Xəbər lentiwidget-title-icon

"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"

Məktəblərdə dərs bölgüsü necə aparılmalıdır?

Yeni tədris ili ərəfəsində məktəblərdə ən çox müzakirə olunan məsələlərdən biri müəllimlər arasında dərs bölgüsünün necə aparılmasıdır. Dərs saatlarının hansı prinsiplərlə bölüşdürülməsi, müəllimlərin nə vaxt məlumatlandırılması, sertifikasiya nəticələrinin bölgüyə təsiri və az dərs saatı olan müəllimin məktəbdə neçə gün olması kimi məsələlər xüsusilə maraq doğurur.

Tehsilmedia.com xəbər verir ki, mövzu ilə bağlı Əməkdar müəllim, Amonaşvili Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov "Azərbaycan müəllimi"nə açıqlama verib.

O bildirib ki, dərs bölgüsü növbəti dərs ilinin hazırlığının ən mühüm məsələlərindən biridir və hər il Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunan tədris planı əsasında aparılır:

"Təxminən ilin mart-aprel aylarında tədris planı bütün məktəblərə göndərilməli, onun əsasında neçə yeni sinfin açılacağı, neçəsinin bağlanacağı müəyyənləşirilir və məktəb direktoru bunların hamısını təhlil edib təxminən mayın əvvəlindən dərs bölgüsü prosesinə başlayır.

Yaxşı direktorlar bu prosesə metodbirləşmələrin sədrini cəlb edirlər, onlarla birlikdə bu işi aparırlar. Daha demokratik direktorlar bölgünü metodbirləşmənin öhdəsinə verirlər ki, müəllimlər öz aralarında müzakirə aparıb, dərs bölgüsünü həyata keçirsinlər".

Dərs bölgüsündə varislik prinsipi

Mütəxəssis qeyd edir ki, adətən dərs bölgüsü varislik prinsipi əsasında qurulur. Yəni 5-ci sinfi buraxan müəllim 6, 7, 8, daha sonra 9-cu sinifdə fəaliyyətini davam etdirir. 10-cu sinfə gəldikdə bu siniflər yenidən komplektləşdirilir:

Müəllim dərs saatları barədə nə vaxt məlumatlandırılmalıdır?

"Məktəb direktoru hansı müəllimləri o sinifdə dərs deməyə göndərəcəksə, onlarla birlikdə, ya da metodik birləşmənin sədrini də dəvət etməklə (əslində, müəllimlərin pedaqoji səriştəliliyini, savadlılığını metodik birləşmə sədri yaxşı bilməlidir) 10-cu sinfin tədris planına uyğun olaraq dərs bölgüsünü aparır və müəllimlər məzuniyyətə çıxmazdan daha əvvəl hər bir müəllim özünün tədris saatları, hansı sinifdə dərs deyəcəyi haqqında rəsmi qaydada məlumatlandırılır. Əgər sinif bağlanırsa, müəllim məzuniyyətdən qayıtdıqdan sonra dərhal baxılmalıdır. Müəllimlərə əlavə dərslər isə o vaxt verilə bilər ki, onlar həmin ixtisas üzrə əlavə müəllim hazırlığı (yenidən hazırlanma) prosesindən keçmiş olsunlar.

Ümumiyyətlə, ənənəvi qayda belədir və bunun da əsas məqsədi budur ki, yay tətili dövründə müəllim müəyyən hazırlıq işləri görsün, fənnin kurikulumunu nəzərdən keçirsin, planlaşdırmasını aparsın, tədris resurslarını düşünsün, summativ qiymətləndirmələr üçün müəyyən test sualları hazırlamağa başlasın və s."

Dərs saatları müəllimlər arasında necə bölünməlidir?

Asif Cahangirov qeyd edib ki, hər bir müəllim azı 18 saat dərslə təmin olunmalıdır. Amma bizdə son illərin ənənəsi budur ki, sertifikasiyada daha yüksək bal toplamış müəllimlərə daha çox dərs saatı verilir:

"5 saatla müəllim dolana bilməz. Əgər 5-10 saat əlavə dərs qalıbsa, həmin dərslər bölünməlidir. Yerli həmkarlar təşkilatı ilə birlikdə araşdırılaraq müəyyənləşdirilməlidir ki, hansı müəllim ixtisara düşsün. Əgər müəllim 18-dən az dərs saatı ilə razılaşırsa, onun yazılı razılığı əsasında ona daha az dərs saatı verilə bilər".

Əgər dərs saatı azdırsa, müəllim həftənin bütün günləri məktəbdə olmalıdır?

"Tutaq ki, bu dərs ilində müəllimin 5 saatı var. Əgər bu, riyaziyyat müəllimidirsə və onun həftədə 5 saat riyaziyyat dərsi varsa, o deməkdir ki, 5 gün dərslərə gəlməlidir. Digər müəllim həftədə 2 saat olan fənni tədris edirsə, onun dərsləri ən azı 2 günə bölüşdürülə bilər. “Dərs dedim, evə getdim” anlayışı olmamalıdır. Çünki onda belə çıxır ki, bu məktəb şagirdlər üçün yox, müəllimin maaş alması üçündür. Müəllimin 5 saat dərsini 2 gündə deyib evinə getməsi düzgün deyil. Hər bir müəllim məktəbin daxilində tədris-təlim prosesinin fəal iştirakçısı olmalıdır. Növbəti dərslərə hazırlıq mərhələsi var, zəif şagirdlərlə işlər var və s. Hər bir müəllimin üzərinə böyük yük düşür".

Oxşar xəbərlər

Bütün xəbərlər