Xəbər lentiwidget-title-icon

Özbəkistanda şagirdlər 12 il oxuyacaq
Qarabağ Universitetinin yaradılmasından 3 il ötür
Şagirdlər üçün ödənişsiz hazırlıq mərkəzi açılıb
İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib
Qəbələdə Aşpaz emalatxanası istifadəyə verilib
Abşeron rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
AzTU-nun layihə həlləri Filip Kotlerin kitabında yer alıb
Musiqi müəllimləri sertifikasiyadan keçəcək - TARİX
Dövlət Proqramının icrasında səmərəsiz xərclər aşkarlanıb
Masallıda təhsilin görünməz şagirdləri: Dərs yoxdur, davamiyyət var, attestat var! Bəs məsuliyyət haradadır?
Məleykə Abbaszadə tələbələrlə görüşüb
Peşə təhsilində yeni əsasnamələr və qəbul nəticələri müzakirə edilib
İngilis dilini yaxşı bilən müəllimlərin maaşı artacaq
Qarabağda 15 yeni məktəbəqədər təhsil müəssisəsi açılır
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib
Şuşa teatrı Lənkəranda “Ağıldankəm Jurden”i təqdim edib
Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır
Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Mətbuat Şurası bəyanat yayıb
Dekan öz fakültəsində hansı problemlərin olduğunu bilməlidir
BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb

Magistraturada “speaking” mərhələsi: həmin bal 2 il qüvvədə qala bilərmi?

Magistratura imtahanlarına gələn ildən etibarən “speaking” mərhələsinin əlavə olunacağı ilə bağlı müzakirələr aparılır. Bu dəyişiklik xarici dil biliklərinin daha praktik şəkildə qiymətləndirilməsi məqsədi daşıya bilər. Belə olduqda namizədlər yalnız test bilikləri ilə deyil, danışıq bacarıqları ilə də qiymətləndiriləcəklər.
Ən çox maraq doğuran məsələlərdən biri isə speaking üzrə toplanılan balın neçə il qüvvədə qalacağıdır.

Əgər namizəd speaking mərhələsindən yüksək nəticə toplayarsa, həmin bal 2 il qüvvədə qala bilərmi?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, Dövlət İmtahan Mərkəzinin magistratura imtahanlarına "speaking" mərhələsini əlavə etməsi ilə, həmin balın iki il qüvvədə qalması həm daxili qaydalar, həm də beynəlxalq təcrübə baxımından tamamilə mümkündür:

"Hazırda Azərbaycanda buraxılış imtahanlarının nəticələrinin iki il qüvvədə qalması təcrübəsi mövcuddur. Bunu magistraturanın gələcəkdə nəzərdə tutulan "speaking" mərhələsində də tətbiq etmək mümkündür. İlk növbədə burada beynəlxalq standartlara uyğunluq təmin olunmalıdır. Onu da qeyd edim ki, dünyada ən populyar dil imtahanları olan IELTS və TOEFL sertifikatlarının qüvvədə olma müddəti də məhz iki il olaraq müəyyən edilib.

Eyni zamanda nəzərə almaq lazımdır ki, dil canlı bir bacarıqdır. İnsan uzun müddət danışıq praktikasından uzaq qaldıqda bu bacarıq tədricən passivləşir. Bu baxımdan iki illik müddət namizədin dil səviyyəsinin aktual olub-olmadığını qiymətləndirmək üçün optimal zaman kəsiyi hesab oluna bilər. Bu yanaşma, həm də dil bacarıqlarının dinamikası baxımından beynəlxalq praktikada özünü doğrultmuş bir reallıqdır".

Digər tərəfdən, əgər bakalavr son kursda yüksək "speaking" balı toplayıb, lakin həmin il magistraturaya daxil ola bilməzsə, növbəti il bu mərhələni yenidən keçmək məcburiyyətində qalmaz”, - deyə həmsöhbətimiz əlavə edib:

"Bu, həm tələbənin vaxtına qənaət edər, həm də imtahan stresini azalda bilər. Hər il 20 mindən çox magistr namizədinin danışıq bacarıqlarının qiymətləndirilməsi isə böyük insan və texnoloji resurs tələb edəcək.
Balın iki il qüvvədə qalması Dövlət İmtahan Mərkəzinin üzərinə düşən yükü də əhəmiyyətli dərəcədə azalda bilər. Eyni zamanda müddət məsələsinin optimallaşdırılması və fərqli tətbiq modellərinin nəzərdən keçirilməsi də faydalı ola bilər".

Nəticələrin qüvvədə qalması namizədlər üçün əlavə imkan yaradır:

"Beynəlxalq SAT imtahanı ilə bağlı da son dövrlərdə müxtəlif müzakirələr aparılsa da, həmin imtahanın nəticələri də müəyyən müddət, o cümlədən iki il ərzində etibarlı sayılır. Ümumilikdə isə nəzərə almaq lazımdır ki, bu il əldə olunan nəticə növbəti ildə fərqli ola bilər. Çünki imtahanlara hazırlaşan hər bir gənc zamanla daha yaxşı nəticə əldə etmək üçün üzərində işləyir və bacarıqlarını inkişaf etdirir.

Digər tərəfdən, tələbə bakalavr pilləsində oxuyarkən magistraturaya qəbul olmaq istəyir, lakin hansısa səbəbdən həmin il qəbul ola bilmirsə, planını növbəti ilə dəyişir və bu halda imtahan nəticəsinin qüvvədə qalması onun üçün əlavə imkan yaradır".

Oxşar xəbərlər

Bütün xəbərlər