Xəbər lentiwidget-title-icon

Qubadlıda 2 məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
MİQ-in müsahibə nəticələri AÇIQLANIB
Bağça müəllimləri sertifikasiyadan necə keçəcək? - QAYDALAR
BMU-da yeni qəbul olunan tələbələrlə görüş keçiriləcək
Bazar günü yağış yağacaq - PROQNOZ
Subbakalavrlara qoyulan sədd kolleclərin sonu olacaq?
2027-ci ilin qəbul imtahanları ilə bağlı XƏBƏRDARLIQ
Türkiyədə özəl məktəblərə xarici adlardan istifadə qadağan edilib
Uşaqlarda disleksiya və autizm problemi artır - Pediatrdan XƏBƏRDARLIQ
Sirkə turşusu içən 17 yaşlı tələbə vəfat edib
MİQ üzrə işə qəbulun nəticələri açıqlanıb
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı - ARAŞDIRMA
Elm və Təhsil Nazirliyində 77 milyonluq Depot sualı: 429 mindən birdən-birə bu qədər inam necə qazanıldı?
Bakıda "20 Sentyabr" metrostansiyası olacaq
Naxçıvanda iki özəl bağçaya dövlət dəstəyi veriləcək
Tələbə yataqxanalarında vəziyyət necədir? – Qiymətlər, yerlər və güzəştlər
Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq
Peşə təhsilinə maraq artır - Kolleclər unudulur...
Uşağınız məktəbə getmək istəmir? – Pediatrdan valideynlərə tövsiyələr
Bakıda kirayə evlərin qiyməti tələbələri şoka salıb - SORĞU
BMU magistrantları üçün Çində 100 faiz təqaüdlə təhsil almaq imkanı
Bu tələbələrin universitetlərə qəbuluna qadağa qoyuldu
“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri nəşr olunub
Şagirdlərin oxu bacarıqları aşağıdır - Elnur Əliyev
Təhsil haqlarını 25 faizdən çox artıran universitetlər ARAŞDIRILACAQ

“Kompüter elmləri” ixtisası üzrə yeni tədris proqramları hazırlanır

“Kompüter elmləri” ixtisası üzrə yeni tədris proqramları hazırlanır

İnformasiya Texnologiyaları İnstitutunda ETN tərəfindən yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın Təbiət ixtisasları qrupunun “Kompüter elmləri” ixtisası üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib.

İnstitutdan TƏHSİL.BİZ -ə verilən məlumata görə, hibrid formatda keçirilən tədbirdə Təbiət ixtisasları qrupunun həmsədri, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev, “Kompüter elmləri” ixtisası üzrə Alt İşçi Qrupunun sədri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və Alt İşçi Qrupunun üzvləri, həmçinin dövlət və özəl müəssisələrdə müvafiq istiqamət üzrə çalışan mütəxəssislər iştirak ediblər.

Tədbirdə akademik Rasim Əliquliyev çıxış edərək iclasın təbiət ixtisasları təsnifatına daxil olan “Kompüter elmləri” üzrə magistratura səviyyəsində tədris proqramına müvafiq dəyişikliklərin edilməsi və yeni ixtisasların daxil edilməsi istiqamətində müzakirələrin aparılmasına həsr olunduğunu bildirib.

Akademik Rasim Əliquliyev son illərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, eləcə də “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” kimi böyük əhəmiyyətə malik mühüm dövlət sənədlərinin qəbul edildiyini deyib.

Akademik Rasim Əliquliyev İşçi Qrupu tərəfindən əmək bazarının tələbləri, müasir dövrün çağırışları, dünyanın aparıcı ali təhsil müəssisələrinin bu sahədə təcrübəsi əsasında biznes sektorunun nümayəndələrinin, ali təhsil və elmi-tədqiqat müəssisələrinin, dövlət qurumlarının da rəyi nəzərə alınmaqla ixtisaslaşmaların yeni siyahısının tərtib olunduğunu qeyd edib. Alim siyahıda yeni ixtisaslaşmaların təklif olunduğunu, bəzi ixtisaslaşmaların adlarında dəyişikliklərin edildiyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti “Kompüter elmləri” ixtisası üzrə tərtib olunmuş yeni siyahının müvafiq qurumlar tərəfindən nəzərdən keçirildiyini və siyahıya dair bəzi təkliflərin daxil olduğunu diqqətə çatdırıb.

Daha sonra “Kompüter elmləri” ixtisası üzrə Alt İşçi Qrupunun üzvləri və digər məsul şəxslər rəylər, təklif və tövsiyələr nəzərə alınmaqla yeni tədris proqramının hazırlanması istiqamətində müzakirələr aparıblar, müvafiq qərarlar qəbul ediblər.

Oxşar xəbərlər

Bütün xəbərlər