Xəbər lentiwidget-title-icon

5 OKTYABR — MÜƏLLİMİN GÜNÜDÜR, BƏS MÜƏLLİMİN ÖMRÜ KİMİNDİR?..
Bağçadan başlayan dəyişiklik: Təhsilin ən vacib mərhələsinə yeni baxış
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ

BMU - nun rektoru görüş keçirib

BMU - nun rektoru görüş keçirib

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün ölkəmizdə səfərdə olan ABŞ-ın “ESRI” şirkətinin Beynəlxalq strategiya üzrə regional direktoru Sohail Elabd və şirkətin Baş məsləhətçisi Ahmed Avady ilə görüşüb.

tehsilmedia.info xəbər verir ki, rektor qonaqlara Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionun ən sürətlə inkişaf edən ölkəsi olan Azərbaycanda insan kapitalının məqsədyönlü inkişafı üçün atılan addımlar, təhsil sahəsində gerçəkləşdirilən ikili dövlət, eləcə də xaricdə təhsil üzrə dövlət proqramları barədə məlumat verib.

Ölkəmizlə “ESRI” şirkətinin səmərəli əməkdaşlığına diqqət çəkən rektor BMU-nun şirkətlə əlaqələrinin qurulması və genişləndirilməsi ilə bağlı imkanların olduğunu bildirib.

Yaqub Piriyev BMU-nun laboratoriyalarının proqram təminatının daha da gücləndirilməsi istiqamətində görüləcək işləri önə çəkərək, bu baxımdan “ESRI” şirkəti ilə əməkdaşlığın önəmini vurğulayıb.

Öz növbəsində Sohail Elabd Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirib. O, ölkəmizin sürətli inkişaf yolu keçdiyini və daha böyük nailiyyətlər əldə etmək üçün böyük potensialının olduğunu söyləyib. Təmsil etdiyi şirkətin fəaliyyəti və hazırda bir çox sahələrdə uğurla tətbiq olunan proqram təminatları haqqında zəruri informasiyaları nəzərə çatdıran Sohail Elabd Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində şirkətin yaratdığı proqram təminatlarından ətraflı danışıb. O, bu proqramların BMU-da ödənişsiz istifadəsi üçün lisenziya verməyə hazır olduqlarını fikirlərinə əlavə edib.

Gələcək əməkdaşlığın əsas istiqamətlərinin nəzərdən keçirildiyi görüşdə lisenziyalı proqram təminatlarının və onların bir çox modullarının BMU-da istifadə edilməsi barədə razılığa gəlinib.

Sonra qonaqlar BMU-nun proqramların tətbiq ediləcəyi Memarlıq və inşaat fakültəsinin Sənaye mühəndisliyi laboratoriyası ilə tanış olublar.

BMU - nun rektoru görüş keçirib

BMU - nun rektoru görüş keçirib

BMU - nun rektoru görüş keçirib

Oxşar xəbərlər

Bütün xəbərlər