Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Radiasiya Problemləri İnstitutunda akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd edilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan bildirilib.

Tədbirdə çıxış edən institutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev həkim peşəsini vicdanla yerinə yetirən Zərifə xanım Əliyevanın insanların sağlamlığının qorunmasında və xəstəliklərin qarşısının alınmasında göstərmiş olduğu səylərə toxunaraq, onun həmvətənlərinin qayğısına qalan, milli-mənəvi və yüksək əxlaqı dəyərləri varlığında təcəssüm etdirən, eləcə də bütün türk dünyasında, müsəlman aləmində qadınlığa örnək, humanist bir insan olduğunu diqqətə çatdırıb.

İnstitutun icraçı direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, eləcə də zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşatmış Zərifə Əliyevanın mənalı ömür yolundan danışıb. Qeyd edib ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Görkəmli oftalmoloq vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Onun "Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, "Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, "İridodiaqnostika”, "Şəkərli diabet zamanı gözün patologiyası”, "Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap edilib. Zərifə Əliyeva ümumilikdə 200-ə qədər elmi işin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təkliflərin müəllifidir. Tanınmış alim yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına da böyük töhfələr verib.

Tədbirdə çıxış edən institutun digər əməkdaşları ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı insanlıq üçün mənəviyyat və müdriklik örnəyi olan, eyni zamanda, bütövlükdə xalqının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr vermiş və cəmiyyətin tükənməz rəğbətini qazanmış Zərifə xanımın xalqımızın qəlbində əbədi yaşayacağını, daim dərin ehtiramla anılacağını diqqətə çatdırıblar.

Oxşar xəbərlər

Bütün xəbərlər