Xəbər lentiwidget-title-icon

Qəbələdə Aşpaz emalatxanası istifadəyə verilib
Abşeron rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
AzTU-nun layihə həlləri Filip Kotlerin kitabında yer alıb
Musiqi müəllimləri sertifikasiyadan keçəcək - TARİX
Dövlət Proqramının icrasında səmərəsiz xərclər aşkarlanıb
Masallıda təhsilin görünməz şagirdləri: Dərs yoxdur, davamiyyət var, attestat var! Bəs məsuliyyət haradadır?
Məleykə Abbaszadə tələbələrlə görüşüb
Peşə təhsilində yeni əsasnamələr və qəbul nəticələri müzakirə edilib
İngilis dilini yaxşı bilən müəllimlərin maaşı artacaq
Qarabağda 15 yeni məktəbəqədər təhsil müəssisəsi açılır
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib
Şuşa teatrı Lənkəranda “Ağıldankəm Jurden”i təqdim edib
Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır
Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Mətbuat Şurası bəyanat yayıb
Dekan öz fakültəsində hansı problemlərin olduğunu bilməlidir
BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb
Kimyaçı alimlər Alzeymer və qlaukoma əleyhinə yeni dərman imkanlarını araşdırıblar
Azərbaycan və Türkiyə universitetlərinin əməkdaşlıq imkanları müzakirə edilib
Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Yeni dərsliklər beynəlxalq təcrübə əsasında hazırlanıb

Azərbaycanda doktorantların sayı açıqlanıb

Azərbaycanda fəlsəfə və elmlər doktoru hazırlığı proqramları üzrə təhsil alan doktorantların sayı açıqlanıb.

Tehsilmedia.org-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2025-ci ildə fəlsəfə doktoru hazırlığı proqramı üzrə təhsil alanların sayı 2 653 nəfər olub. Bu göstərici 2024-cü ildə 2 726 nəfər təşkil edib. Beləliklə, bir il ərzində fəlsəfə doktoru proqramı üzrə təhsil alanların sayı 73 nəfər azalıb.

Məlumata görə, 2025-ci ildə fəlsəfə doktoru hazırlığı proqramını həyata keçirən müəssisələrin sayı 114 olub. 2000-ci ildə bu göstərici 83, 2010-cu ildə 95, 2020-ci ildə isə 117 təşkil edib.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 1 430 nəfəri 30 yaşadək gənclər olub. Bu, həmin proqram üzrə təhsil alanların ümumi sayının 53,9 faizini təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə 30 yaşadək doktorantların sayı 1 554 nəfər, onların ümumi saydakı payı isə 57 faiz olub.

Elmlər doktoru hazırlığı proqramı üzrə isə 2025-ci ildə 470 nəfər təhsil alıb. 2024-cü ildə bu rəqəm 578 nəfər olub. Beləliklə, elmlər doktoru proqramı üzrə təhsil alanların sayı bir il ərzində 108 nəfər azalıb.

2025-ci ildə elmlər doktoru hazırlığı proqramını həyata keçirən müəssisələrin sayı 87 olub. Həmin proqram üzrə təhsil alanların cəmi 4 nəfəri 30 yaşadək gənclər olub. Bu, ümumi sayın 0,9 faizini təşkil edib.

Nəticə etibarilə, 2025-ci ildə Azərbaycanda həm fəlsəfə doktoru, həm də elmlər doktoru hazırlığı proqramları üzrə təhsil alanların sayı azalıb. Xüsusilə elmlər doktoru proqramında 30 yaşadək gənclərin payının cəmi 0,9 faiz təşkil etməsi diqqət çəkir. Bu göstəricilər doktorantura təhsilində gənclərin iştirakının və elmi kadr hazırlığının dinamikasının ayrıca araşdırılmasının vacibliyini göstərir.

Qeyd edək ki, 2000-ci ildə elmlər doktoru proqramı üzrə təhsil alanların sayı 47 nəfər olduğu halda, 2020-ci ildə bu göstərici 675 nəfərə çatıb. Sonrakı illərdə isə azalma qeydə alınıb.

Oxşar xəbərlər

Bütün xəbərlər