Xəbər lentiwidget-title-icon

Jurnalist sual vermək üçün əvvəlcə Reyestrdən keçməlidir? – Elm və Təhsil Nazirliyində yeni qayda?
PİSA 2025 nəticələrinin absurd şərhi
1-ci sinfə gecikənlər üçün elektron qəbul prosesi yenidən aktivləşir
"Makaron" da artıq lüks oldu: Tələbə büdcəsi bu bahalığa necə dözür?
Türkiyədə məktəblərə hücumlar planlaşdıran cinayətkar dəstə saxlanılıb
Azərbaycan və Meksika universitetləri birgə layihələr icra edəcək
Müəllimlərin sertifikasiyası ali məktəblərin buraxılış imtahanları ilə birgə keçirilə bilər – Deputat
"Müəllimlərin süni intellektlə işləmək bacarığı olmalıdır" - DİM-sədrinə DƏSTƏK
“Süni intellektdən istifadə edən müəllim, istifadə etməyən müəllimi əvəz edəcək” - Sona Əliyeva
Ali təhsil haqqında qanuna yenidən baxmaq zamanı gəlib - Deputat
Milli Fəaliyyət Planı təsdiq edilib
Misir Mərdanovdan etiraz:"Məleykə Abbaszadəyə hər zaman hörmətlə yanaşmışam"
Bakalavr təhsilini 3 ilə endirmək bizə nə verər? - MƏQALƏ
Hicran Hüseynovadan müəllimlərə şok ittiham: “Niyə oxuyursan, ərə get” — Bəs xanım deputat öz işinə baxırmı? - VİDEO
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Sabahın hava proqnozu - Temperatur yenidən YÜKSƏLƏCƏK
Yeni tədris ilində qarşıya qoyulan ƏN VACİB MİSSİYALAR - MÜTDA sədri açıqladı
İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin – Deputat
"Bir-birimizi təbrik etməklə bu proses işləməyəcək"- Nazirdən VACİB REAKSİYA
"Məqsəd zəif şagirdləri məktəbdən uzaqlaşdırmaq yox, nəticələrini yaxşılaşdırmaqdır"
Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər
"Biz kimisə direktor işləməyə məcbur etməmişik" - Nazirdən məktəb rəhbərlərinə çağırış
"Sertifikasiyanın ilkin nəticəsini burada görəcəyik" - Nazirdən ANONS
Əsas məsələ binaların dizaynı deyil, uşaqların öyrənməsidir - Emin Əmrullayev

Jurnalist sual vermək üçün əvvəlcə Reyestrdən keçməlidir? – Elm və Təhsil Nazirliyində yeni qayda?

28 illik jurnalistə “əvvəl Reyestrdən keç, sonra sual ver” demək hansı hüquqi əsasla mümkün olur?

Jurnalist dövlət qurumuna sual verir. Sual təhsillə bağlıdır, məqsəd isə cəmiyyət üçün əhəmiyyətli məlumatı əldə edib ictimaiyyətə çatdırmaqdır. Amma qarşılığında belə bir cavab alır:
“Əvvəl Media Reyestrindən keçin, sonra sorğu ünvanlayın.”

Bu cavab sadəcə bir jurnalistin qarşılaşdığı münasibət deyil. Əgər bu yanaşma ümumi qayda kimi tətbiq olunursa, onda ortaya daha ciddi sual çıxır:
Jurnalist dövlət qurumuna sual vermək üçün əvvəlcə Media Reyestrindən keçməlidirmi?

Məsələ ondadır ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsində media subyektləri və jurnalistlərin dövlət orqanlarının fəaliyyəti barədə düzgün informasiya almaq hüququ təsbit edilir.

Qanunun 17.2-ci maddəsində isə dövlət orqanlarının öz fəaliyyəti haqqında informasiyanı media subyektlərinin və jurnalistlərin yazılı və şifahi sorğusu əsasında verməsi nəzərdə tutulur.

Deməli, qanunda jurnalistin informasiya almaq hüququ ayrıca müəyyən olunub.

Media Reyestri isə qanunun başqa fəslində, 73-cü maddədən başlayaraq ayrıca tənzimlənir. Qanunun 73.1-ci maddəsinə görə Reyestr media subyektləri və jurnalistlər barədə məlumatların sistemləşdirilməsi məqsədilə yaradılıb.

Daha maraqlısı isə Media Reyestrinin öz rəsmi platformasında yazılıb. MEDİA Agentliyinin “Tez-tez verilən suallar” bölməsində açıq şəkildə qeyd olunur:
“Jurnalistlərin Media Reyestrində olması mütləqdirmi?”
Cavab isə belədir:

“Jurnalistlərin Media Reyestrinə müraciəti könüllü xarakter daşıyır.”

Həmin rəsmi açıqlamada daha sonra bildirilir ki, şəxs Media Reyestrinə müraciət etmədən də jurnalist fəaliyyətini maneəsiz, qanunla müəyyən edilən bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər.

Belə olan halda sualımız daha da konkretləşir.
Əgər jurnalistin Reyestrdə olması məcburi deyilsə, niyə jurnalistə “əvvəl Reyestrdən keç, sonra sorğu göndər” deyilir?

