Quba- Xaçmaz regionu üzrə nə qədər məktəb fəaliyyət göstərir?- say AÇIQLANIB
Rayonlarda fəaliyyət göstərən məktəblərin sayı ərazi və əhalinin sayına uyğun olaraq fərqlənir.
Maraqlıdır, hazırda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində neçə məktəb fəaliyyət göstərir?
Tehsilmedia.com xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, region üzrə ümumilikdə 392 məktəb fəaliyyət göstərir:
"Onlardan 129-u Qubada, 81-i Qusarda, 117-si Xaçmazda, 43-ü Şabranda, 22-si isə Siyəzəndə yerləşir".




























