Sumqayıtda ağac peşə liseyinin üzərinə aşıb
Sumqayıt şəhərində güclü külək nəticəsində ağac
peşə liseyinin üzərinə aşıb.
Tehsilmedia.com xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsi, Kamran Hüseynov küçəsində yerləşən peşə liseyinin ərazisində qeydə alınıb.
Hadisə nəticəsində yaxınlıqdakı daha bir tikiliyə ziyan dəysə də, xəsarət alan olmayıb.
Report




























