Xəbər lentiwidget-title-icon

"Əsas baza riyaziyyatdır"- Nazirdən AÇIQLAMA
Rövşən Nəcəfov: “Peşə məktəblərimizdə başqa şirkətlər üçün də kadrlar hazırlayırıq”
Nazir: "Hər il 300-dən çox gənci xaricə göndəririk - 10 ilə minlərlə ekspertimiz olacaq"
Bu məktəbdə müəllimlər vahid formaya keçdilər - FOTO
Vakant vəzifələr üzrə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
Məktəbə gedəcək şagirdlərin sayı sürətlə azalır: rəqəmlər nə deyir?
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib - FOTO
Təhsil haqları artırıldı - Tələbələr ayağa qalxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Döyülən Kollec direktoru Peşə Mərkəzinə direktor müavini təyin edilib - İlqar Bayramlıdan sakit təyinat
Magistratura və doktoranturanı bitirən zabitlər rütbəni 1 il tez alacaqlar
Tələbələrə BakıKart ödənişləri ilə bağlı ŞAD XƏBƏR
Bilik Gününə həsr olunmuş intellektual yarış keçirilib
Böyük fürsətlər, real çətinliklər: Azərbaycanda tələbə olmaq nə qazandırır, nəyi alır?
Emin Əmrullayevin Yardımlıdakı vətəndaş qəbulunun vaxtı dəyişib
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
“Buraxılış imtahanlarının məzmununda dəyişikliklər nəzərdə tutulmalıdır”
Bu siniflərin dərs saatı artırılıb
Məktəblərin tədris planları TƏSDİQLƏNİB
Kitab oxuyanlara pul veriləcək
MİQ imtahanları birbaşa universitetlərdə keçirilsin - TƏKLİF
“Uşağa "artıq oyun qurtardı" deməyin” - Pedaqoqdan valideynlərə XƏBƏRDARLIQ
Emin Əmrullayevin psixoloqlarla bağlı açıqlamasına ekspertdən DƏSTƏK
Şagirdlərin davamiyyətinin yaxşılaşdırılması üçün hansı işlər görülməlidir? - CAVAB

Təhsildə metod və metodologiya anlayışı: “.. onlar müəllim deyil, sıradan ixtisas sahibidir”

Təhsildə metod və metodologiya anlayışı: “.. onlar müəllim deyil, sıradan ixtisas sahibidir”

“Ali məktəblərdə müəllimlik ixtisaslarında metodikaya, metodologiya, psixologiyanın tədrisinə, praktiki təcrübələrə diqqət artırılmalıdır”

tehsilmedia.info xəbər verir ki, bu sözləri təhsil üzrə mütəxəssis Nadir İsrafilov deyib.

Qeyd edib ki, uzunillik pedaqoji və idarəetmə təcrübəmə əsasən tam əminliklə deyə bilərəm ki, müvafiq ixtisasa yiyələnən, lakin təhsildə metod və metodologiyanı bilməyən peşə sahibi böyük ölçüdə müəllim deyil, sıradan olan bir ixtisas sahibidir.

“Müəllim öyrədəndir, tərbiyə edəndir. Öyrətmənin, tərbiyə etmənin isə ayrıca metodikası, metodologiyası var. Nəzərə alsaq ki, metodika dedikdə hər hansı məqsədə nail olmaq üçün hazır qaydalar, alqoritmlər, prosedurlar toplusu nəzərdə tutulur, deməli, sənaye üçün texnologiya nədirsə, təhsil üçün də metodika odur. Metodika pedaqogikanın bir hissəsidir, fəaliyyətin müəyyən edilmiş üsuludur. Təhsili pedaqogikasız, metodikasız, metodologiyasız psixologiyasız təsəvvür etməyin mümkün olmadığını bir çoxları bilməsə də, təhsillə əlaqəli olan istənilən orta statistikalı vətəndaş yəqin ki, az və ya çox dərəcədə bilməmiş deyil”.

Mütəxəssis qeyd edib ki, metodologiya fəaliyyət prosesində tətbiq olunan metodların sistemli, nəzəri təhlilidir:

