Xəbər lentiwidget-title-icon

Jurnalist sual vermək üçün əvvəlcə Reyestrdən keçməlidir? – Elm və Təhsil Nazirliyində yeni qayda?
PİSA 2025 nəticələrinin absurd şərhi
1-ci sinfə gecikənlər üçün elektron qəbul prosesi yenidən aktivləşir
"Makaron" da artıq lüks oldu: Tələbə büdcəsi bu bahalığa necə dözür?
Türkiyədə məktəblərə hücumlar planlaşdıran cinayətkar dəstə saxlanılıb
Azərbaycan və Meksika universitetləri birgə layihələr icra edəcək
Müəllimlərin sertifikasiyası ali məktəblərin buraxılış imtahanları ilə birgə keçirilə bilər – Deputat
"Müəllimlərin süni intellektlə işləmək bacarığı olmalıdır" - DİM-sədrinə DƏSTƏK
“Süni intellektdən istifadə edən müəllim, istifadə etməyən müəllimi əvəz edəcək” - Sona Əliyeva
Ali təhsil haqqında qanuna yenidən baxmaq zamanı gəlib - Deputat
Milli Fəaliyyət Planı təsdiq edilib
Misir Mərdanovdan etiraz:"Məleykə Abbaszadəyə hər zaman hörmətlə yanaşmışam"
Bakalavr təhsilini 3 ilə endirmək bizə nə verər? - MƏQALƏ
Hicran Hüseynovadan müəllimlərə şok ittiham: “Niyə oxuyursan, ərə get” — Bəs xanım deputat öz işinə baxırmı? - VİDEO
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Sabahın hava proqnozu - Temperatur yenidən YÜKSƏLƏCƏK
Yeni tədris ilində qarşıya qoyulan ƏN VACİB MİSSİYALAR - MÜTDA sədri açıqladı
İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin – Deputat
"Bir-birimizi təbrik etməklə bu proses işləməyəcək"- Nazirdən VACİB REAKSİYA
"Məqsəd zəif şagirdləri məktəbdən uzaqlaşdırmaq yox, nəticələrini yaxşılaşdırmaqdır"
Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər
"Biz kimisə direktor işləməyə məcbur etməmişik" - Nazirdən məktəb rəhbərlərinə çağırış
"Sertifikasiyanın ilkin nəticəsini burada görəcəyik" - Nazirdən ANONS
Əsas məsələ binaların dizaynı deyil, uşaqların öyrənməsidir - Emin Əmrullayev

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində gənclərin peşə təhsilinə marağının artırılması, mərkəzin fəaliyyəti və yaradılmış imkanların ictimaiyyətə təqdim olunması məqsədilə “Açıq qapı” günü keçirilib.

Tehsilmedia.com xəbər verir ki, tədbirdə 300 nəfərdən artıq vətəndaş iştirak edib. İştirakçılar sırasında 2026/27-ci tədris ili üzrə qəbulun I mərhələsində uğur qazanan şəxslər, Qəbələ və ətraf rayonların sakinləri, valideynlər, uğurlu məzunlar, media nümayəndələri, eləcə də əməkdaşlıq etdiyimiz müəssisə və təşkilatların nümayəndələri yer alıblar.

Tədbirin açılışında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Kənan Həsənli, Təhsil Tələbə Krediti Fondunun təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Ağamusa İsazadə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayonu üzrə Təhsil Sektorunun müdiri Arifə Bayramova və Qafqaz Tufandağ Hotelin meneceri Vüsal Mürsəlov çıxış ediblər.

Çıxışlarda ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, peşə təhsilinin əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasında rolu, eləcə də gənclərin düzgün peşə seçiminə istiqamətləndirilməsinin əhəmiyyəti vurğulanıb.

“Açıq Qapı” günü çərçivəsində qonaqlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, tədris prosesi və tələbələr üçün yaradılmış imkanlarla tanış olublar. Müxtəlif ustad dərsləri keçirilib, tələbə və məzunların əl işlərindən ibarət sərgilər nümayiş etdirilib.

Həmçinin tədbir iştirakçılarına Təhsil Tələbə Krediti imkanları və 2026/27-ci tədris ili üzrə tələbə qəbulu ilə bağlı məlumatlar təqdim olunub. Gənclər üçün əyləncəli yarışlar və viktorinalar təşkil edilib, qaliblər dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

Tədbir çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətində xüsusi xidmətləri ilə seçilən və tədris prosesinə töhfə verən inzibati, mühəndis-pedoqoji heyət fəxri fərmanlar təqdim olunub. Müəllimlərin əməyinin qiymətləndirilməsi tədbirin əlamətdar məqamlarından biri olub.

Qeyd edək ki, “Açıq Qapı” günlərinin keçirilməsində əsas məqsəd peşə təhsili haqqında məlumatlılığın artırılması, müxtəlif peşələr üzrə təhsil imkanlarının tanıdılması və gənclərin gələcək karyera seçimlərinə dəstək göstərilməsidir.

Oxşar xəbərlər

Bütün xəbərlər