Xəbər lentiwidget-title-icon

İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb
Elm və Təhsil Nazirliyi “2022–2026-cı illər üzrə İnkişaf Strategiyası”nı yerinə yetirə bildimi? - TƏHLİL
Məktəbdə nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı
Bu fənlər buraxılış imtahanına salınsa, repetitor bazarı genişlənəcək - Əməkdar müəllimdən ETİRAZ
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
ARTİ xarici dil fənni üzrə illik plan nümunələri hazırlayıb
BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT

"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH

"Prezident Ilham Aliyevin Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışında səsləndirdiyi fikirlər məncə, təkcə bu günün siyasi proseslərinə deyil, həm də gələcəkdə Azərbaycanın yaxın tarixinin necə yazılacağına aiddir.

Xüsusilə iki məqam diqqət çəkir. Azərbaycanın heç bir ölkənin himayəsinə ehtiyac duymadan müstəqil xarici siyasət aparması və Qarabağ Zəfəri ilə bağlı tarixi faktların təhrif edilməsinə yol verilməməsi.

Prezidentin silahlanma ilə bağlı dedikləri isə ayrıca əhəmiyyət daşıyır. Çünki 44 günlük müharibədən sonra müxtəlif ölkələrin və ayrı-ayrı siyasi dairələrin Qarabağ Zəfərindəki rolunu olduğundan böyük göstərməyə çalışdığı fikirləri səsləndirildi. Bəzən elə təsəvvür yaradıldı ki, Azərbaycan Ordusunun qazandığı Zəfər kiminsə verdiyi silahın və ya göstərdiyi xüsusi yardımın nəticəsidir.
Halbuki Azərbaycanın hərbi imkanlarının formalaşması bir günlük proses deyildi. Azərbaycan illər ərzində böyük maliyyə vəsaiti hesabına ordusunu qurdu, müxtəlif ölkələrdən hərbi texnika və silah aldı, müdafiə sənayesini yaratdı. Prezident İlham Əliyev hələ 2020-ci ildə də Azərbaycanın Türkiyə, Rusiya, İsrail və digər ölkələrdən hərbi texnika aldığını və bunun üçün ödəniş etdiyini açıq şəkildə bildirmişdi.
Burada bir məqamı dəqiq ayırmaq lazımdır Azərbaycanın müxtəlif dövlətlərlə hərbi əməkdaşlığı və silah alışları olub. Bu əməkdaşlıqların hər birinin öz siyasi və texniki əhəmiyyəti var. Amma silahı almaq başqa şeydir, həmin silahı döyüş meydanında effektiv şəkildə istifadə edib hərbi nəticə əldə etmək tamam başqa.
Qarabağı Azərbaycan əsgəri azad edib.
Bu cümlə heç bir ölkənin Azərbaycana münasibətini kiçiltmir. Əksinə, tarixi faktı öz yerinə qoyur. Türkiyə ilə strateji münasibətlər, İsraildən, Rusiyadan, Avropadan və digər ölkələrdən alınmış hərbi texnika Azərbaycan Ordusunun imkanlarını formalaşdıran amillər sırasında olub. Amma həmin imkanlardan istifadə edən, döyüşən və şəhidlər verən Azərbaycan hərbçisi idi.
Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi nəticə həm də uzun illər davam edən ordu quruculuğunun nəticəsi idi. Prezidentin son çıxışında bu məsələyə yenidən toxunması ona görə əhəmiyyətlidir ki, tarix yalnız qələbənin özündən ibarət deyil. Qələbəyə aparan yolun da necə keçildiyi düzgün bilinməlidir.
Prezidentin “heç kim bizim işimizə müdaxilə etməsin” fikri də bu kontekstdə təsadüfi səslənmir. Azərbaycan öz dövlət maraqlarına uyğun olaraq müxtəlif ölkələrlə münasibətlər qurur və bu münasibətlərdə qarşılıqlı hörmət prinsipini əsas götürür. Prezident daha əvvəl də Azərbaycanın müstəqil siyasət apardığını və xarici əlaqələrini özü müəyyən etdiyini açıq şəkildə ifadə edib.
Bu gün məsələ artıq yalnız 2020-ci il müharibəsinin necə baş verdiyi deyil. Məsələ ondan ibarətdir ki, Azərbaycanın Zəfərinin siyasi və hərbi müəllifliyi gələcək nəsillərə necə çatdırılacaq. Tarixi nə şişirtmək, nə də kiminsə adına yazmaq lazımdır. Kim nə edib öz adı ilə qeyd olunmalıdır. Kim nə alıb necə alıb, göstərilməlidir. Kim döyüşüb onun haqqı özünə verilməlidir.
Azərbaycanın Qarabağ Zəfəri isə ilk növbədə Azərbaycan xalqının, Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun tarixidir. Prezidentin qurultaydakı mesajlarının məncə ən mühüm tərəfi də məhz budur tarix başqalarının siyasi maraqlarına uyğun deyil, faktlara əsasən yazılmalıdır."

Ehtiram Mehdiyev

Oxşar xəbərlər

Bütün xəbərlər