Xəbər lentiwidget-title-icon

Jurnalist sual vermək üçün əvvəlcə Reyestrdən keçməlidir? – Elm və Təhsil Nazirliyində yeni qayda?
PİSA 2025 nəticələrinin absurd şərhi
1-ci sinfə gecikənlər üçün elektron qəbul prosesi yenidən aktivləşir
"Makaron" da artıq lüks oldu: Tələbə büdcəsi bu bahalığa necə dözür?
Türkiyədə məktəblərə hücumlar planlaşdıran cinayətkar dəstə saxlanılıb
Azərbaycan və Meksika universitetləri birgə layihələr icra edəcək
Müəllimlərin sertifikasiyası ali məktəblərin buraxılış imtahanları ilə birgə keçirilə bilər – Deputat
"Müəllimlərin süni intellektlə işləmək bacarığı olmalıdır" - DİM-sədrinə DƏSTƏK
“Süni intellektdən istifadə edən müəllim, istifadə etməyən müəllimi əvəz edəcək” - Sona Əliyeva
Ali təhsil haqqında qanuna yenidən baxmaq zamanı gəlib - Deputat
Milli Fəaliyyət Planı təsdiq edilib
Misir Mərdanovdan etiraz:"Məleykə Abbaszadəyə hər zaman hörmətlə yanaşmışam"
Bakalavr təhsilini 3 ilə endirmək bizə nə verər? - MƏQALƏ
Hicran Hüseynovadan müəllimlərə şok ittiham: “Niyə oxuyursan, ərə get” — Bəs xanım deputat öz işinə baxırmı? - VİDEO
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Sabahın hava proqnozu - Temperatur yenidən YÜKSƏLƏCƏK
Yeni tədris ilində qarşıya qoyulan ƏN VACİB MİSSİYALAR - MÜTDA sədri açıqladı
İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin – Deputat
"Bir-birimizi təbrik etməklə bu proses işləməyəcək"- Nazirdən VACİB REAKSİYA
"Məqsəd zəif şagirdləri məktəbdən uzaqlaşdırmaq yox, nəticələrini yaxşılaşdırmaqdır"
Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər
"Biz kimisə direktor işləməyə məcbur etməmişik" - Nazirdən məktəb rəhbərlərinə çağırış
"Sertifikasiyanın ilkin nəticəsini burada görəcəyik" - Nazirdən ANONS
Əsas məsələ binaların dizaynı deyil, uşaqların öyrənməsidir - Emin Əmrullayev

"Sertifikasiyanın ilkin nəticəsini burada görəcəyik" - Nazirdən ANONS

"Yaxşı təhsil sistemində bir məktəb digərindən çox fərqlənməməlidir".

Tehsilmedia.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı bildirib.

“Biz müəllim keyfiyyətindən danışırıq. Amma burada onun ədalətli olub-olmaması da sualdır. Alətlərlə məqsədləri fərqləndirmək deyəndə bunu nəzərə almaq lazımdır.

Bizim çox yaxşı sertifikatlaşdırmamız ola bilər, amma başa düşməliyik ki, bunun nəticəsini bir neçə ildən sonra görəcəyik.

Düşünürəm ki, sertifikatlaşdırmanın ilkin nəticələrini 2026-cı ildə PIRLS-də görə bilərik.

Çünki bu, ibtidai sinifləri əhatə edir. Amma yenə də tam nəticəni görməyəcəyik. Onu 2031-ci ildə daha aydın görə bilərik.

Çünki 2026-cı ildə 4-cü sinfi bitirən uşaqların müəyyən qisminə, hətta böyük bir qisminə sertifikatlaşdırmadan keçməyən müəllimlər də dərs deyiblər. Bu mənada, təsirlərin ortaya çıxması üçün vaxt lazımdır.

Mənim müşahidələrimə görə, bizim axsayan, müəyyən mənada geridə olduğumuz yer haradadır? Təhsil siyasətini ölkə rəhbəri müəyyən edir, Azərbaycan hökuməti müəyyən edir, nazirlik isə onu müəyyən qaydalar və çərçivələrə salır.

Aşağıya doğru getdikcə, yəni Nazirlikdən başlayıb sinif otağına qədər hamı bunu düzgün başa düşsə, biz mükəmməl təhsil sistemi olacağıq.

Problem ondan ibarətdir ki, tam səmimi olaraq, bu işdə bu zalda əyləşən və əyləşməyən insanların bizə çox ciddi kömək etməsi lazımdır.

Biz sadə məsələləri başa düşməliyik. Təhsilin daha yaxşı olması üçün müəllimimizin keyfiyyəti daha yüksək olmalıdır, məktəbəqədər təhsildən daha çox uşaq gəlməlidir, məktəbdə nizam-intizam yerində olmalıdır, uşaqlar dərsə gecikməməlidir.

Sinfə girən müəllim dərs deməlidir və əmin olmalıdır ki, dərsin sonunda sinifdəki uşaqlar nəyisə öyrəniblər. Müəllim sinfə sadəcə özü üçün danışmağa girməməlidir.

Müəllimə və yaxud direktora yönəlik olaraq, ümumiyyətlə, “mənim məktəbim” anlayışından “bizim məktəblərimiz” anlayışına keçməyin vaxtıdır.

Çünki yaxşı təhsil sistemində bir məktəb digər məktəbdən çox fərqlənmir. Azərbaycan vətəndaşının 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, yoxsa 4 nömrəli məktəbə getməsinin heç bir fərqi olmamalıdır.

Amma “filankəs müəllimin məktəbi”, “filankəs xanımın məktəbi” anlayışı, səmimi olaraq, yaxşı təhsil sisteminin xüsusiyyəti deyil. Bunlar müəllif məktəbləridir. Bir, iki, üç belə məktəb ola bilər.

Amma ölkədə 150 belə “müəllif məktəbi” varsa, orada təhsil sistemindən yox, ayrı-ayrı insanların, şərti olaraq, arzularından danışırıq. Ona görə də sistematiklik çox vacibdir. Bizim danışdığımız əsas məsələ də budur”.

Oxşar xəbərlər

Bütün xəbərlər