Xəbər lentiwidget-title-icon

Jurnalist sual vermək üçün əvvəlcə Reyestrdən keçməlidir? – Elm və Təhsil Nazirliyində yeni qayda?
PİSA 2025 nəticələrinin absurd şərhi
1-ci sinfə gecikənlər üçün elektron qəbul prosesi yenidən aktivləşir
"Makaron" da artıq lüks oldu: Tələbə büdcəsi bu bahalığa necə dözür?
Türkiyədə məktəblərə hücumlar planlaşdıran cinayətkar dəstə saxlanılıb
Azərbaycan və Meksika universitetləri birgə layihələr icra edəcək
Müəllimlərin sertifikasiyası ali məktəblərin buraxılış imtahanları ilə birgə keçirilə bilər – Deputat
"Müəllimlərin süni intellektlə işləmək bacarığı olmalıdır" - DİM-sədrinə DƏSTƏK
“Süni intellektdən istifadə edən müəllim, istifadə etməyən müəllimi əvəz edəcək” - Sona Əliyeva
Ali təhsil haqqında qanuna yenidən baxmaq zamanı gəlib - Deputat
Milli Fəaliyyət Planı təsdiq edilib
Misir Mərdanovdan etiraz:"Məleykə Abbaszadəyə hər zaman hörmətlə yanaşmışam"
Bakalavr təhsilini 3 ilə endirmək bizə nə verər? - MƏQALƏ
Hicran Hüseynovadan müəllimlərə şok ittiham: “Niyə oxuyursan, ərə get” — Bəs xanım deputat öz işinə baxırmı? - VİDEO
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Sabahın hava proqnozu - Temperatur yenidən YÜKSƏLƏCƏK
Yeni tədris ilində qarşıya qoyulan ƏN VACİB MİSSİYALAR - MÜTDA sədri açıqladı
İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin – Deputat
"Bir-birimizi təbrik etməklə bu proses işləməyəcək"- Nazirdən VACİB REAKSİYA
"Məqsəd zəif şagirdləri məktəbdən uzaqlaşdırmaq yox, nəticələrini yaxşılaşdırmaqdır"
Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər
"Biz kimisə direktor işləməyə məcbur etməmişik" - Nazirdən məktəb rəhbərlərinə çağırış
"Sertifikasiyanın ilkin nəticəsini burada görəcəyik" - Nazirdən ANONS
Əsas məsələ binaların dizaynı deyil, uşaqların öyrənməsidir - Emin Əmrullayev

İmişli məktəbində ÖZBAŞINALIQ: Direktor təhsil müəssisəsində baş verən cinayəti polisdən gizlədib? - VİDEO

Bir çox sahələrdə olduğu kimi ölkənin təhsil sektorunda da məmur özbaşınalığı, vətəndaşların incidilməsi, rüşvət və korrupsiya faktları tüğyan edir. Mütəmadı olaraq bu cür faktlarla bağlı vətəndaşlar tərəfindən redaksiyamıza şikayət məktubları daxil olur. Bu şikayət məktublarından biri də İmişli rayon Qulubəyli kənd sakini Nağıyev Qalib Qaraseyid oğlu tərəfindən göndərilib. 

Təhsilmedia.az xəbər verir ki, vətəndaş İmişli rayon Qulubəyli kənd tam orta məktəbinin direktoru Mirsahib Tağıyev və onun qanunsuz əməllərini ört-basdır edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin əməlləri barədə danışıb. Qalib Nağıyevin iddiasına görə, direktor Mirsahib Tağıyev 7 illik direktor fəaliyyəti dövründə çoxsaylı qanunazidd əməllər törədib. Belə ki, 2021-ci ildə İmişli şəhər 1 saylı məktəbin boş qalan direktor vəzifəsinə diaqnostik qiymətləndirmədə iştirak edən Tağıyev heç bir bal toplaya bilməyib. Adi elementar sualları belə cavabsız qoyaraq müəllim adına ləkə gətirib. Eyni zamanda hazırda direktoru olduğu Qulubəyli kənd orta məktəbində şagirdlər arasında baş verən və xəsarətlə nəticələnən dava barədə hüquq mühafizə orqanlarına məlumat verməyib və məsələni ört-basdır etməyə çalışıb. Bütün bunlar azmış kimi direktor Mirsahib Tağıyev boş dərs saatlarını müəllimlərin işə qəbulu üzrə müsabiqəyə çıxarmayaraq müəllimlər arasında bölüşdürüb. Eyni zamanda rəhbərlik etdiyi təhsil müəssisəinə verilən inventar və materialların uçotunu aparmayıb. Qeyd edək ki, bütün bu məsələlər vətəndaş tərəfindən səsləndirilən iddiaların yalnız bir hissəsidir. 

Qulubəyli kənd sakininin sözlərinə görə, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Mirsahib Tağıyevin bu cür qanunsuz əməllərinə göz yumur və ona sadəcə bir dəfə töhmət verməklə kifayətlənib. Halbuki, direktorun rəhbərlik etdiyi məktəbdə aparılan yoxlamalar nəticəsində aşkarlanan nöqsanlara görə, Mirsahib Tağıyev Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq işdən qovulmalı idi. Amma nə hikmətdirsə, Təhsil idarəsinin müdiri direktoru göz-bəbəyi kimi qoruyur. Belə olan təqdirdə isə onun qanunsuz əməllərinə haqq qazandırmış sayılır.  Ümid edirik ki, səsləndirilən iddialarla bağlı ən yüksək səviyyədə araşdırmalar aparılacaq və vətəndaşın sadaladığı məsələlər öz təsdiqini taparsa, məktəb direktoru, eləcə də ona havadarlıq edən Təhsil idarəsinin müdiri haqda ciddi ölçü götürüləcək.
P.S. Yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq!

TƏHSİL MEDİA ARAŞDIRMA QRUPU

Oxşar xəbərlər

Bütün xəbərlər