BDU-da ixtisas fənləri üzrə doktoranturaya qəbul imtahanlarının nəticələri açıqlanıb

Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ixtisas fənlərindən qəbul imtahanlarının nəticələri açıqlanıb.
Ali məktəbdən "tehsilmedia.info"a bildirilib ki, ixtisas fənlərindən imtahanlarda 55 ixtisas üzrə 2-si dissertant olmaqla 123 nəfər iştirak edib. Onlardan 6 nəfər qeyri-müvəffəq, 117 nəfər müvəffəq qiymət alıb.
2023-cü il üçün plan yerlərinə uyğun olaraq 2-si dissertant olmaqla 67 iddiaçı BDU-nun doktoranturasında təhsil hüququ qazanacaq.




























