Xəbər lentiwidget-title-icon

Jurnalist sual vermək üçün əvvəlcə Reyestrdən keçməlidir? – Elm və Təhsil Nazirliyində yeni qayda?
PİSA 2025 nəticələrinin absurd şərhi
1-ci sinfə gecikənlər üçün elektron qəbul prosesi yenidən aktivləşir
"Makaron" da artıq lüks oldu: Tələbə büdcəsi bu bahalığa necə dözür?
Türkiyədə məktəblərə hücumlar planlaşdıran cinayətkar dəstə saxlanılıb
Azərbaycan və Meksika universitetləri birgə layihələr icra edəcək
Müəllimlərin sertifikasiyası ali məktəblərin buraxılış imtahanları ilə birgə keçirilə bilər – Deputat
"Müəllimlərin süni intellektlə işləmək bacarığı olmalıdır" - DİM-sədrinə DƏSTƏK
“Süni intellektdən istifadə edən müəllim, istifadə etməyən müəllimi əvəz edəcək” - Sona Əliyeva
Ali təhsil haqqında qanuna yenidən baxmaq zamanı gəlib - Deputat
Milli Fəaliyyət Planı təsdiq edilib
Misir Mərdanovdan etiraz:"Məleykə Abbaszadəyə hər zaman hörmətlə yanaşmışam"
Bakalavr təhsilini 3 ilə endirmək bizə nə verər? - MƏQALƏ
Hicran Hüseynovadan müəllimlərə şok ittiham: “Niyə oxuyursan, ərə get” — Bəs xanım deputat öz işinə baxırmı? - VİDEO
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Sabahın hava proqnozu - Temperatur yenidən YÜKSƏLƏCƏK
Yeni tədris ilində qarşıya qoyulan ƏN VACİB MİSSİYALAR - MÜTDA sədri açıqladı
İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin – Deputat
"Bir-birimizi təbrik etməklə bu proses işləməyəcək"- Nazirdən VACİB REAKSİYA
"Məqsəd zəif şagirdləri məktəbdən uzaqlaşdırmaq yox, nəticələrini yaxşılaşdırmaqdır"
Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər
"Biz kimisə direktor işləməyə məcbur etməmişik" - Nazirdən məktəb rəhbərlərinə çağırış
"Sertifikasiyanın ilkin nəticəsini burada görəcəyik" - Nazirdən ANONS
Əsas məsələ binaların dizaynı deyil, uşaqların öyrənməsidir - Emin Əmrullayev

Müəllimdən Emin Əmrullayevə dəstək: Şagirdlər bu səbəbdən oxuduğunu anlaya bilmirlər



Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, müəllimlərin işə qəbulu (MİQ) və sertifikatlaşdırma imtahanlarında oxuyub-anlama bacarığına daha çox diqqət yetirilə bilər.

Tehsilmedia.com bildirir ki, Redaktor.az-a danışan ingilis dili müəllimi Səbinə Babayeva qeyd edib ki, müəllimlik ixtisasını bitirsə də, azyaşlı övladları olduğu üçün uzun müddət fəaliyyətə başlamayıb:

"Başqa sözlə, mən müəllim olmazdan əvvəl ana idim. Məhz ana kimi yaşadığım təcrübələr sonradan müəllimlik peşəsinə baxışımı formalaşdırdı. İlk övladımın təhsil prosesində qarşılaşdığı çətinlikləri gördükcə düşünürdüm: müəllimlik nə tələb edir, yaxşı tədris necə qurulmalıdır, uşağın öyrənməsinə nə mane olur? Bu suallar məni bir daha öz ixtisasıma yönəltdi. Anladım ki, müəllimlik yalnız dərs demək deyil. Bu peşə uşağın çətinliyini görmək, onun səbəbini anlamaq və həmin çətinliyi aradan qaldırmaq üçün doğru yol axtarmaqdır. Övladımın təhsilində diqqətimi çəkən məsələlərdən biri sürətli oxu ilə bağlı yanaşma idi. Uşaqların bir dəqiqədə neçə söz oxuduğu əsas göstəriciyə çevrilirdi. Daha çox söz oxuyan daha uğurlu hesab olunurdu. Mən bir ana kimi bu yanaşmanın mənfi tərəfini görürdüm. Uşaq fikrini oxuduğu mətnin məzmununa deyil, sürətinə yönəldirdi. Nə qədər tez oxuduğunu düşünürdü, amma oxuduğunun nə demək olduğunu, müəllifin hansı fikri çatdırmaq istədiyini bəzən dərk etmirdi".