“Metod anlayışının özü "davam etmək", "izləmək" mənasını bildirir. Metod özlüyündə fəaliyyətinin təşkili və idarə olunması üçün lazım olan üsul və priyomlar sisteminin məcmusudur. Metod – elementlər, qanunlar və kateqoriyalar, həmçinin praktiki-konkret dərketmə fəaliyyətinin nizamlama prinsipləri olan mürəkkəb struktura malikdir. Metodologiya isə fəaliyyət prosesində tətbiq olunan metodların sistemli, nəzəri təhlilidir. Bu, metod əsaslarının nəzəri təhlilini və araşdırılan elm sahəsiylə bağlı prinsipləri əhatə edir. Səciyyəvi olaraq, metodologiya paradiqma, nəzəri model, faza və kəmiyyət və ya keyfiyyət texnikası kimi terminləri özündə birləşdirir. Daha konkret desək, metodologiya xüsusi bir vəziyyət tətbiq oluna biləcək tək bir metod və ya bir sıra metodları başa düşməyə çalışan nəzəri təməlləri ortaya qoyur”.
Həmsöhbətimiz vurğulayıb ki, ali məktəblərdə müəllimlik ixtisaslarında metodikaya, metodologiya, psixologiyanın tədrisinə, praktiki təcrübələrə diqqət artırılmalıdır:

"Metodika dedikdə isə hər hansı məqsədə nail olmaq üçün hazır qaydalar, prosedurlar toplusu nəzərdə tutulur. Metodika metoddan üsul və məqsədlərin konkretliyi ilə fərqlənir. Məsələn, hər hansı təcrübənin nəticələrinin təhlili metod, konkret meyarların, xarakteristikanın seçilməsi isə metodikadır. Təhsildə "metodika" dedikdə, müxtəlif tədris proseslərində tətbiq edilən konkret üsulların, qaydaların, pedaqoji fəaliyyət texnikasının təsviri, tərbiyə fəaliyyətinin qaydalar toplusu nəzərdə tutulur. Çünki, müəllimlik missiyadır, yaradıcı işdir. Bunun üçün isə, ilk növbədə ali məktəblərimizin müəllimlik ixtisaslarında metodikaya, metodologiya, psixologiyanın tədrisinə, praktiki təcrübələrə diqqət artırılmalıdır”.

N.İsrafilov qeyd edib ki, müəllim dərsi idarə edə bilmirsə, deməli sinfi ələ almağı bacarmır, sinfi ələ ala bilmirsə, deməli dərsin metodikasına lazımınca yiyələnməyib.

“Son zamanlar məktəblərdə baş verən olaylar, dərs prosesində müəllim-şagird münasibətlərində yol verilən qeyri-etik hərəkətlər məhz buna işarədir və belə bir qənaətə gəlməyə əsas verir. Müəllim hər şeydən əvvəl pedaqoqdur, özünü bu peşəyə həsr edəndir. Pedaqogikanı isə metodikasız, metodologiyasız təsəvvür etmək mümkün deyil. Pedaqogika — tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən elmdir. Təhsilin keyfiyyətinin arzu olunan səviyyədə olmamasının əsas səbəblərindən biri də məhz bir çox müəllimlərimizin metodika və metodologiya elementlərinə lazımı səviyyədə yiyələnməmələridir. Bunu sertifikasiyanın son nəticələri də bir daha özünü bariz şəkildə göstərdi. Buna görə də məktəblərdə, metodiki işin təşkilinə, fənn metodbirləşmələrinin fəaliyyətinə xüsusi diqqət yetirilməli, müəllimlərin işə qəbulu zamanı hər ixtisas sualına 2 bal, metodikaya 1 bal verilməsi, bu, müəllimin peşəkarlığının obyektiv baxımından qiymətləndirilməsi üçün o qədər də düzgün yanaşma sayıla bilməz. Çünki, ixtisas “Nə” sualıdırsa, metodika “Nə”yin “Necə”sinin cavabıdır. Metodikanı bilməyən müəllim deyil, sıradan olan bir ixtisas sahibidir”.

Son olaraq mütəxəssis vurğulayıb ki, müəllimi təkcə hansısa məlumatları əzbərləyib, lazımi keçid balı toplamaqla qiymətləndirmək yanlış yanaşma olardı:

“Pedaqogikanın bir elm kimi obyekti pedaqoji proses və onun mərkəzində duran insandır. Onun mövzusu isə pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaq, insanın şəxsiyyət kimi formalaşması və tərbiyəsi məsələlərini həll etməkdir. Pedaqogikanın nəzərdən keçirilən anlayışları bir-biri ilə qarşılıqlı vəhdətdə olub, bir-birini tamamlayır. Onlar birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir, şəxsiyyətin ahəngdar inkişafına kömək göstərir. Müəllimi təkcə hansısa məlumatları əzbərləyib, lazımi keçid balı toplamaqla qiymətləndirmək yanlış yanaşma olardı. Buna görə də müsabiqənin test imtahanında metodika ilə yanaşı müsahibə mərhələsində onun psixoloji hazırlığı ilə əlaqədar məqamlara da diqqət yetirmək nəinki lazımdır, hətta son dərəcə zəruridir”.

Oxşar xəbərlər

Bütün xəbərlər