Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

ADA Universitetində 1-ci Beynəlxalq Proqramlaşdırma Düşərgəsi keçirilir

ADA Universitetində 1-ci Beynəlxalq Proqramlaşdırma Düşərgəsi keçirilir

ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsi tərəfindən 1-ci Beynəlxalq Proqramlaşdırma Düşərgəsi keçirilir.

ADA Universitetindən "tehsilmedia.info"a bildirilib ki, avqustun 19-dək davam edəcək düşərgə “Huawei” şirkətinin brendlərindən biri olan “Tech Arena”nın əməkdaşlığı ilə həyata keçirilir.

Proqramlaşdırma düşərgəsi bu ilin noyabrında Misirdə keçirilməsi planlaşdırılan universitet komandaları arasında Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) finalında, eləcə də 2023-2024 “ICPC” mərhələsində iştirak üçün komandaları hazırlamaq məqsədi daşıyan turnirlər silsiləsi kimi nəzərdə tutulub.

ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin müəllimi Fuad Hacıyevin sədrlik etdiyi Beynəlxalq Təşkilat Komitəsinin rəhbərliyi ilə düşərgədə müxtəlif ölkələrdən kodlaşdırma həvəskarları və ekspertlər bir araya gəliblər. Komitəyə ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov və universitetin müəllimi Mixailo Medvediyev, Bakı Mühəndislik Universitetindən Etibar Seyidzadə, Belarus Dövlət Universitetindən Vladimir Kotov, Gürcüstanın Proqramlaşdırmaya Dəstək Assosiasiyasından Teodor Zarkua və Qazaxıstan-Britaniya Texniki Universitetindən Alimjan Amanov daxildir.

Açılış mərasimində çıxış edən Fuad Hacıyev qeyd edib ki, dünyanın müxtəlif guşələrindən olan gənc proqramlaşdırma həvəskarlarını bir araya gətirən ADA Universiteti bununla texnologiya sahəsində innovasiya və bilik mübadiləsini davamlı təşviq etdiyini bir daha təsdiqləyir.

Belarus, Gürcüstan və Qazaxıstandan olan xarici iştirakçılarla birgə ADA Universiteti də daxil olmaqla ölkəmizin digər ali təhsil müəssisələrindən yerli iştirakçılar komandalar şəklində yarışacaqlar. Ümumilikdə 18 komanda şəklində 50 nəfərin iştirak edəcəyi düşərgədə həm də məşqçilərdən ibarət 2 komanda fəaliyyət göstərəcək.

Düşərgə zamanı altı müxtəlif gündə müsabiqələrin keçirilməsi nəzərdə tutulur. Düşərgənin proqramına müsabiqələrdən əlavə, Bakı şəhər turu, dəniz kənarına səyahət və asudə vaxtların əyləncəli keçirilməsi üçün futbol və voleybol oyunlarının təşkili daxildir.

Qeyd edək ki, “ICPC” kimi tanınan Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi hər il dünyanın müxtəlif universitetləri arasında keçirilən proqramlaşdırma üzrə çoxmərhələli rəqabət yarışıdır.

Oxşar xəbərlər

Bütün xəbərlər