Müəllimin fikrincə, düzgün və səlis oxu vacibdir:

"Lakin oxunun məqsədi yalnız sözləri səsləndirmək deyil. Əsas məqsəd oxuduğunu anlamaq, onun üzərində düşünmək və həmin fikri ifadə edə bilməkdir. Mənim fikrimcə, uzun müddət sürətə üstünlük verilməsi oxu prosesinin mahiyyətini kölgədə qoydu. Bu gün şagirdlərin oxuduğunu anlamaqda çətinlik çəkməsi barədə səslənən fikirlər də göstərir ki, məsələ hələ də aktualdır.

Bir cümlənin nöqtəsi qoyulanda nə baş verir? Mən özüm də şagird olduğum illərdə oxuduğum mətnlər üzərində düşünürdüm. Cümləni bitirəndə, nöqtəni qoyanda özümə sual verirdim: “Bu cümlə mənə nə dedi?” Dərsliklərdəki cümlələr bəzən nəzəri və qəliz olurdu. Ona görə də oxuduğumu öz dilimdə ifadə etməyə çalışırdım. Düşünürdüm ki, lövhə qarşısında dayansam, bu fikri necə danışaram? Hansı sözlərlə izah edərəm? Bu vərdişi övladıma da aşılamağa çalışırdım. Çünki uşaq yalnız oxumağı deyil, oxuduğu üzərində düşünməyi öyrənməlidir. Müəllimlik fəaliyyətimə başlayanda mənə sinif rəhbərliyi də verildi. Azərbaycan dili müəllimi olmasam da, nəyi yoxlayacağımı bilirdim. İlk işlərimdən biri uşaqlara bir mətndən hissələr oxutmaq oldu. Sonra onlardan soruşdum: “Oxuduğunuz hissə bizə nə dedi? Qısa məzmununu necə ifadə edərdiniz?” Cavabları dinlədikcə gördüm ki, uşaqların əksəriyyəti oxuduğunu ifadə etməkdə çətinlik çəkir. Cümləni oxuyur, lakin onun mənasını, məğzini tam tuta bilmirdi. Bu, mənim üçün çox düşündürücü idi. Çünki söhbət yalnız Azərbaycan dili dərsindən getmirdi. Oxuduğunu anlamaq bütün fənlərin əsasını təşkil edir. Riyaziyyat məsələsinin şərtini, tarix mətninin məzmununu, biologiya mövzusunun izahını anlamayan şagirdin digər fənlərdə də çətinlik çəkməsi təbiidir".

Səbinə Babayeva hesab edir ki, oxuyub-anlama probleminin ikinci səbəbi ana dilinin arxa plana atılmasıdır:

"Mənim müşahidələrimə görə, oxuyub-anlama bacarığının zəifləməsinin başqa bir səbəbi də ibtidai siniflərdə ana dili bacarıqlarına kifayət qədər diqqət ayrılmamasıdır. Əksər ibtidai sinif müəllimləri ilə qarşılaşdığım zaman görürəm ki, uşaqların ana dili bacarıqlarından çox riyazi bacarıqlarına yönəlirlər. Çoxlu test tapşırıqları, əlavə vəsaitlər, məsələlər, riyazi çalışmalar. Bəzən elə təsəvvür yaranır ki, idman dərsində də riyaziyyat, musiqi dərsində də riyaziyyat, texnologiya dərsində də riyaziyyat olmalıdır. Sanki riyaziyyatı güclü bilən uşaq daha güclü şagird hesab edilir. Halbuki hər dərsin öz yeri, öz məqsədi var. İbtidai sinifdə uşağın inkişafı yalnız bir fənnin üzərində qurulmamalıdır. Riyaziyyat, əlbəttə, çox vacibdir. Lakin riyazi bacarığı güclü olan uşağın belə məsələnin şərtini oxuyub anlamaqda çətinlik çəkməsi göstərir ki, burada problem bəzən riyaziyyatın özündə deyil, oxu və anlama bacarığındadır. Uşaq məsələnin şərtini başa düşmürsə, orada verilən məlumatlar arasında əlaqə qura bilmirsə, məntiqi mülahizə yürütməkdə çətinlik çəkirsə, onun riyazi bacarığını tam şəkildə nümayiş etdirməsi də çətinləşir. Deməli, riyaziyyatı güclü bilmək oxuduğunu anlamaq ehtiyacını aradan qaldırmır. Əksinə, riyaziyyatı öyrənmək üçün də güclü oxu və anlama bacarığı lazımdır".

