Xəbər lentiwidget-title-icon

Jurnalist sual vermək üçün əvvəlcə Reyestrdən keçməlidir? – Elm və Təhsil Nazirliyində yeni qayda?
PİSA 2025 nəticələrinin absurd şərhi
1-ci sinfə gecikənlər üçün elektron qəbul prosesi yenidən aktivləşir
"Makaron" da artıq lüks oldu: Tələbə büdcəsi bu bahalığa necə dözür?
Türkiyədə məktəblərə hücumlar planlaşdıran cinayətkar dəstə saxlanılıb
Azərbaycan və Meksika universitetləri birgə layihələr icra edəcək
Müəllimlərin sertifikasiyası ali məktəblərin buraxılış imtahanları ilə birgə keçirilə bilər – Deputat
"Müəllimlərin süni intellektlə işləmək bacarığı olmalıdır" - DİM-sədrinə DƏSTƏK
“Süni intellektdən istifadə edən müəllim, istifadə etməyən müəllimi əvəz edəcək” - Sona Əliyeva
Ali təhsil haqqında qanuna yenidən baxmaq zamanı gəlib - Deputat
Milli Fəaliyyət Planı təsdiq edilib
Misir Mərdanovdan etiraz:"Məleykə Abbaszadəyə hər zaman hörmətlə yanaşmışam"
Bakalavr təhsilini 3 ilə endirmək bizə nə verər? - MƏQALƏ
Hicran Hüseynovadan müəllimlərə şok ittiham: “Niyə oxuyursan, ərə get” — Bəs xanım deputat öz işinə baxırmı? - VİDEO
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Sabahın hava proqnozu - Temperatur yenidən YÜKSƏLƏCƏK
Yeni tədris ilində qarşıya qoyulan ƏN VACİB MİSSİYALAR - MÜTDA sədri açıqladı
İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin – Deputat
"Bir-birimizi təbrik etməklə bu proses işləməyəcək"- Nazirdən VACİB REAKSİYA
"Məqsəd zəif şagirdləri məktəbdən uzaqlaşdırmaq yox, nəticələrini yaxşılaşdırmaqdır"
Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər
"Biz kimisə direktor işləməyə məcbur etməmişik" - Nazirdən məktəb rəhbərlərinə çağırış
"Sertifikasiyanın ilkin nəticəsini burada görəcəyik" - Nazirdən ANONS
Əsas məsələ binaların dizaynı deyil, uşaqların öyrənməsidir - Emin Əmrullayev

Məktəblərə məktəb ləvazimatları niyə verilmir? - ŞİKAYƏT

Məktəblərə məktəb ləvazimatları niyə verilmir? - ŞİKAYƏT

Məktəblər dövlət müəssisəsidir,dövlətin maliyyə çətiri altındadır. Məktəbə veriləsi nə varsa, bunu dövlət öz üzərinə götürür və bunu öz təhsil qanunu ilə də tənzimləyir. Belə ki, Azərbaycan respublikası təhsil haqqında qanunun 38.4 maddəsinə əsasən "Dövlət təhsil müəssisəsinin maliyyələşdirilməsi təhsilin hər pilləsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər təhsil müəssisəsinin tipinə, növünə və kateqoriyasına uyğun olaraq hər bir təhsilalana düşən məsrəf və məbləğ nəzərə alınmaqla müəyyən edilir".

Gördüyünüz kimi, dövlət təhsil müəssisələrinə müəssisə üçün lazım olan hər bir şeyi özü verir, yəni məktəbə lazım olan nə varsa, onlar hamısı dövlət tərəfindən qarşılanır.

Təbaşir və A4 kağızları məktəblərin ən yaralı yerləridir. Xüsusilə kənd və rayon məktəblərinə gedib çıxa bilməyən bu ləvazimatların kimlərin zavalına gəldiyi isə gün kimi ortadadır.

Şirvan-Salyan Regional Təhsil İdarəsinə daxil olan məktəbə verilməli olan təbaşir və A4 vərəqləri niyə verilmir? Yaxud da ki, normadan, həddən artıq az verilir (yalnız rəhbərliyin öz sənədlərini çıxara biləcəyi qədər). Qanundan da oxuduğunuz kimi bu kimi ləvazimatlar şagird sayına görə müəyyən normativlərə əsasən verilməlidir. Bəs verilməlidirsə, niyə verilmir? Və ya normadan qat-qat aşağı, "gözə kül üfürmək məqsədi ilə" az -maz verilir. Axı onsuz da, qəpik-quruşa məhkum edilmiş müəllim ordusu bu qədər şeyi qarşılaya da bilmir.

Ümumiyyətlə, məktəblərə verilməli olan təmizlik vasitələri, texniki vasitələr, kargüzarlıq üçün lazım olan vasitələr, idman üçün lazım olan vəsaitlər və.s niyə məktəblərə gəlib çıxmır? Kimdir bunların qarşısını alan?
Bəs idarə müdiri, gənc direktorların "düzgünlük etalonu" olan Sənan Mənsimli - bu qədər mal və materialların məktəblərə gəlib çıxmasına cavabdeh olan şəxs niyə bunları təmin edə bilmir? Hər kəs çox gözəl bilir ki, bu tip mallar məktəb qapısı tanımır (nə qədər aktlar da yazsalar, protokollar da tərtib etsələr, məktəblər, ordakı vicdanlı müəllimlər və şagirdlər ən böyük güzgüdür).

Sənan Mənsimlinin, onun kadrlarının da sevmədiyi, keçmiş Biləsuvar rayon təhsil şöbəsinin müdiri olan şəxsin dövründə məktəblərdə təbaşir və A4 vərəqlərinin əlindən tərpənmək olmurdu (həmin şəxsin idarəçilik sistemində nöqsanlar olsa da, gərək düzə düz, əyriyə də əyri deməyi bacarasan). Elə ki, Sənan Mənsimli Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri təyin olundu bu mal və məhsullar məktəb qapısı tanımadı.

Summativlərin elektron versiyada keçirilməsi daha yaxşı üsuldur, amma necə və hansı vasitələrlə? Təkcə bizim məktəbə 8 noutbuk veriblər ki, onun da ikisi işləmir və üstəlik də bu noutbuklar 3 aya yaxındır ki, Biləsuvar rayon təhsil sektoru tərəfindən bilinməyən bir şey üçün yığılıb və hələ də verilmir.

A4 vərəqlərini çıxartmaq üçün lazım olan printerlər, onların təmiri, kartric doldurulması və.digər xərclər isə yenə də yazıq müəllimlərin öhdəliyinə düşür. Əksər məktəblərdə isə, ümumiyyətlə, heç printer də yoxdur və müəllimlər rayon mərkəzlərində summativləri çıxardırlar.

Onsuz da məktəblərə verilən ləvazimatların bazar dəyərindən qat-qat artıq yazılıb verildiyi heç kimə sirr deyil. Bəs belə olan halda məktəbə idarə və sektor tərəfindən verilməli olan mal və məhsulları min bir əziyyət və problem, kredit içində boğulan müəllimlər niyə öz cibindən ödəməlidir?

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər