Xəbər lentiwidget-title-icon

DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
Direktor vəzifələri üzrə müsahibə mərhələsinə start verilib
İkinci iş yerində çalışmaq istəyən müəllimlər üçün qeydiyyat başlayır
Sumqayıtda ağac peşə liseyinin üzərinə aşıb
“Özümə şans vermək qərarına gəldim” – 3 uşaq anası olan tələbə
Müəllimlərin maaş artımı üçün şans: yenidən imtahan keçiriləcək
Quba- Xaçmaz regionu üzrə nə qədər məktəb fəaliyyət göstərir?- say AÇIQLANIB
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb
İxtisaslara inanılmaz müraciət sayı, gözlənilməz rəqəmlər -"Peşə"də GƏRGİN RƏQABƏT
Sumqayıtda təhsil işçilərinin yekun sentyabr konfransı keçirilib
AzTU məzunları 45 il sonra universitetlərini ziyarət ediblər
Daha 28 məktəbdə peşə təmayüllü siniflər olacaq - SİYAHI
Buraxılış imtahanında onlara xüsusi şərait yaradıldı
Peşə Təhsilində kütləvi narazılıq - Imtahan verənlər kənarda qalıb - Müqavilə ilə kimlər və necə işə götürülür?
“Rəqəmsal məktəb”ə qoşulan məktəblər kompüterlə təmin olunub – MÜTDA
Yer kürəsində yeni maqnit qasırğası gözlənilir
Uşaqlar süni intellektdən uzaqlaşdırılmalıdır? - Alimdən fərqli yanaşma
"Universitetlərin kağız sənəd tələb etməsi məntiqə ziddir"- Sərt etiraz
MİQ-də pedaqoji məzunların problemi: "Praktiki biliklər yetərli deyil"
Müəllimlərin vahid forma geyinməsi təhsil sistemimizə müsbət əhvali-ruhiyyə gətirə bilər - Misir Mərdanovdan AÇIQLAMA
"Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
Məktəblilərin immunitetini "gücləndirən" vasitələrlə bağlı XƏBƏRDARLIQ

Sumqayıtda təhsil işçilərinin yekun sentyabr konfransı keçirilib

Sumqayıt şəhərində Abşeron-Xızı rayonları üzrə təhsil işçilərinin yekun sentyabr konfransı keçirilib.

Tehsilmedia.com xəbər verir ki, tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, İdarənin müavinləri Aydın Rəhimov, Aynur Rüstəmova, yerli təhsil sektorlarının müdirləri, ümumi təhsil müəssisələrinin direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və təhsil işçiləri iştirak ediblər.

Konfrans yeni 2026–2027-ci tədris ilinin başlanması münasibətilə təhsil ictimaiyyətinin iştirakı ilə təşkil olunub.

Tədbirin əsas hissəsini Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın geniş və əhatəli təqdimatı təşkil edib. Təqdimatda 2025–2026-cı tədris ilinin yekunlarına ətraflı nəzər salınıb, görülmüş işlər və əldə olunmuş nəticələr müqayisəli təhlillər əsasında təqdim edilib. Qeyd olunub ki, ötən tədris ilində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlər nəticəsində təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və şagird nailiyyətlərinin artırılması istiqamətində mühüm irəliləyişlər əldə olunub.

Təqdimatda akademik nəticələrdə müşahidə olunan müsbət dinamika, eləcə də şagirdlərin respublika və beynəlxalq səviyyəli müsabiqə və olimpiadalarda qazandıqları uğurlar xüsusi vurğulanıb. Bu nəticələr aparılan işlərin səmərəliliyinin göstəricisi kimi qiymətləndirilib və ümumi inkişaf dinamikası müqayisəli formada iştirakçıların diqqətinə çatdırılıb.
İlhamə Abdullayeva çıxışında müasir dövrdə təhsil sisteminin dəyişən çağırışlara uyğun olaraq davamlı yeniləndiyini qeyd edərək, müəllimlərin bu prosesdə aparıcı rol oynadığını vurğulayıb. Müəllimlərin peşəkar inkişafı, innovativ təlim metodlarının tətbiqi, rəqəmsal imkanlardan səmərəli istifadə və nəticəyönümlü idarəetmənin gücləndirilməsi qarşıdakı dövr üçün əsas istiqamətlər kimi təqdim olunub.

Konfrans çərçivəsində 2026–2027-ci tədris ili üçün qarşıya qoyulan əsas prioritetlər, vəzifələr və hədəflər də geniş şəkildə müzakirə olunub. Bildirilib ki, növbəti mərhələdə məktəblərdə Məktəb İnkişaf Planlarının tətbiqi daha da genişləndiriləcək, akademik nəticələrin məlumatlara əsaslanan təhlili gücləndiriləcək, risk qrupunda olan təhsil müəssisələrinə məqsədyönlü dəstək tədbirləri davam etdiriləcək. Eyni zamanda təhsilin keyfiyyət təminatı sisteminin inkişafı, şagird nailiyyətlərinin artırılması və təlim prosesində müasir yanaşmaların tətbiqi əsas prioritet istiqamətlər kimi müəyyən edilib.

Sonda vurğulanıb ki, təhsildə əldə olunan nəticələrin davamlılığının təmin edilməsi, keyfiyyətin daha da yüksəldilməsi və qarşıya qoyulan hədəflərə nail olunması üçün bütün təhsil ictimaiyyətinin birgə fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Oxşar xəbərlər

Bütün xəbərlər