Hənmsöhbətimiz vurğuladı ki, ana dili yalnız danışıqla öyrənilmir:

"Bəzən belə düşünülür ki, uşaq ana dilində danışırsa, deməli, ana dilini bilir. Amma danışmaqla oxuyub-anlamaq eyni bacarıq deyil. Ana dili yalnız gündəlik ünsiyyət vasitəsi deyil. O, düşüncənin, məntiqin, elmin və öyrənmənin əsas vasitəsidir. Uşaq öz dilində fikrini düzgün ifadə edə bilmirsə, oxuduğunu anlaya bilmirsə, cümlələr arasında əlaqə qura bilmirsə, başqa bir dili öyrənməkdə də, başqa bir elmi mənimsəməkdə də çətinlik çəkə bilər. Öz dilini yaxşı bilməyən uşaq başqa dili də, başqa elmi də öyrənməkdə çətinlik çəkə bilər. Ona görə də ibtidai siniflərdə ana dilinə daha çox diqqət ayrılmalıdır. Uşaqlar oxumalı, dinləməli, danışmalı, yazmalı, fikirlərini ifadə etməli və oxuduqları haqqında düşünməlidirlər. Uşağın beynini hər dərsdə eyni istiqamətə yükləmək olmaz. İbtidai sinif müəlliminin üzərinə böyük məsuliyyət düşür. Çünki bu mərhələdə uşağın öyrənməyə münasibəti, düşünmə vərdişləri və əsas bacarıqları formalaşır. Hər dərsin əvəzinə riyaziyyat dərsi keçmək, bütün fənləri əlavə testlərlə yükləmək, uşağı daim nəticə və sürət üzərində kökləmək onun beynini yorur. Uşaq yalnız hesablamağı deyil, düşünməyi də öyrənməlidir. Yalnız cavab tapmağı deyil, sualı anlamağı da bacarmalıdır. Yalnız test həll etməyi deyil, fikrini sərbəst ifadə etməyi də öyrənməlidir. Təhsil uşağın bütün bacarıqlarını inkişaf etdirməlidir, yalnız bir bacarığını deyil. Dərslikdəki mətn uşağın yaşına və dilinə uyğun olmalıdır. Dərslik hazırlamaq da sadə iş deyil. Mətn seçərkən uşağın yaşı, dünyagörüşü, dil səviyyəsi və maraqları nəzərə alınmalıdır. Azərbaycan dili və ədəbiyyat dərsliklərində mətnlərin əksəriyyətinin elmi-publisistik üslubda olması vacib deyil. Uşağın gündəlik danışıq dilinə yaxın, onun anlayacağı, təsəvvür edə biləcəyi mətnlərə də ehtiyac var".

Səbinə Babayeva qeyd etdi ki, məsələn, 5-ci sinif şagirdinə atomun parçalanması haqqında mürəkkəb elmi məqalə verməklə onun oxuya marağını artırmaya bilərik:

"Elmi mətnlər, elmi faktlar, mürəkkəb terminlər öz yerində öyrədilməlidir. Lakin hər mövzu hər yaş üçün eyni formada təqdim oluna bilməz. Uşağın oxuduğu hekayənin nəticəsi onu maraqlandırmalıdır. O, “görəsən, axırda nə olacaq?” deyə düşünməlidir. Vətənpərvərlik, mərhəmət, dostluq, xeyirxahlıq, mənəvi dəyərlər haqqında hekayələr bu baxımdan çox əhəmiyyətlidir. Belə mətnlər uşağa həm oxumağı sevdirir, həm də düşündürür".

