Xəbər lentiwidget-title-icon

DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
Direktor vəzifələri üzrə müsahibə mərhələsinə start verilib
İkinci iş yerində çalışmaq istəyən müəllimlər üçün qeydiyyat başlayır
Sumqayıtda ağac peşə liseyinin üzərinə aşıb
“Özümə şans vermək qərarına gəldim” – 3 uşaq anası olan tələbə
Müəllimlərin maaş artımı üçün şans: yenidən imtahan keçiriləcək
Quba- Xaçmaz regionu üzrə nə qədər məktəb fəaliyyət göstərir?- say AÇIQLANIB
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb
İxtisaslara inanılmaz müraciət sayı, gözlənilməz rəqəmlər -"Peşə"də GƏRGİN RƏQABƏT
Sumqayıtda təhsil işçilərinin yekun sentyabr konfransı keçirilib
AzTU məzunları 45 il sonra universitetlərini ziyarət ediblər
Daha 28 məktəbdə peşə təmayüllü siniflər olacaq - SİYAHI
Buraxılış imtahanında onlara xüsusi şərait yaradıldı
Peşə Təhsilində kütləvi narazılıq - Imtahan verənlər kənarda qalıb - Müqavilə ilə kimlər və necə işə götürülür?
“Rəqəmsal məktəb”ə qoşulan məktəblər kompüterlə təmin olunub – MÜTDA
Yer kürəsində yeni maqnit qasırğası gözlənilir
Uşaqlar süni intellektdən uzaqlaşdırılmalıdır? - Alimdən fərqli yanaşma
"Universitetlərin kağız sənəd tələb etməsi məntiqə ziddir"- Sərt etiraz
MİQ-də pedaqoji məzunların problemi: "Praktiki biliklər yetərli deyil"
Müəllimlərin vahid forma geyinməsi təhsil sistemimizə müsbət əhvali-ruhiyyə gətirə bilər - Misir Mərdanovdan AÇIQLAMA
"Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
Məktəblilərin immunitetini "gücləndirən" vasitələrlə bağlı XƏBƏRDARLIQ

18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir

İsveçin Gevle şəhərində keçiriləcək bələdiyyə seçkilərində ən yaşlı və ən gənc namizəd diqqət çəkib.

Tehsilmedia.com İsveçin SVT telekanalına istinadən xəbər verir ki, “Yaşıllar” Partiyasının 95 yaşlı nümayəndəsi Ken Kubulenso və “Mötədillər”dən namizəd olan 18 yaşlı Rihad Ələkbərov Gevle bələdiyyə şurasına seçilmək üçün mübarizə aparır”.

SVT hər iki namizədi bir araya gətirərək onların həyat, siyasət və cəmiyyətlə bağlı fikirlərini öyrənib.

Ken Kubulenso Yamaykada anadan olub. O, İkinci Dünya müharibəsi başlayanda 8 yaşında olub.

Kanal qeyd edir ki, Rihad Ələkbərov isə İsveçdə “iPhone”un satışa çıxarıldığı ildə doğulub və cəmi bir neçə gün əvvəl 18 yaşını tamamlayaraq yetkinlik yaşına çatıb.

Aralarında 77 yaş fərq olmasına baxmayaraq, hər iki namizəd cəmiyyəti daha yaxşı istiqamətdə dəyişmək istəyi ilə ortaq mövqedədir.

Söhbət zamanı Rihad Ələkbərov müasir dövrdə gənclərin malik olduğu azadlıqlardan danışarkən, keçmişdə insanların həyatının daha sadə olduğunu düşündüyünü deyib.

“Keçmişdə hər şeyin daha sadə olduğu dövrü yaşamaq istərdim. Mobil telefonlar və internet yox idi. Hamı eyni kanallara baxırdı. İnsanların o qədər də çox seçimi yox idi”, – deyə o bildirib.

Namizədlərdən azad iradənin mövcud olub-olmaması da soruşulub. Ələkbərovun fikrincə, insanın qərarlarına sosial və psixoloji amillər, eləcə də ətraf mühit təsir edir. Kubulenso isə insanın yaxşı mühitdə olduğu zaman daha sərbəst düşünə bildiyini söyləyib.

Rihad Ələkbərov müsahibə zamanı partiyasının mövqeyindən fərqli düşündüyü məsələlərdən birini də açıqlayıb.

O, İsveçdə alkoqol satışına tətbiq edilən dövlət inhisarının – “Systembolaget” sisteminin qorunmasını dəstəklədiyini bildirib. Halbuki Mötədillər Partiyasının bir çox üzvü bu inhisarın ləğvinin tərəfdarıdır.

“Mən alkoqol inhisarının və alkoqol istehlakına məhdudiyyət qoyulmasının yaxşı olduğunu düşünürəm. Özüm içki içmirəm və bunun daha çox insan üçün əlçatan edilməsinin tərəfdarı deyiləm”, – deyə 18 yaşlı namizəd vurğulayıb.

Oxşar xəbərlər

Bütün xəbərlər