Xəbər lentiwidget-title-icon

Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb

ADPU: İl ərzində tələbə və vətəndaşlar tərəfindən daxil olmuş 52 mindən çox müraciət cavablandırılıb

ADPU: İl ərzində tələbə və vətəndaşlar tərəfindən daxil olmuş 52 mindən çox müraciət cavablandırılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2024-cü ilin media yekunlarına əsasən, ADPU ilə bağlı 746 xəbər 4000-ə yaxın mənbədə dərc edilib. Bu isə 2023-cü illə müqayisədə xəbər sayında 11,2 faiz, xəbərlərin yayımlandığı mənbə sayında isə 11,1 faiz artım deməkdir. Statistikaya əsasən, ortalama olaraq bir ay ərzində universitet haqqında 62 xəbər 330 mənbədə dərc edilib. Ötən il isə bu rəqəmlər müvafiq olaraq 57 və 300-ə bərabər olub.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən Tehsil.biz-ə bildirilib ki, universitetin sosial şəbəkə hesablarının effektiv fəaliyyətinin təşkili xüsusi diqqətdə saxlanılır. ADPU-nun sosial media hesabları və saytı, eyni zamanda, tələbələrin və ictimaiyyətin etibarlı informasiya mənbəyi və müraciət vasitəsinə çevrilib. İl ərzində tələbə və vətəndaşlar tərəfindən sosial şəbəkə və digər əlaqə vasitələri ilə daxil olmuş 52 mindən çox müraciət cavablandırılıb.

Bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin onlayn qeydiyyatına dəstək məqsədilə Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi ilə birgə universitetdə operativ dəstək xidməti təşkil olunub. Nəticədə, 300 nəfərədək abituriyent və valideynə onlayn qeydiyyat, təhsil krediti, təhsil haqqına güzəşt və s. məsələlərlə bağlı yerində xidmət və kömək göstərilib.

2024/2025-ci tədris ilində Pedaqoji Universitetə qəbul olan tələbələr arasında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin apardığı onlayn sorğunun nəticələrinə əsasən, tələbələrin 63 faizi universitet haqqında ilk məlumatı ADPU-nun sosial media hesabları və rəsmi saytından alıblar.Şöbə tərəfindən cari ildə universitetin istedadlı tələbələrini aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaq məqsədilə ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün 4 mərhələdən ibarət “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsi təşkil edilib və uğurla yekunlaşıb. Ümumilikdə 1000-ə yaxın tələbə-gəncin iştirak etdiyi müsabiqənin yekununda 10 nəfər tələbə qalib, 10 nəfər isə xüsusi mükafatçı olaraq 1000 AZN pul mükafatı, 1 illik xarici dil və IT kursları kimi mükafatlarla yanaşı, həm də Təşkilat Komitəsinin üzvü olan ADPU-nun rəhbər heyəti ilə 1 illik mentorluq proqramından faydalanmaq şansı əldə ediblər. Hazırda müsabiqə qaliblərinin mentorluq proqramı davam edir.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsində hazırlanaraq nəşr olunan “Zəfərnamə” kitabında müxtəlif dövrlərdə ADPU-nun, onun filialları və tərkibindəki Pedaqoji Kollecin tələbə və məzunları olub, habelə universitetə rəhbərlik etmiş qəhrəman vətən övladlarından, ümumilikdə 60 nəfərədək şəxs haqqında məlumat qeyd edilib.Media işinin monitorinqi və təkmilləşdirilməsi məqsədilə universitetin 1500 nəfərədək tələbəsinin iştirak etdiyi media məmnunluq sorğusunun nəticələrinə əsasən, iştirakçıların 91 faizini universitetin sayt və sosial şəbəkələrinin fəaliyyəti tam və ya qismən qane edir. Respondentlərin 93 faizi sosial şəbəkə hesablarına müraciət zamanı suallarına cavab tapdıqlarını, 29 faizi isə əlavə suallarının da cavablandırıldığını qeyd edib.

Oxşar xəbərlər

Bütün xəbərlər