Müsahibimiz hesab edir ki, tədrisi çətinləşdirməklə keyfiyyət əldə olunmur:

"Təhsil haqqında düşünərkən başqa bir məsələ də məni narahat edir: mövzuların yaş səviyyəsinə uyğunluğu. Bəzən elə təsəvvür yaranır ki, bir mövzunu daha aşağı sinfə salmaqla təhsilin keyfiyyətini artırmaq mümkündür. Halbuki uşağın yaşına uyğun olmayan mürəkkəb mövzular onun öyrənməsini asanlaşdırmır. Məsələn, əvvəllər müəyyən mövzular daha yuxarı siniflərdə tədris olunurdusa, indi onların daha aşağı siniflərə keçirilməsi həmişə müsbət nəticə vermir. Uşağın yaşını nəzərə almadan mövzuları irəli çəkmək tədrisi çətinləşdirə bilər. Təhsildə məqsəd uşağa daha çox mövzu yükləmək deyil, onun öyrəndiyini anlamasını təmin etməkdir. Eyni zamanda müəllim və valideyn eyni məqsədə xidmət etməlidir. Mən müəllim olmazdan əvvəl valideyn kimi bu problemi görmüşdüm. Övladımın təhsil prosesində yaşadığı çətinliklər mənə göstərdi ki, uşağın uğuru yalnız onun nə qədər oxumasından asılı deyil. Əsas məsələ onun nə oxuduğunu anlaması, fikrini ifadə edə bilməsi və öyrəndiyini həyatla əlaqələndirməsidir. Bu gün artıq müəllim kimi də eyni mənzərə ilə qarşılaşıram. Deməli, illər əvvəl valideyn kimi fərq etdiyim məsələ hələ də öz aktuallığını qoruyur.

Mən hörmətli nazirimiz Emin Əmrullayevin şagirdlərin oxuduğunu anlamaqda çətinlik çəkməsi ilə bağlı fikirlərini bu baxımdan dəstəkləyirəm. Çünki bu problemə yalnız bir fənnin çərçivəsində deyil, ümumi təhsil məsələsi kimi yanaşmaq lazımdır. Dərsliklər hazırlanarkən müəllimlərin, valideynlərin və təhsil mütəxəssislərinin fikirləri nəzərə alınmalıdır. Çatışmazlıqlar birlikdə müəyyənləşdirilməli, mətnlər və metodlar uşağın ehtiyacına uyğunlaşdırılmalıdır. Çünki uşağa oxumağı öyrətmək başqa, oxuduğunu anlamağı öyrətmək başqadır. Mənim üçün müəllimlik də məhz burada başlayır: uşağın qarşısına yalnız kitab qoymaqda deyil, həmin kitabın içindəki fikri onun üçün anlaşılan, maraqlı və dəyərli etməkdədir. İnanıram ki, təhsildə keyfiyyətə gedən yol sürəti artırmaqdan deyil, anlamağı, düşünməyi və ifadə etməyi gücləndirməkdən keçir".

Oxşar xəbərlər


Bütün xəbərlər

Jurnalist sual vermək üçün əvvəlcə Reyestrdən keçməlidir? – Elm və Təhsil Nazirliyində yeni qayda?
PİSA 2025 nəticələrinin absurd şərhi
1-ci sinfə gecikənlər üçün elektron qəbul prosesi yenidən aktivləşir
"Makaron" da artıq lüks oldu: Tələbə büdcəsi bu bahalığa necə dözür?
Türkiyədə məktəblərə hücumlar planlaşdıran cinayətkar dəstə saxlanılıb
Azərbaycan və Meksika universitetləri birgə layihələr icra edəcək
Müəllimlərin sertifikasiyası ali məktəblərin buraxılış imtahanları ilə birgə keçirilə bilər – Deputat
"Müəllimlərin süni intellektlə işləmək bacarığı olmalıdır" - DİM-sədrinə DƏSTƏK
“Süni intellektdən istifadə edən müəllim, istifadə etməyən müəllimi əvəz edəcək” - Sona Əliyeva
Ali təhsil haqqında qanuna yenidən baxmaq zamanı gəlib - Deputat
Milli Fəaliyyət Planı təsdiq edilib
Misir Mərdanovdan etiraz:"Məleykə Abbaszadəyə hər zaman hörmətlə yanaşmışam"
Bakalavr təhsilini 3 ilə endirmək bizə nə verər? - MƏQALƏ
Hicran Hüseynovadan müəllimlərə şok ittiham: “Niyə oxuyursan, ərə get” — Bəs xanım deputat öz işinə baxırmı? - VİDEO
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Sabahın hava proqnozu - Temperatur yenidən YÜKSƏLƏCƏK
Yeni tədris ilində qarşıya qoyulan ƏN VACİB MİSSİYALAR - MÜTDA sədri açıqladı
İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin – Deputat
"Bir-birimizi təbrik etməklə bu proses işləməyəcək"- Nazirdən VACİB REAKSİYA