Burada söhbət Media Reyestrinin mövcudluğuna qarşı çıxmaqdan getmir.

Reyestrin qanunla müəyyən edilmiş funksiyası var. Hətta MEDİA Agentliyi Reyestrin məqsədləri sırasında jurnalistlərin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılmasını və akkreditasiya prosedurlarının daha səmərəli həyata keçirilməsini də göstərir.

Amma başqa məsələ var.

Reyestrə daxil olmaqla informasiya almaq hüququ eyni anlayışdırmı?
Əgər eyni anlayış deyilsə, jurnalistin dövlət qurumuna informasiya sorğusu göndərməsi niyə Reyestr şərtinə bağlanır?
28 illik jurnalist fəaliyyətinə bir cümlə ilə “Reyestrdən keç” demək?

Məsələni bir qədər də konkretləşdirək.

28 ildir, mətbuat sahəsində çalışan jurnalist dövlət qurumuna təhsillə bağlı sual göndərir. Qarşılığında onun sualının mahiyyətinə cavab vermək əvəzinə, əvvəlcə Media Reyestrinə daxil olması tələb olunur.
Bu zaman jurnalistin təcrübəsi, çalışdığı media qurumu, hazırladığı materialların ictimai əhəmiyyəti və sorğunun mahiyyəti ikinci plana keçir.

Əsas sual isə bir elektron sistemdə adın olub-olmamasına çevrilir. Halbuki, Media Reyestrinin öz rəsmi izahında jurnalistin Reyestrə müraciətinin könüllü olduğu bildirilir.

Bəs qanun nə deyir?
Qanunun 17.1-ci maddəsi jurnalistlərin dövlət orqanlarının fəaliyyəti barədə düzgün informasiya almaq hüququnu təsbit edir və bu hüququn qanunla müəyyənləşdirilmiş hallar istisna olmaqla, məhdudlaşdırıla bilməyəcəyini bildirir.

17.2-ci maddə isə informasiya əldə edilməsinin formalarından biri kimi jurnalistin yazılı və şifahi sorğusunu göstərir.

Ona görə də bizim sualımız çox sadədir:

Jurnalistin dövlət qurumuna informasiya sorğusu göndərməsi üçün Media Reyestrində olması hansı qanunun hansı maddəsində məcburi şərt kimi göstərilib?

Əgər belə bir norma varsa, Elm və Təhsil Nazirliyi onu göstərsin. Əgər belə bir norma yoxdursa, onda jurnalistlərə niyə əvvəlcə Reyestrdən keçmələri tövsiyə və ya tələb olunur?

Söhbət bir jurnalistdən getmir Bu məsələni yalnız bir jurnalistin şəxsi problemi kimi qiymətləndirmək doğru olmaz. Çünki bu yanaşma geniş tətbiq edilərsə, məsələ bütün jurnalistlər üçün əhəmiyyət daşıyır.
Bu gün təhsil sahəsində sual verən jurnalistə “Reyestrdən keç” deyilirsə, sabah başqa sahədə araşdırma aparan jurnalist də eyni cavabla üzləşə bilər.

O zaman isə əsas sual artıq belə olacaq:

Media Reyestri jurnalistin hüquqlarını qorumaq üçün yaradılıb, yoxsa dövlət qurumlarına sual vermək üçün əlavə şərtə çevrilib?

Təhsilmedia.com olaraq məqsədimiz kimisə ittiham etmək deyil. Biz sadəcə hüquqi və praktiki vəziyyətə aydınlıq gətirmək istəyirik.

Elm və Təhsil Nazirliyinə suallarımız:

1. Jurnalistin Nazirliyə informasiya sorğusu göndərməsi üçün Media Reyestrində olması məcburidirmi?
2. Məcburidirsə, bunun hüquqi əsası hansı qanunun hansı maddəsidir?
3. Media Reyestrinin rəsmi FAQ bölməsində jurnalistin Reyestrə müraciətinin könüllü xarakter daşıdığı qeyd olunduğu halda, jurnalistlərə “əvvəl Reyestrdən keçin, sonra sorğu göndərin” deyilməsi hansı normaya əsaslanır?
4. Media Reyestrində olmayan jurnalistin Elm və Təhsil Nazirliyinə təhsillə bağlı informasiya sorğusu göndərmək hüququ varmı?
5. Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya strukturuna daxil olan əməkdaşlara jurnalist sorğularının cavablandırılması ilə bağlı belə bir tələb və ya daxili göstəriş verilibmi?
6. Əgər verilibsə, həmin göstərişin hüquqi əsası və sənədi açıqlana bilərmi?

Çünki burada söhbət bir şəxsin kimliyindən və ya bir idarənin münasibətindən daha böyük məsələdən gedir.
Söhbət jurnalistin dövlət qurumuna sual vermək hüququndan gedir. Və bu hüququn sərhədlərini jurnalistə verilən şifahi cavab yox, qanun müəyyən etməlidir.

Oxşar xəbərlər

Bütün xəbərlər