Xəbər lentiwidget-title-icon

Vakant vəzifələr üzrə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
Məktəbə gedəcək şagirdlərin sayı sürətlə azalır: rəqəmlər nə deyir?
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib - FOTO
Təhsil haqları artırıldı - Tələbələr ayağa qalxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Döyülən Kollec direktoru Peşə Mərkəzinə direktor müavini təyin edilib - İlqar Bayramlıdan sakit təyinat
Magistratura və doktoranturanı bitirən zabitlər rütbəni 1 il tez alacaqlar
Tələbələrə BakıKart ödənişləri ilə bağlı ŞAD XƏBƏR
Bilik Gününə həsr olunmuş intellektual yarış keçirilib
Böyük fürsətlər, real çətinliklər: Azərbaycanda tələbə olmaq nə qazandırır, nəyi alır?
Emin Əmrullayevin Yardımlıdakı vətəndaş qəbulunun vaxtı dəyişib
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
“Buraxılış imtahanlarının məzmununda dəyişikliklər nəzərdə tutulmalıdır”
Bu siniflərin dərs saatı artırılıb
Məktəblərin tədris planları TƏSDİQLƏNİB
Kitab oxuyanlara pul veriləcək
MİQ imtahanları birbaşa universitetlərdə keçirilsin - TƏKLİF
“Uşağa "artıq oyun qurtardı" deməyin” - Pedaqoqdan valideynlərə XƏBƏRDARLIQ
Emin Əmrullayevin psixoloqlarla bağlı açıqlamasına ekspertdən DƏSTƏK
Şagirdlərin davamiyyətinin yaxşılaşdırılması üçün hansı işlər görülməlidir? - CAVAB
Övladlarının əməlinə görə məktəbə çağırılan valideynlərə XƏBƏRDARLIQ EDİLDİ
"Müəllim sinifdə bu problemlərlə tək qalır" - Əməkdar müəllimdən AÇIQLAMA
ARTİ-də doktoranturaya qəbul imtahanı keçirilib
Türkiyədə qeyri-adi hadisə: Bir məktəbdə 27 cüt əkiz təhsil alır

Deputat sertifikasiyadan keçən müəllimlərin maaşına yenidən baxmağa ÇAĞIRDI

Deputat sertifikasiyadan keçən müəllimlərin maaşına yenidən baxmağa ÇAĞIRDI

“Bizə göndərilən yüzlərlə müraciət təsdiq edir ki, müəllimlərin sertifikasiya imtahanlarının nəticələrinə uyğun əmək haqqı artımı mexanizminin təkmilləşdirilməsi vacibdir”.

tehsilmedia.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov son günlər təhsil ictimaiyyətinin ən çox müzakirə etdiyi mövzuya münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, təhsilverənin bilik və bacarıqlarının qiymətləndirməsi imtahan və müsahibə olmaqla iki mərhələdə həyata keçirildiyinə görə, əmək haqqı artımı faizlərinin də tam olaraq yekun nəticəyə əsasən müəyyənləşdirilməsinə ehtiyac var.

Deputat sertifikasiyadan keçən müəllimlərin maaşına yenidən baxmağa ÇAĞIRDI

“Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqı 10 faiz, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faz artır.

Sertifikasiya qiymətləndirilməsi Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” sənədlə tənzimlənir. Bu qaydalara əsasən, sertifikasiyanın birinci mərhələsini keçmiş müəllim müsahibə mərhələsində 40 mümkün balın yarısını topladığı halda uğur qazanmış hesab olunur. Bu o deməkdir ki, sertifikasiya qiymətləndirməsində iştirak edən müəllimin yekunda maksimum 100 bal toplamaq imkanı var.

Bu baxımdan da, əmək haqqı artımı faizlərinin məhz həmin 100 ballıq sistem üzrə aparılması vacibdir. Bu halda 50 bal yığanların da 35 faizlik əmək haqqı artımından istifadə etmək imkanı ilə yanaşı, 40 baldan çox nəticəsi olanların da əməyinin daha yüksək maaş artımları ilə qiymətləndirilməsi mümkün ola bilər”, - V.Bayramov deyib.

Deputat bildirib ki, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsinin vacibliyini və sualların çoxluğunu nəzərə alaraq, Elm və Təhsil Nazirliyi tərəfindən metodologiyanın müzakirəsi üçün ekspertlərlə görüş keçirilməsi məqsədəuyğundur:

“Bu, metodologiyanın təkmilləşdirilməsi və differensial əmək haqqı artımları üçün yeni imkan ola bilər”.

Oxşar xəbərlər

Bütün xəbərlər