Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

Səhiyyə Nazirliyində İsrailin nüfuzlu universitetlərindən birinin rəhbərliyi ilə görüş olub - FOTO

Səhiyyə Nazirliyində İsrailin nüfuzlu universitetlərindən birinin rəhbərliyi ilə görüş olub - FOTO

İsrailin nüfuzlu universitetlərindən biri olan Holon Texnologiya İnstitutunun (HIT) nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib.

Bu barədə "tehsilmedia.info"a nazirlikdən bildirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev səhiyyə və tibb elmi sahəsində Azərbaycan-İsrail əməkdaşlığının nümunəvi olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ölkələrimiz virusologiya, mikrobiologiya və səhiyyənin digər yüksək texnologiyalı sahələrində uğurla əməkdaşlıq edir: "Bundan başqa, iki ölkənin səhiyyə nazirlikləri arasında səmərəli ikitərəfli əməkdaşlıq əlaqələri qurulub”.

Teymur Musayev səhiyyə sisteminin rəqəmsallaşdırılmasını Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu vurğuladı: "Süni intellekt və rəqəmsallaşmanı mənimsəyən həkimlərin yetişdirilməsi Səhiyyə Nazirliyinin qarşısında duran əsas hədəflərindən biridir. Rəqəmsal səhiyyə dünyada səhiyyə sistemlərində bir çox problemlərin həlli üçün böyük potensiala malikdir. Təcrübə göstərir ki, rəqəmsal texnologiyalar səhiyyənin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. İsrail səhiyyənin rəqəmsallaşdırılması sahəsində beynəlxalq müstəvidə qabaqcıl ölkələrdən biridir. Bunu nəzərə alaraq, İsrailin xüsusən də HİT-nin bu sahədə təcrübəsi əvəzsizdir. Hesab edirəm ki, HİT ilə əməkdaşlıq çərçivəsində tibb təhsili alan azərbaycanlı tələbələrin data elmləri, süni intellekt və rəqəmsallaşmanı dərindən mənimsəməsinə nail olmaq mümkündür”, - deyə nazir əlavə edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən HİT-in prezidenti Eduard Yakubov Holon Texnologiya İnstitutunun tibbi təhsil, səhiyyənin rəqəmsal transformasiyası, telesəhiyyə və digər sahələrdə Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, bir neçə il öncə HİT rəqəmsal səhiyyə sahəsində mütəxəssislərin hazırlanması üçün dünyada unikal və ilk proqramın icrasına başlayıb.

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Oxşar xəbərlər

Bütün xəbərlər