Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Adəm İsmayıl Bakuvi: "Bakı–Bratislava tərəfdaşlığında nəqliyyat və enerji əsas xəttə çevrilir"

"Azərbaycanın xarici siyasəti uzunmüddətli strateji hədəflərə, regional sabitlik və davamlı inkişaf məqsədlərinə, həmçinin ölkəmizin qlobal nəqliyyat və enerji sistemində tutduğu mövqeyə söykənir. Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində söylədiyi fikirlər də bu istiqamətin ardıcıl və məqsədyönlü olduğunu bir daha nümayiş etdirdi”.

MillətinSəsi.info xəbər verir ki, bunu Prezident İlham Əliyevin Slovakiyaya səfərini şərh edən ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib.

Onun sözlərinə görə, dövlət başçısının "Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayır” fikri artıq siyasi metafora deyil, reallaşmış faktdır:

"Son illər nəqliyyat, loqistika və infrastruktur sahələrinə yönəldilən iri həcmli sərmayələr Azərbaycanı Orta Dəhlizin ən sabit, təhlükəsiz və səmərəli hissəsinə çevirib. Cənab Prezidentin çıxışında Mərkəzi Asiyanı Avropa ilə birləşdirən əsas marşrutun Azərbaycan ərazisindən keçdiyinin vurğulanması rəsmi Bakının geosiyasi çəkisini daha da artıran faktordur.

Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycanın iqtisadi gücünü və Avrasiya məkanındakı rolunu yüksək qiymətləndirməsi də təsadüfi deyil. Onun Azərbaycanın Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik olmasını xüsusi vurğulaması ölkəmizin Avropa üçün etibarlı tərəfdaş statusunu bir daha möhkəmləndirir".Partiya sədri onu da bildirib ki, səfər zamanı aparılan danışıqlar Azərbaycan–Slovakiya münasibətlərinin gələcək inkişafında nəqliyyat, enerji və iqtisadi inteqrasiyanın əsas istiqamətlər kimi ön plana çıxdığını göstərdi.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin əlaqələrin və nəqliyyat sahəsinin yeni investisiyalar hesabına genişlənəcəyini bildirməsi Slovakiya üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki məhz bu sektor iki ölkəni yalnız siyasi əməkdaşlıqla deyil, real iqtisadi maraqlar ətrafında birləşdirən strateji platforma rolunu oynayır:

"Azərbaycanın bu sahədə yaratdığı müasir infrastruktur artıq ölkəmizi təkcə region daxilində deyil, Avropanın mərkəzi hissəsini də bu logistik sistemə daha sıx bağlayan mühüm bir qovşağa çevirir. Eyni zamanda, Azərbaycanın sürətlə artan enerji potensialı əməkdaşlığın gələcək istiqamətlərini müəyyən edən əsas faktor kimi çıxış edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda istifadə olunmayan təxminən iki qiqavatlıq enerji gücünün beş il ərzində səkkiz qiqavata çatdırılması, ölkəmizin enerji tranziti və yaşıl enerji ixracında yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu potensial isə yalnız Avropanın enerji təhlükəsizliyinə töhfə vermir, eyni zamanda yüksək texnologiyalar, süni intellekt və data mərkəzləri kimi enerji tutumlu sahələrin inkişafında da həlledici rol oynayacaq”.

Adəm İsmayıl Bakuvi bildirib ki, Slovakiya Prezidentinin ticarət dövriyyəsində müşahidə olunan ciddi artımı önə çəkməsi isə iqtisadi əməkdaşlığın genişlənməkdə olduğunun bariz göstəricisidir: Həm Bakı, həm də Bratislava mövcud potensialdan tam istifadə edilmədiyini vurğulamaqla, əslində yaxın illərdə tərəfdaşlığın daha geniş həcmlərə çatacağına işarə edirlər. Bütün bu məqamlar Azərbaycan–Slovakiya münasibətlərinin strateji mahiyyətini daha da gücləndirir və Prezident İlham Əliyevin səfərini iki ölkə əlaqələrində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirməyə əsas yaradır".

Oxşar xəbərlər

Bütün xəbərlər