Xəbər lentiwidget-title-icon

DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
Direktor vəzifələri üzrə müsahibə mərhələsinə start verilib
İkinci iş yerində çalışmaq istəyən müəllimlər üçün qeydiyyat başlayır
Sumqayıtda ağac peşə liseyinin üzərinə aşıb
“Özümə şans vermək qərarına gəldim” – 3 uşaq anası olan tələbə
Müəllimlərin maaş artımı üçün şans: yenidən imtahan keçiriləcək
Quba- Xaçmaz regionu üzrə nə qədər məktəb fəaliyyət göstərir?- say AÇIQLANIB
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb
İxtisaslara inanılmaz müraciət sayı, gözlənilməz rəqəmlər -"Peşə"də GƏRGİN RƏQABƏT
Sumqayıtda təhsil işçilərinin yekun sentyabr konfransı keçirilib
AzTU məzunları 45 il sonra universitetlərini ziyarət ediblər
Daha 28 məktəbdə peşə təmayüllü siniflər olacaq - SİYAHI
Buraxılış imtahanında onlara xüsusi şərait yaradıldı
Peşə Təhsilində kütləvi narazılıq - Imtahan verənlər kənarda qalıb - Müqavilə ilə kimlər və necə işə götürülür?
“Rəqəmsal məktəb”ə qoşulan məktəblər kompüterlə təmin olunub – MÜTDA
Yer kürəsində yeni maqnit qasırğası gözlənilir
Uşaqlar süni intellektdən uzaqlaşdırılmalıdır? - Alimdən fərqli yanaşma
"Universitetlərin kağız sənəd tələb etməsi məntiqə ziddir"- Sərt etiraz
MİQ-də pedaqoji məzunların problemi: "Praktiki biliklər yetərli deyil"
Müəllimlərin vahid forma geyinməsi təhsil sistemimizə müsbət əhvali-ruhiyyə gətirə bilər - Misir Mərdanovdan AÇIQLAMA
"Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
Məktəblilərin immunitetini "gücləndirən" vasitələrlə bağlı XƏBƏRDARLIQ

"Universitetlərin kağız sənəd tələb etməsi məntiqə ziddir"- Sərt etiraz

Ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin elektron portal üzərindən qeydiyyat prosesi sabah - 08.09.2026. tarixində başa çatır. Qeydiyyat prosesi son illərdə "mygov" elektron hökümət platforması üzərindən aparılır. Lakin qeydiyyat zamanı bəzi özəl və dövlət universitetlər - məsələn, Qərbi Kaspi Universiteti, Xəzər Universiteti, Odlar Yurdu Universiteti və.s - elektron qeydiyyat təsdiqi ilə yanaşı, sonrakı proses kimi tələbə və ya valideynlərin universitetə yaxınlaşaraq bir sıra sənədləri də təqdim etməsini tələb edirlər.

Bu halda sual yaranır: Əgər bütün qeydiyyat elektron qaydada icra olunursa, nəyə görə mütləq universitetə yaxınlaşmaq lazımdır?

Tehsilmedia.com bildirir ki, mövzu ilə bağlı açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Vüsət Əzizov Azedu.az-a açıqlaması zamanı qeyd edib ki, əgər universitetin tələb etdiyi sənəd artıq dövlət informasiya sistemlərində mövcuddursa və "mygov" elektron hökumət platforması üzərindən həmin məlumat təsdiqlənibsə, tələbənin yenidən universitetə gedib eyni sənədi kağız formada təqdim etməsi rəqəmsallaşmanın məntiqinə ziddir:

"Burada əsas məsələ “elektron qeydiyyat” anlayışı ilə universitetin daxili sənədləşmə prosedurunun bir-birindən fərqləndirilməsidir.

Elm və Təhsil Nazirliyinin 2026/2027-ci tədris ili üzrə açıqlamasına görə, ali məktəbə qəbul olunan şəxsin əsas qeydiyyat prosesi yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Sistemə daxil edilən məlumatlar universitet tərəfindən yoxlanılır və təsdiqləndikdən sonra qeydiyyat tamamlanmış hesab olunur. Elektron sistemdə mövcud olmayan hər hansı məlumat tələb olunarsa, həmin sənəd də sistemə yüklənməlidir. Bu baxımdan, universitetin tələbədən əlavə olaraq fiziki şəkildə sənəd gətirməsini tələb etməsi məsələsinə ayrıca yanaşmaq lazımdır.

Təhsil mütəxəssisi: "Özəl universitetlərə yanaşmada da vahid standart tətbiq edilməlidir"

Birincisi, əgər universitetin tələb etdiyi sənəd artıq dövlət informasiya sistemlərində mövcuddursa və "mygov" üzərindən həmin məlumat təsdiqlənibsə, tələbənin yenidən universitetə gedib eyni sənədi kağız formada təqdim etməsi rəqəmsallaşmanın məntiqinə ziddir. Çünki elektron qeydiyyatın əsas məqsədlərindən biri də məhz vətəndaşı universitet-universitet, idarə-idarə gəzdirməkdən və kağız sənəd dövriyyəsindən azad etməkdir".

Tələbənin və ya valideynin yalnız bir neçə sənəd təqdim etmək üçün Bakıya gəlməsi həm vaxt, həm də əlavə maliyyə itkisi deməkdir:

"İkincisi, universitetin öz daxili fəaliyyəti üçün müəyyən əlavə sənədlərə ehtiyacı ola bilər. Məsələn, təhsil müqaviləsi, universitetin daxili qaydaları ilə bağlı razılıq, xüsusi kateqoriyanı təsdiq edən və sistemdə olmayan sənəd və s. Bu halda, həmin sənədin tələb olunması mümkündür. Amma burada da əsas sual budur ki,bu sənəd niyə elektron formada təqdim edilə bilmir? Məncə, özəl universitetlərə yanaşmada da vahid standart olmalıdır.

Tələbə dövlətin müəyyən etdiyi elektron qeydiyyat prosedurunu tamamlayıbsa, onun qarşısına sonradan “mütləq universitetə gəl, filan sənədi gətir” tələbi qoyulursa, bunun hüquqi və inzibati əsaslandırması aydın şəkildə izah edilməlidir. Əks halda, belə bir paradoks yaranır: dövlət rəqəmsal qeydiyyat sistemini qurur, amma vətəndaş yenə də kağız sənədlərlə universitetin qapısına getməli olur. Bu isə rəqəmsallaşmanın məqsədini müəyyən qədər zəiflədir.

Xüsusilə, regionlardan Bakıya qəbul olunan tələbələri də nəzərə almaq lazımdır. Tələbə və ya valideynin yalnız bir neçə sənəd təqdim etmək üçün Bakıya gəlməsi həm vaxt, həm də əlavə maliyyə itkisi deməkdir.
Ona görə hesab edirəm ki, universitetlər əlavə sənəd tələb edirlərsə, bunun hansı normativ və ya daxili zərurətdən irəli gəldiyini açıq şəkildə bildirməlidirlər. Daha yaxşı variant isə bütün mümkün sənədlərin vahid elektron sistemə inteqrasiya olunması və tələbənin universitetə fiziki müraciət ehtiyacının minimuma endirilməsidir.

Burada məqsəd sadəcə qeydiyyatı elektronlaşdırmaq yox, bütün qeydiyyat prosesini elektronlaşdırmaqdır".

Oxşar xəbərlər

Bütün xəbərlər