Xəbər lentiwidget-title-icon

Qəbələdə Aşpaz emalatxanası istifadəyə verilib
Abşeron rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
AzTU-nun layihə həlləri Filip Kotlerin kitabında yer alıb
Musiqi müəllimləri sertifikasiyadan keçəcək - TARİX
Dövlət Proqramının icrasında səmərəsiz xərclər aşkarlanıb
Masallıda təhsilin görünməz şagirdləri: Dərs yoxdur, davamiyyət var, attestat var! Bəs məsuliyyət haradadır?
Məleykə Abbaszadə tələbələrlə görüşüb
Peşə təhsilində yeni əsasnamələr və qəbul nəticələri müzakirə edilib
İngilis dilini yaxşı bilən müəllimlərin maaşı artacaq
Qarabağda 15 yeni məktəbəqədər təhsil müəssisəsi açılır
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib
Şuşa teatrı Lənkəranda “Ağıldankəm Jurden”i təqdim edib
Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır
Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Mətbuat Şurası bəyanat yayıb
Dekan öz fakültəsində hansı problemlərin olduğunu bilməlidir
BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb
Kimyaçı alimlər Alzeymer və qlaukoma əleyhinə yeni dərman imkanlarını araşdırıblar
Azərbaycan və Türkiyə universitetlərinin əməkdaşlıq imkanları müzakirə edilib
Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Yeni dərsliklər beynəlxalq təcrübə əsasında hazırlanıb

BDU-nun şəhid məzunları Tural Eyyubov və Rabil İsmayılova həsr olunmuş anım tədbiri keçirilib - FOTO

BDU-nun şəhid məzunları Tural Eyyubov və Rabil İsmayılova həsr olunmuş anım tədbiri keçirilib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Tətbiqi riyaziyyat və kibernetika fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə fakültənin şəhid məzunları Tural Eyyubov və Rabil İsmayılovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

BDU-dan "tehsilmedia.info" a bildirilib ki, tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr, şəhidlərin ailə üzvləri və Vətən müharibəsi qaziləri iştirak ediblər.

Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Məhəmməd Mehdiyev Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlayaraq, 44 gün ərzində təcavüzkar Ermənistanı təslim olmağa məcbur etməsinin xalqımızın şanlı tarixində xüsusi yer tutduğunu diqqətə çatdırıb. O bildirib ki, Vətən müharibəsi və ondan sonra baş verən proseslər hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir. Bu tarixi yazan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Şəhid məzunlarımız da hər zaman hörmət və ehtiramla anılacaq.

Fakültənin dekan müavini, dosent Şamo Cəbrayılov və müəllimi Hacı Məsmalıyev çıxışlarında gəncləri vətənpərvərlik və cəsarətləri ilə məktəb yaratmış şəhidlərimizin qəhrəmanlıq salnaməsini dərindən öyrənməyə çağırıblar.

Sonra şəhidlərin ailə üzvləri, tələbə yoldaşları çıxış edərək, onlarla bağlı xatirələrini bölüşüblər.

Tədbirin sonunda şəhidlərə həsr edilmiş videoçarx nümayiş etdirilib.

BDU-nun şəhid məzunları Tural Eyyubov və Rabil İsmayılova həsr olunmuş anım tədbiri keçirilib - FOTO
BDU-nun şəhid məzunları Tural Eyyubov və Rabil İsmayılova həsr olunmuş anım tədbiri keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər