər artırmaq olar. Belə halda, şagirdlər də çox pis vəziyyətdə qalırlar. Valideynlərin halını isə təsəvvür edə bilməzsiniz. Çox nigaran, narahat və qorxu içindədirlər. Çünki ən kiçik bir səhv övladları üçün ölüm həddində ola bilər. Bu çox önəmli bir məsələdir.
Təsəvvür edin, 4 ildir uşaq verilmir məktəbə. Hazırkı direktor da elə 329 nömrəli məktəbin direktorudur. Yəni 329 nömrəli məktəbin direktoru 219 nömrəli məktəbin direktor əvəzedicisidir. Bu məktəb üçün heç bir addım atmır. Müəllimlər, demək olar ki, işsizdilər. Ailə başçıları, ailə saxlayan, illərini həmin qayğıya ehtiyacı olan şagirdlərə həsr etmiş bu ağır işdə peşəkarlıq göstərmiş müəllimlərimiz bu gün demək olar ki, sayılmır. Heç də layiq olduğu dəyəri görmürlər.

İbtidai sinif müəllimləri şagird olmadığından 3 ay işsiz qaldılar. Maaş almadılar. Müəllimlərə ərizə yazdırıb başqa məktəblərə müvəqqəti yerləşdirdilər. Hazırda isə davamlı işçi hesab edilmirlər və sadəcə az saathesabına 300 manat maaşa işləyirlər. Təbii ki, ailə saxlayan biri üçün bu maaş çox azdır.

Bütün bunlar ciddi problemlərdir və mütləq həllini tapmalıdır. Həmin şagirdləri başa düşmək, onların əsas sağlığını, sonra isə təhsilini təmin etmək lazımdır. Bu şagirdlərə qarşı çox qəddarcasına yanaşmadır. Bu uşaqların həyatlarını oğurlamaqdır. Mütləq məsələ həllini tapmalıdır. Yaxşı olar ki, məktəblərimiz xüsusi qayğıya ehtiyacı olan şagirdləri qarşılamağa hazır olana kimi məktəb əvvəlki qaydasında idarə edilsin. Şagirdlər öz məktəblərinə gəlsin. Yəni, məktəb əvvəlki qaydada idarə olunsun.

Oxşar xəbərlər

Bütün xəbərlər