Xəbər lentiwidget-title-icon

Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
“Məktəb acınacaqlı vəziyyətdədir, uçub-dağılır” - FOTO + VİDEO
28 universitet və təhsil müəssisəsinin iştirakı ilə sərgi keçiriləcək
"Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur..."
Kolleclərə qəbulda əlavə şans: Boş plan yerləri elan edildi
Almaniya nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olub
Peşə tanınması üzrə imtahanda iştirak edəcək şəxslərin NƏZƏRİNƏ!
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqini genişləndirir
Məktəbli formasında yeni qaydalar: sosial status, etnik və dini mənşə fərq yaratmamalıdır
Universitetlərdə dərslər onlayn OLACAQ
Azərbaycana payız fəsli gəlib
Gəncə-Daşkəsən üzrə təhsil rəqəmləri: neçə şagird və müəllim var?
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər
Şagirdlərin geyim formasının standartları təsdiqlənib
Sevinc Orucova KİMƏ ARXAYINDIR?

Məktəbli formasında yeni qaydalar: sosial status, etnik və dini mənşə fərq yaratmamalıdır

Azərbaycanda məktəblilərin geyimi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Yeni qaydalara əsasən, məktəbli formasının vahidliyini pozan və dünyəvilik prinsipinə uyğun olmayan geyimlərə icazə verilməyəcək. Milli tədbirlərdə isə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən istifadə mümkün olacaq.

Tehsilmedia.com xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirdi ki, dövlət ümumi təhsil müəssisələrində şagird geyim forması ilə bağlı yeni qaydaların müəyyənləşdirilməsini ümumilikdə sistemli yanaşma kimi qiymətləndirmək olar:

"Məktəbli formasının əsas məqsədi yalnız vahid görünüş yaratmaq deyil, məktəbdə nizam-intizamı, aidiyyət hissini və şagirdlər arasında sosial fərqlərin mümkün qədər azaldılmasını təmin etməkdir. Burada əsas məsələ formanın necə tətbiq olunacağıdır. Geyim tələbləri bütün şagirdlər üçün aydın, əlçatan və ailələrin sosial-iqtisadi imkanlarını nəzərə alan şəkildə müəyyənləşdirilməlidir. Forma seçimi ailələr üçün əlavə və ciddi maliyyə yükünə çevrilməməlidir. Xüsusilə aztəminatlı ailələrdən olan uşaqların geyim məsələsinə görə özlərini digər şagirdlərdən fərqli hiss etməsinin qarşısı alınmalıdır.

Digər tərəfdən, yeni qaydaların tətbiqi zamanı məktəblərdə həddindən artıq inzibati yanaşmadan da qaçmaq lazımdır. Şagirdin geyiminə görə təhsil prosesindən kənarlaşdırılması və ya psixoloji təzyiqə məruz qalması düzgün yanaşma olmaz. Məktəb qaydalara əməl olunmasını təmin etməklə yanaşı, bunu maarifləndirici və pedaqoji üsullarla həyata keçirməlidir. Bu dəyişikliklərin uğuru formanın dizaynından daha çox, onun tətbiq mexanizmindən asılı olacaq. Əgər qaydalar bütün məktəblərdə eyni prinsiplərlə, sosial ədalət və şagird rahatlığı nəzərə alınmaqla tətbiq edilərsə, bu, məktəb mühitində nizamlılığın və vahid məktəb mədəniyyətinin formalaşmasına müsbət təsir göstərə bilər".

Oxşar xəbərlər

Bütün xəbərlər