Xəbər lentiwidget-title-icon

Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb
Elm və Təhsil Nazirliyi “2022–2026-cı illər üzrə İnkişaf Strategiyası”nı yerinə yetirə bildimi? - TƏHLİL

Bu fənlər buraxılış imtahanına salınsa, repetitor bazarı genişlənəcək - Əməkdar müəllimdən ETİRAZ

"İmtahan fənlərinin sayını artırmaq təhsilin keyfiyyətini yüksəldirmi?" sualını verərkən, bu suala birmənalı "hə" demək tələsik olardı. Əvvəlcə mövcud vəziyyətə baxaq. Hazırda cari ilin məzunları üçün buraxılış imtahanı tədris dilinə uyğun olaraq Azərbaycan və ya rus dili, xarici dil və riyaziyyatdan ibarətdir. Tarixin əlavə olunmasını təklif edənlər bunu milli kimlik və milli düşüncənin möhkəmləndirilməsi ilə əsaslandırırlar. Bəziləri isə gənclərin regiondakı geosiyasi reallıqları və qonşuların niyyətlərini bilməsinin vacibliyini önə çəkir. Bu arqumentlər ciddidir və onları kənara atmaq doğru olmaz".

Tehsilmedia.org xəbər verir ki, bunu redaktor.az-a Əməkdar müəllim Sona Əliyeva bildirib.

O qeyd etdi ki, bu məsələnin digər tərəfləri də var:

"Birincisi, imtahan fənni olmaq fənnin həqiqətən öyrənilməsi demək deyil. Beynəlxalq araşdırmalar, xüsusilə ABŞ-də "No Child Left Behind" dövründə aparılan tədqiqatlar göstərir ki, yüksək nəticəli imtahanlar tədrisi "imtahana hazırlığa" çevirir. Məktəblər imtahana düşməyən fənlərə ayrılan vaxtı azaldır, imtahana düşən fənlərdə isə düşünmə yox, test texnikası öyrədilir. Yəni, tarix imtahana salınsa, şagird tarixi düşünməyi yox, tarixi əzbərləməyi öyrənə bilər. İkincisi, Azərbaycanda yuxarı siniflərin real mənzərəsi hamıya məlumdur. İmtahana düşməyən fənlər çox vaxt arxa plana keçir, əsas yük isə repetitor otaqlarına daşınır. Yeni fənn əlavə etmək bu sistemi düzəltməyəcək, sadəcə ailələrin cibinə daha bir xərc əlavə edəcək. Üçüncüsü, dünya təcrübəsi fənlərin sayını mexaniki artırmaq istiqamətində deyil. Finlandiyada yetkinlik imtahanında ana dili məcburidir, qalanlarını şagird özü seçir. Britaniyada A-level sistemində şagirdlər adətən üç fənn seçir. Bu o deməkdir ki, inkişaf etmiş sistemlər məcburiyyəti yox, seçim imkanını genişləndirir".

Müsahibimiz əlavə etdi ki, imtahan fənnə status verir və bunu inkar etmək olmaz:

"Şagird də, valideyn də, məktəb də imtahana düşən fənni ciddi qəbul edir. Problem də elə buradadır. Əgər tarixin və coğrafiyanın ciddi qəbul edilməsi üçün onları mütləq imtahana salmaq lazımdırsa, bu, fənnin yox, məktəbin zəifliyinin göstəricisidir.

Proqnoza gəldikdə, iki ssenari mümkündür. Əgər tarix və ya coğrafiya indiki test formatında dördüncü məcburi fənn kimi əlavə olunsa, qısa müddətdə bu fənlərə maraq artacaq, amma şagirdlərin üzərindəki yük və repetitor bazarı da genişlənəcək. Keyfiyyətdə ciddi sıçrayış isə olmayacaq. Yox, əgər məsələyə daha geniş baxılsa, yəni seçmə fənn modeli, məktəbdaxili qiymətləndirmənin gücləndirilməsi və analitik düşünməni ölçən açıq tipli tapşırıqlar gündəmə gəlsə, həm fənlərin nüfuzu artar, həm də imtahan yükü balansda qalar. Bu baxımdan, verilən sual "neçə fənn?" deyil, "necə qiymətləndiririk?" olmalıdır. Məncə, buraxılış imtahanlarında fənlərin sayını artırmağa hazırda ciddi ehtiyac yoxdur. Daha məqsədəuyğun yol mövcud üç fənnin üzərinə şagirdin öz maraq sahəsinə uyğun seçə biləcəyi bir fənnin əlavə edilməsi ola bilər. Tarix və coğrafiya isə bu siyahıda layiqli yer tuta bilər. Vətən tarixini sevdirmək isə ancaq yaxşı müəllim və keyfiyyətli tədrislə mümkündür", - deyə S.Əliyeva tamamladı.

Oxşar xəbərlər

Bütün xəbərlər