Xəbər lentiwidget-title-icon

1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu

Məleykə Abbaszadə: Maliyyə savadlılığı sahəsində vəziyyət ürəkaçan deyil

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərinin reallaşdırılması üçün ölkəmizdə bir sıra addımlar atılmaqdadır. Strategiyanın əsas hədəflərinə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dövlət büdcəsinin dayanıqlığının və səmərəliliyinin artırılması mexanizmlərinin təkmilləşdirilməsinə nail olmaq, eyni zamanda insan kapitalının davamlı inkişafını təmin etmək daxildir.

tehsilmedia.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Milli Mühasiblər Forumundakı çıxışında bildirib.

Onun sözlərinə görə, maliyyə sektorunun bütün seqmentlərinin tənzimlənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması strategiyada vurğulanan mühüm amillərdən biridir:

"Buna görə də mühasibat uçotu və audit sahəsi üzrə yüksək maliyyə savadlılığına sahib kadrların yetişdirilməsinə töhfə vermək Dövlət İmtahan Mərkəzinin məqsədləri sırasına daxildir.

Yaxşı maliyyəçi mütəxəssislərə əmək bazarında həmişə ehtiyac olub və bu gün də var. Ali təhsil müəssisələrinin maliyyə ixtisasında tələbələrə mövcud olan maliyyə resurslarının necə idarə olunması öyrədilir. Təəssüf ki, bu sahədə vəziyyət hələlik o qədər də ürəkaçan deyil və tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması hələ də gündəmdədir”.

O qeyd edib ki, yüksək maliyyə savadlılığına malik peşəkar mühasiblərin yetişdirilməsi, sertifikatlaşdırmanın tam həyata keçirilməsi xeyli vaxt, çoxlu maliyyə və insan resursları tələb edən mürəkkəb bir prosesdir:

"Bu baxımdan müvafiq sahə üzrə təcrübəli ekspertlərin az sayda olması bu gün üçün əsas problemlərdən biri hesab oluna bilər. Çətinliklərə baxmayaraq, onların əlaqədar qurumların birgə səyləri ilə bu problemlərin tezliklə aradan qaldırılacağına, imtahanların və sertifikatlaşdırma prosesinin yüksək səviyyədə və uğurla aparılacağına əminəm.

Keçirdiyimiz 2 mərhələdən ibarət PMS imtahanları maliyyə və mühasibatlıq sahəsi üzrə yerli peşəkarlıq kvalifikasiyamız hesab olunur. Biz bu imtahanların daha da təkmilləşdirilməsi, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) standartlarına uyğunlaşdırılması üçün lazımi işlər aparırıq”.

DİM sədri deyib ki, dövrümüzdə elm və texnologiyalar sürətlə inkişaf edir:

"Maliyyə və mühasibat sahəsində də sürətli dəyişikliklər baş verir, yeni alqoritmlərin tətbiqi sayəsində dünən əlçatmaz görünən irihəcmli proseslər qısa bir zamanda həyata keçirilir. Yeni maliyyə xidmət və məhsulları həyatımıza sürətlə daxil olur və nəticədə müəyyən proqramların, avtomatlaşdırmanın tətbiqi eyni işi daha sürətlə, daha az sayda, lakin daha peşəkar kadrların iştirakı ilə görməyə imkan verir.

Növbədə isə süni intellektin bu sahəyə tətbiqi gözlənilir. Bəs nə baş verəcək? Daha bacarıqlı, səriştəli, intellektual səviyyəsi daha yüksək olan kadrlar yeni alqoritmlərdən, süni intellektdən məharətlə istifadə etməyi bacaracaq və əmək bazarında öz yerlərini tutacaqlar. Bunun üçün təkcə ali və ya orta ixtisas təhsili müəssisələrində yaxşı, beynəlxalq standartlara uyğun təhsil almalı deyil, daim öz üzərlərində çalışmalı, peşəkar inkişaf proqramlarından faydalanmalıdırlar. Yalnız belə mütəxəssislərə əmək bazarında gələcəkdə də ehtiyac və tələb olacaq”.

Oxşar xəbərlər

Bütün xəbərlər