Xəbər lentiwidget-title-icon

DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
Direktor vəzifələri üzrə müsahibə mərhələsinə start verilib
İkinci iş yerində çalışmaq istəyən müəllimlər üçün qeydiyyat başlayır
Sumqayıtda ağac peşə liseyinin üzərinə aşıb
“Özümə şans vermək qərarına gəldim” – 3 uşaq anası olan tələbə
Müəllimlərin maaş artımı üçün şans: yenidən imtahan keçiriləcək
Quba- Xaçmaz regionu üzrə nə qədər məktəb fəaliyyət göstərir?- say AÇIQLANIB
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb
İxtisaslara inanılmaz müraciət sayı, gözlənilməz rəqəmlər -"Peşə"də GƏRGİN RƏQABƏT
Sumqayıtda təhsil işçilərinin yekun sentyabr konfransı keçirilib
AzTU məzunları 45 il sonra universitetlərini ziyarət ediblər
Daha 28 məktəbdə peşə təmayüllü siniflər olacaq - SİYAHI
Buraxılış imtahanında onlara xüsusi şərait yaradıldı
Peşə Təhsilində kütləvi narazılıq - Imtahan verənlər kənarda qalıb - Müqavilə ilə kimlər və necə işə götürülür?
“Rəqəmsal məktəb”ə qoşulan məktəblər kompüterlə təmin olunub – MÜTDA
Yer kürəsində yeni maqnit qasırğası gözlənilir
Uşaqlar süni intellektdən uzaqlaşdırılmalıdır? - Alimdən fərqli yanaşma
"Universitetlərin kağız sənəd tələb etməsi məntiqə ziddir"- Sərt etiraz
MİQ-də pedaqoji məzunların problemi: "Praktiki biliklər yetərli deyil"
Müəllimlərin vahid forma geyinməsi təhsil sistemimizə müsbət əhvali-ruhiyyə gətirə bilər - Misir Mərdanovdan AÇIQLAMA
"Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
Məktəblilərin immunitetini "gücləndirən" vasitələrlə bağlı XƏBƏRDARLIQ

BSU-nun rektoru Albaniyanın Tirana Universitetində tələbələrlə görüş keçirib

BSU-nun rektoru Albaniyanın Tirana Universitetində tələbələrlə görüş keçirib

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev "Yeni dövrün Azərbaycanı" mövzusunda Albaniyanın Tirana Universitetinin Tarix və Filologiya Fakültəsində təhsil alan yerli tələbələrlə görüş keçirib. Tədbirdə Azərbaycanın Albaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov, Tarix və Filologiya Fakültəsinin akademik heyəti və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.

TƏHSİL.BİZ xəbər verir ki, BSU-nun rektoru Anar Nağıyev “Yeni dövrün Azərbaycanı” mövzusunda çıxış edərək, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayıb. Rektor Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən bəhs edərək, onun rəhbərliyi ilə 1993-cü ildən sonra ölkənin hüquqi bazasının təkmilləşdirilməsi və 1995-ci ildə ilk Konstitusiyanın qəbul edilməsi prosesindən danışıb. A.Nağıyev Azərbaycanın dövlət quruculuğu, beynəlxalq əlaqələri, müasir dünyada Azərbaycanın rolundan bəhs edib. O, xüsusilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin qorunması və güclü dövlət qurulması istiqamətində həyata keçirilən fundamental islahatlar barəsində ətraflı məlumat verib.

Rektor çıxışında Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu və bu ideologiyanın milli-mənəvi dəyərlərin qorunmasına xidmət etdiyini qeyd edib. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın suverenliyinin tam bərqərar olmasının, işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, yeni dövrün Azərbaycanının daha böyük uğurlara hədəfləndiyini diqqətə çatdırıb.

Görüş zamanı rektor Azərbaycanın geosiyasi əhəmiyyətindən və Avropanın enerji təhlükəsizliyində ölkəmizin mühüm rolundan bəhs edib. O, həmçinin Azərbaycanın multikultural dəyərlərini vurğulayaraq, müxtəlif xalqların sülh şəraitində birgə yaşamasının ən gözəl nümunələrindən birinin məhz Azərbaycanda müşahidə olunduğunu bildirib.

A.Nağıyev Bakı Slavyan Universiteti və Tirana Universiteti arasında əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi, birgə elmi konfranslar nəzərdə tutulduğunu, əməkdaşlığın azərbaycanşünaslıq, balkanşünaslıq və albanologiyaya böyük töhfələr verəcəyini vurğulayıb.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər