Xəbər lentiwidget-title-icon

Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq
45 min nəfərlik ixtisasartırma planında saxtakarlıq və Emin Əmrullayevin BSU-dakı etirafı: “Məni bu vəzifədə zorla saxlayırlar”
Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Bakı Dövlət Universitetinin dosenti vəfat edib
Gəncə Şəhər Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun səlahiyyətdən sui-istifadəsi və korrupsiya halları barədə...
Çin Aya insan göndərmək üçün hazırlıqlara başlayıb
Müəllim 16 il işə getmədən maaş alıb
Şərqi Zəngəzur məktəblərində Zəfər dərsləri başlayır
Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir

Adəm İsmayıl Bakuvi : "Azərbaycan–BƏƏ strateji tərəfdaşlığı siyasi etimaddan gələcəyin enerjisinə uzanan yoldur"

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və Əbu-Dabidə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın növbəti mühüm mərhələsi kimi qiymətləndirilə bilər.

Bu səfər təkcə diplomatik təmaslar deyil, həm də regional və qlobal miqyasda əməkdaşlıq modelinin nümayişidir. Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşlıq təsadüfi deyil, uzunmüddətli siyasi etimadın, qarşılıqlı maraqların və gələcəyə hesablanmış strategiyanın məhsuludur. Azərbaycan–BƏƏ münasibətləri məhz bu model üzrə inkişaf edir.

Bu fikirləri MillətinSəsi. İnfo-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi ifadə edib.

Fikirlərini davam etdirən partiya sədri bildirib ki, cənab Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin bütün əsas istiqamətlər üzrə uğurla inkişaf etdiyi xüsusi vurğulandı.

Dövlət başçılarının qarşılıqlı səfərlərinin məmnunluqla xatırlanması siyasi dialoqun formal çərçivədən çıxaraq strateji xarakter aldığını göstərir. Azərbaycan və BƏƏ rəhbərlikləri arasında formalaşmış bu etimad mühiti iki ölkənin beynəlxalq məsələlərdə də oxşar yanaşmalar nümayiş etdirməsinə şərait yaradır.

Bu, xüsusilə regional sabitlik, enerji təhlükəsizliyi və qlobal çağırışlar fonunda mühüm əhəmiyyət daşıyır. Azərbaycan–BƏƏ iqtisadi əlaqələri son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ənənəvi enerji sahəsində əməkdaşlıq saxlanılmaqla yanaşı, iqtisadi münasibətlər şaxələndirilmiş və dayanıqlı modelə yönəlib.

BƏƏ-nin investisiya potensialı və Azərbaycanın regional logistik imkanları bir-birini tamamlayır. Nəqliyyat, logistika, sənaye parkları, kənd təsərrüfatı və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq perspektivləri xüsusi diqqət mərkəzindədir.Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına əlavə stimul verir. Əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri enerji, xüsusilə də bərpaolunan enerji sahəsidir. Azərbaycan yaşıl enerji gündəliyini dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyən edib. BƏƏ isə bu sahədə qlobal miqyasda qabaqcıl təcrübəyə malikdir.

Bu sinerji Xəzər hövzəsindən Yaxın Şərqə uzanan yeni enerji əməkdaşlığı xəttinin formalaşmasına imkan yaradır. Günəş və külək enerjisi layihələri, yaşıl texnologiyalar və enerji keçidi sahəsində birgə təşəbbüslər iki ölkənin yalnız iqtisadi deyil, qlobal iqlim gündəliyində də tərəfdaş olduğunu göstərir.

Azərbaycan–BƏƏ münasibətləri təkcə siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Mədəni, humanitar və idman sahəsində əməkdaşlıq bu tərəfdaşlığın insani ölçüsünü gücləndirir.

Adəm İsmayıl Bakuvi onu da bildirib ki, cənab Prezident İlham Əliyevin Əbu-Dabidə “Gələcəyin Oyunları 2025” adlı qlobal idman turnirinin açılış mərasimində iştirakı təsadüfi deyil. Bu tədbir BƏƏ-nin innovasiya, rəqəmsal inkişaf və gənclik siyasətinə verdiyi önəmin göstəricisidir.

Azərbaycanın bu platformada təmsil olunması isə ölkəmizin müasir çağırışlara açıq, texnoloji gələcəyə inteqrasiya olunmuş dövlət olduğunu nümayiş etdirir. “Gələcəyin Oyunları” turniri yalnız idman yarışı deyil, fiziki və rəqəmsal bacarıqların sintezini təcəssüm etdirən yeni nəsil platformadır.

BƏƏ-nin bu turnirə ev sahibliyi etməsi onun gələcəyə yönəlmiş inkişaf modelinin göstəricisidir. Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı isə ölkəmizin innovasiya, gənclər və rəqəmsal transformasiya sahələrində beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyəti ortaya qoyur. Bu, siyasi diplomatiyanın müasir “yumşaq güc” alətlərindən biridir.Cənab Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri bir daha təsdiqlədi ki, Azərbaycan–BƏƏ münasibətləri klassik ikitərəfli əməkdaşlıq çərçivəsini çoxdan aşıb. Bu əlaqələr siyasi etimada, iqtisadi maraqların balansına və gələcəyə hesablanmış strateji baxışa söykənir. Azərbaycan bu tərəfdaşlıqda regional güc kimi, BƏƏ isə qlobal iqtisadi və maliyyə mərkəzi kimi çıxış edir.

Bu einerji iki ölkənin həm regionda, həm də beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirir. Bu gün Bakı ilə Əbu-Dabi arasında qurulan münasibətlər enerji ilə innovasiyanın, siyasətlə humanitar dəyərlərin, milli maraqlarla qlobal baxışın uzlaşdığı modeldir-deyə Adəm İsmayıl Bakuvi fikrini tamamlayıb.

Oxşar xəbərlər

Bütün xəbərlər